Sinqapur qızıl ticarətində regional mərkəz olmağı hədəfləyir
Sinqapur xarici mərkəzi bankların əlində olan külçə qızılların saxlanmasını təmin etmək məqsədilə qızıl anbarı (depozit) imkanlarını genişləndirməyi planlaşdırır. Ölkə eyni zamanda “qiymət formalaşmasını təşviq etmək və likvidliyi artırmaq” məqsədilə qızılla bağlı kapital bazarı məhsulları hazırlayır və yerli qızıl ticarəti üçün birjadan kənar (OTC) ödəniş sistemini dəstəkləyəcək klirinq mexanizmi qurmağı planlaşdırır.Yaxın Şərqdə müharibə başlayandan sonra qızıl qiymətləri müəyyən qədər geriləsə də, Çin də daxil olmaqla bir çox mərkəzi bank son illərdə ABŞ dollarının dominantlığına qarşı qorunma vasitəsi kimi qızıl ehtiyatlarını sabit şəkildə artırır.
Marja xəbər verir ki, Sinqapur xarici mərkəzi bankların malik olduğu külçə qızılların saxlanmasına cavabdeh regional mərkəzə çevrilmək üçün qızıl anbarı imkanlarını genişləndirməyi planlaşdırır.
Bu addım Sinqapurun qiymətli metal bazarında regional mərkəz kimi Honq-Konqla rəqabət aparmaq istiqamətində daha geniş strategiyasının bir hissəsidir.
Sinqapur Maliyyə Bazarları Tənzimləyicisi (Monetary Authority of Singapore) cümə günü yaydığı açıqlamada bildirib ki, “potensial tələbi qarşılamaq üçün xarici mərkəzi banklara və suveren qurumlara anbar xidmətləri göstərməyi” hədəfləyir. Ölkə həmçinin likvidliyi artırmaq məqsədilə qızılla bağlı kapital bazarı məhsullarını inkişaf etdirir.
Sinqapur Maliyyə Bazarları Tənzimləyicisi (mərkəzi bank) və Sinqapur Külçə Qızıl Bazarı Assosiasiyasının birgə bəyanatına görə, ölkə yerli qızıl ticarəti üçün birjadan kənar ödəniş sistemini dəstəkləyəcək klirinq sistemi yaratmağı planlaşdırır.
Sinqapur Maliyyə Bazarları Tənzimləyicisinin sədr müavini və Sinqapurun Milli İnkişaf naziri Çi Honq Tat bildirib:
“Biz Sinqapuru Asiyada qızıl ticarəti mərkəzi kimi necə mövqeləndirə biləcəyimizi müəyyən etmək üçün sektor nümayəndələri ilə sıx əməkdaşlıq edirik.”
Sinqapurun qızıl ticarətində regional mərkəzə çevrilmək planı, investorların alternativ sərvət qoruma vasitələri axtarışının dəstəklədiyi qiymətli metalın tarixi yüksəlişindən sonra gündəmə gəlib. Yaxın Şərqdə müharibə başlayandan bəri qızıl qiymətləri müəyyən qədər geri çəkilsə də, Çin də daxil olmaqla bir çox mərkəzi bank son illərdə ABŞ dollarının üstünlüyünə qarşı qorunmaq üçün qızıl ehtiyatlarını ardıcıl şəkildə artırır.
Sinqapurun bu təşəbbüsü London və Nyu-York kimi ənənəvi qızıl ticarəti mərkəzlərinin statusu və etibarlılığı ilə bağlı suallar doğuran ölkələri də cəlb edə bilər.
Dünya Qızıl Şurasının məlumatına görə, qlobal mərkəzi banklar təxminən 39 min ton külçə qızıl saxlayır. Bu isə indiyədək çıxarılan bütün qızılın təxminən 18 faizinə bərabərdir. Bu bazarın hətta kiçik bir hissəsini əldə etmək belə, hazırda dünyanın ən böyük külçə qızıl istehlakçısı olan Çinə daxil olan və oradan çıxan qiymətli metallar üçün əsas tranzit qapısı sayılan Honq-Konqun dominant olduğu regional ticarətdə Sinqapurun təsirini əhəmiyyətli dərəcədə artıra bilər.
Müştərilərin xəbərləri
Türkiyə, Gürcüstan, Özbəkistan kimi ölkələrə gedənlərin nəzərinə: gözlənilməz xərclərə hazırlıqlı olun!
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 4 həftə sonra
- 3 gün sonra
-
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Sabahdan WUF13 zolaqlarına daxil olan avtomobillər cərimələnəcək
-
8 saat əvvəl
Mərkəzi Bank kredit təşkilatının lisenziyasını ləğv etdi - Bankın BOKT-a çevrilməsi baş tutumadı
-
8 saat əvvəl
Bütün lisenziyalı investisiya şirkətləri artıq AKBA-da təmsil olunur
-
8 saat əvvəl
Tikinti şirkəti daşınmaz əmlak agentliyilə müqavilə imzalayıb
- 8 saat əvvəl
-
8 saat əvvəl
Azercell fərdi və korporativ müştəriləri üçün rəqəmsal imkanları genişləndirir
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 30 GÜN
Sərfəli şərtlərlə zaminsiz kreditlər
Çin Boeing-dən 200 təyyarə sifariş edəcək
Xərclərini sıfıra endir! Qızmar yayda pulunu yandırma
Mərkəzi Bank kredit təşkilatının lisenziyasını ləğv etdi - Bankın BOKT-a çevrilməsi baş tutumadı
Bütün lisenziyalı investisiya şirkətləri artıq AKBA-da təmsil olunur
Ən çox oxunanlar
Tikinti şirkəti daşınmaz əmlak agentliyilə müqavilə imzalayıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
“Unibank”da yığıncaq keçiriləcək, 3 məsələ müzakirə ediləcək
Lizinq şirkəti bank olmayan kredit təşkilatı yaradır
Yeni Dövlət Agentliyi yaradıldı- FƏRMAN






.jpg)
.jpg)







.jpg)









