“Qlobal Pul Həftəsi”ndə Bank of Baku-dan yaradıcı müsabiqə - ÖZ PULUNU YARAT!
(®) Həyata keçirdiyi layihələr ilə seçilən Bank of Baku gənc nəslin maliyyə dünyasına marağını artırmağı hədəfləyən növbəti təşəbbüsünü reallaşdırıb.
Bank 16-22 mart “Qlobal Pul Həftəsi” (Global Money Week) çərçivəsində əməkdaşlarının övladlarını əhatə edən yaradıcı müsabiqə təşkil edib. 6-15 yaşlı uşaqların iştirak etdiyi “Öz pulunu yarat!” adlı müsabiqəsinin əsas məqsədi pulun sadəcə ödəniş vasitəsi deyil, həm də bir mədəniyyət, tarix və ideoloji rəmz olduğunu göstərmək olub.
Müsabiqə müddətində uşaqlar yerli və beynəlxalq valyutaları araşdıraraq öz xəyal dünyalarına uyğun fərqli əsginas dizaynları hazırlayıblar. Uşaqlar vizual dizaynla yanaşı, istifadə etdikləri hər bir elementin və detalın mənasını da izah edən materiallar təqdim ediblər.
Müsabiqənin sonunda ideyası və bədii yaradıcılığı ilə fərqlənən 6 əl işinin müəllifi qalib olaraq seçilib və “Bank of Baku” tərəfindən mükafatlandırılıb.
Qeyd edək ki, bu il “Puldan danışaq!” devizi altında keçirilən “Qlobal Pul Həftəsi” kampaniyası gəncləri əhatə edən maliyyə savadlılığı təşəbbüslərini təşviq edir. Kampaniyanın əsas məqsədi bütün uşaqların və gənclərin yüksək maliyyə biliklərinə, pul məsələləri haqqında məlumatlara sahib olması, ağıllı maliyyə qərarları qəbul etmək bacarığına yiyələnmələridir.
Kampaniya İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının Maliyyə Savadlılığı üzrə Beynəlxalq Şəbəkəsi (OECD/INFE) tərəfindən təşkil olunur və Mərkəzi Bank 2025-ci ildən bu təşkilatın tam hüquqlu üzvüdür.
Onu da bildirək ki, Bank of Baku təşkil etdiyi fərqli formatlı layihələri ilə müxtəlif yaş qrupları arasında maliyyə savadlılığının artırılmasına öz töhfəsini verir və bunu gələcək fəaliyyətində də davam etdirməyi hədəfləyir.
Bank of Baku hazırda 20 filialında 1 milyondan çox həm fiziki, həm də hüquqi şəxs olan müştərilərinə müxtəlif bankçılıq xidmətləri təqdim edir.
Bank of Baku-nun məhsul və xidmətləri haqqında ətraflı məlumatla 145 Məlumat Mərkəzi ilə əlaqə saxlayaraq, bankın rəsmi veb səhifəsi – www.bankofbaku.com daxil olaraq tanış olmaq olar.
Müştərilərin xəbərləri
“McDonald's Azərbaycan” “Uşaqların Sağlam Gələcəyi” reabilitasiya mərkəzinə tibbi avadanlıq təqdim edib - FOTO
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 25 d. əvvəl
-
- 31 d. əvvəl
- 40 d. əvvəl
-
51 d. əvvəl
“Azfinans” BOKT-un zərəri 88% artıb, aktivləri isə 4,8 dəfə böyüyüb
- 55 d. əvvəl
-
1 saat əvvəl
Aktivləri 14%-dən, müştəri hesabları 16%-dən, kredit portfeli isə 5%-dən çox artıb
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 14 GÜN
"Subway" Bakıda 2 iyunda 3 məkanda fəaliyyətə başlayır
Mayın 31-nin hava proqnozu - 29 DƏRƏCƏYƏDƏK İSTİ OLACAQ
Ötən il PAŞA Bankın işçilərinin sayı azalıb
"PAŞA Bank Gürcüstan"ın xalis mənfəəti artıb
Ən böyük xərci işçilər üzrə olub
Trampın imzası üçün geri sayım
Tarixin ən böyük ilkin kütləvi təklifində hədəf kiçildilib
Bankın kredit portfeli 147 milyon manat böyüyüb, 2025-ci ili 27,8 milyon manat xalis mənfəətlə başa vurub
"PAŞA Həyat"ın əməkdaşları Uşaq Evini ziyarət ediblər - FOTOLAR
İlqar Əliyev “Azfinans”ı satıb












.jpg)











.jpg)

