970x250_destkop_3
Ən yuxarı (mobil)-2_30

UPT pulköçürmələri artıq TuranBank mobil tətbiqində!

iç səhifə xəbər başlığı altı (mobil)_31
UPT pulköçürmələri artıq TuranBank mobil tətbiqində!
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

(®) Rəqəmsal bankçılıq xidmətlərinin genişləndirilməsi və müştəri məmnuniyyətinin artırılması istiqamətində fəaliyyətini davam etdirən TuranBank ASC məsafədən xidmət imkanlarını daha da təkmilləşdirərək növbəti innovativ layihəsini təqdim edib.

Belə ki, artıq Bankın müştəriləri TuranBank mobil tətbiqi vasitəsilə UPT (Universal Payment Transfer) sürətli pulköçürmə sistemi üzərindən vəsaitlərini cəmi bir neçə toxunuşla həm göndərə, həm də qəbul edə biləcəklər. Qeyd edək ki, tətbiq edilən yeni funksionallıq müştərilərə bank filialına yaxınlaşmadan, günün istənilən vaxtı və dünyanın istənilən nöqtəsindən əməliyyat aparmaq imkanı yaradır.

UPT beynəlxalq pulköçürmə sisteminin CEO-su Murat Kastan: “Bu gün Azərbaycanda 11 bank UPT pulköçürmə sistemindən istifadə edir. Təxminən 15 illik uğurlu tərəfdaşlığın davamı olaraq, beynəlxalq pulköçürmə sistemlərinin rəqəmsallaşdırılması strategiyamız çərçivəsində TuranBank ilə əlaqələrimizi daha da genişləndiririk. Bank ilə 2024-cü ilin fevral ayında filiallarda başlayan əməkdaşlığımız bu gün mobil kanallara da inteqrasiya olunub. Bu çərçivədə iki qardaş ölkə arasında əlaqələrin daha da möhkəmlənməsinə töhfə vermək bizi çox sevindirir.”

"Müasir bankçılıq trendlərinə uyğun olaraq, strateji hədəfimiz müştərilərimizə ən qabaqcıl rəqəmsal həlləri təqdim etməkdir. Türkiyənin ilk beynəlxalq pulköçürmə sistemi olan UPT ilə 2024-cü ildən başlayan tərəfdaşlığımızı rəqəmsal müstəviyə daşımaqla, müştərilərimiz üçün sərhədsiz və sürətli maliyyə çıxışı təmin edirik. Bu funksionallıq təkcə vaxta qənaət deyil, həm də əməliyyatların şəffaflığı və təhlükəsizliyi baxımından mühüm əhəmiyyət kəsb edir. Gələcəkdə də müasir bankçılıq həlləri və innovativ yanaşmalarla müştərilərimizə etibarlı və çevik xidmət göstərməyə və məsafədən xidmət spektrini genişləndirməyə davam edəcəyik”, - deyə TuranBank ASC-nin İdarə Heyətinin sədri Orxan Qarayev qeyd edib.

1992-ci ildən etibarən fəaliyyət göstərən TuranBank 22 satış nöqtəsi ilə fərdi və korporativ müştərilərin xidmətindədir. Bankın təqdim etdiyi yeni xidmətlə bağlı ətraflı məlumatı rəsmi veb səhifəsini və ya sosial şəbəkələrdəki (Feysbukİnstaqram və s.) səhifələrini izləyərək əldə edə bilərsiniz.

UPT pulköçürmə sistemi TuranBank mobil tətbiqi TuranBank UPT köçürmə beynəlxalq pulköçürmə xidmətləri Türkiyəyə pul köçürməsi sürətli pulköçürmə sistemi mobil bankçılıq Azərbaycan TuranBank rəqəmsal bankçılıq UPT ilə pul göndərmək UPT ilə pul qəbul etmək Murat Kastan Orxan Qarayev TuranBank xidmətləri bank filialına getmədən pul köçürmə beynəlxalq transfer sistemi Türkiyənin ilk beynəlxalq pulköçürmə sistemi TuranBank mobil bank tətbiqi Azərbaycan banklarında UPT TuranBank xəbərləri turanbank.az.
13.03.2026 15:12

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü_27
Mobil əsas səhifə 5-ci-2_28
Mobil əsas səhifə 6-ci_29
Desktop_Manset_sag_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Desktop_sag_18-ci-yer_18