İran müharibəsi gərginliyi: Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərindən yeni addımlar
Səudiyyə Ərəbistanı uzun müddət “ərazimizin İranla müharibədə istifadə olunmasına icazə verməyəcəyik” mövqeyini dəyişərək, ABŞ qüvvələrinə Kral Fahd Hərbi Hava Bazasından istifadə imkanı verib.“Wall Street Journal”ın məlumatına görə, Səudiyyə Ərəbistanı ABŞ ordusunun Kral Fahd Hərbi Hava Bazasına girişinə icazə verməyə razılıq verib.
Qəzetin məsələ ilə bağlı məlumatlı mənbələrə istinadən yaydığı xəbərdə bildirilir ki, Səudiyyə Ərəbistanı uzun müddət “ərazimizin İranla müharibədə istifadə olunmasına icazə verməyəcəyik” mövqeyini dəyişərək, ABŞ qüvvələrinə Kral Fahd Hərbi Hava Bazasından istifadə imkanı verib.
“Wall Street Journal” həmçinin mənbələrə istinadla qeyd edir ki, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) İranla əlaqəli bir xəstəxana və klubun fəaliyyətini dayandırıb. Bu addımın Tehran üçün mühüm dəstək kanallarından birini zəiflətdiyi bildirilir.
Məlumata görə, yayılan videolarda İran hədəflərinə qarşı istifadə olunan bəzi raketlərin Bəhreyndən buraxıldığı da müşahidə edilib.
Qəzet ABŞ ordusunun region ölkələrinin dəstəyi ilə bağlı suala isə şərh verməkdən imtina etdiyini yazıb.
“Wall Street Journal”ın xəbərindən sonra neft qiymətlərində cüzi artım qeydə alınıb, ABŞ fond bazarı fyuçersləri isə əvvəlki qazancını itirib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 gün sonra
-
1 saat əvvəl
Kapital Bank güzəştli kreditlərin verilməsinə dair müqavilə imzalayıb
-
-
1 saat əvvəl
Azərbaycan Kredit Bürosu ilə Çinin Pudao Kredit Bürosu arasında görüş keçirilib
-
1 saat əvvəl
Azərbaycanda orta maaş 5 faizdən çox artaraq 1099,1 manat təşkil edib
-
1 saat əvvəl
"Expressbank"ın biznes kreditləri portfeli 200 milyon manat səviyyəsini keçib
-
1 saat əvvəl
ABB-nin kredit portfeli ilk rübdə 80 milyon manata yaxın artıb
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
“Bağçalı” otelinin fəaliyyətinin dayandırılması barədə Qərar qəbul olunub
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
"PAŞA Bank" səhmlərinə sahib olun!
3 ayda Naftalana 9 minə yaxın yerli və xarici turist gəlib
Xalq Bank I rübün yekunlarını açıqladı
Ən çox oxunanlar
Çinin ixracı yavaşlayıb
Azərbaycan neftinin son qiyməti
İnvestisiya şirkətlərinin xalis mənfəəti azalıb
Azərbaycanda median aylıq kirayə haqqı 1000 manatı keçib





.jpg)










.jpg)







