Nestle, Danone və Lactalis barəsində cinayət işi açılıb - məsul rəhbərlər 7 ilə qədər həbs cəzası ilə üz-üzə
Paris prokurorluğu Nestle, Fransada yerləşən qida-içki şirkəti Danone, Groupe Lactalis daxil olmaqla beş şirkət barəsində “insan sağlamlığı üçün təhlükə yaradan məhsullarla bağlı aldatma” ittihamı ilə cinayət işi açıb. Paris prokurorluğu bildirib ki, cinayət işi bəzi körpə ölümləri ilə də əlaqəlidir; bu ölümlərə uşaq qidalarına qarışan “cereulide” maddəsinin səbəb olduğuna dair əsaslı şübhələr müəyyən edilib.Fransada Paris prokurorluğu, Nestlé, Danone və Lactalis daxil olmaqla ümumilikdə beş qida şirkəti barəsində çinayət işi açıldığı haqqında məlumat yayıb.
Marja xəbər verir ki, cinayət işi həyati risk daşıdığı iddia edilən uşaq qidalarının bazara çıxarılması barədə əsaslı şübhə ilə bağlıdır. Prokurorluq bəzi hallarda körpə ölümlərinin bu uşaq qidaları ilə mümkün əlaqəsi şübhəsinin də araşdırıldığını elan edib.
Rəsmi qurumlar xüsusilə “cereulide” adlı toksin ehtimalı üzərində dayanır. Bu maddənin ürəkbulanma və qusmaya səbəb ola bildiyi məlumdur.
İddialara görə, sözügedən toksin istehsalda istifadə edilən və Çindəki təchizatçıdan alınan bəzi komponentlərdə aşkar edilib.
İstehsal dayandırılıb, geri çağırma başlayıb
Reuters-in məlumatına görə, Lactalis və Danone şirkətləri Babybio və La Marque markalı bəzi məhsullarında "cereulide" çirklənməsi müəyyən edildikdən sonra istehsalı dayandırıblar.
Hadisədən sonra Fransa başda olmaqla bir çox ölkədə məhsulların geri çağırılması barədə qərarlar qəbul edilib.
Ağır cəzalar gündəmdədir
İstintaq çərçivəsində şirkətlər təqsirli bilinərsə, məsul rəhbərlər 7 ilə qədər həbs cəzası və 3,8 milyon avroya qədər cərimə ilə üzləşə bilərlər.
Prokurorluq ölkə üzrə daxil olan çoxsaylı şikayətlər və açılan məhkəmə işlərinin texniki baxımdan mürəkkəb olması səbəbilə işi birbaşa öz üzərinə götürdüyünü bildirib.
Hüquqi prosesə qida təhlükəsizliyi sahəsində fəaliyyət göstərən Foodwatch ilə yanaşı, uşaqlarının uşaq qidası qəbul etdikdən sonra xəstələndiyini bildirən səkkiz ailənin şikayətləri də daxil edilib.
Cinayət işi məhsul təhlükəsizliyi və təchizat zəncirinə nəzarət baxımından Avropa qida sektorunda yeni müzakirələrə səbəb ola bilər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
1 həftə sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 1 həftə sonra
- 4 gün sonra
-
-
8 d. əvvəl
Azərbaycanda hotellərin ulduz kateqoriyaları üzrə qiymətləndirmə meyarları yenilənib
- 39 d. əvvəl
-
53 d. əvvəl
3,4 milyard manatlıq güzəşt: Dövlət bu azadolmaları yenidən ölçür
-
1 saat əvvəl
AZAL təyyarə parkına ilk yeni nəsil “Airbus A321neo”nu əlavə edib
-
1 saat əvvəl
Avropada satılan hər 10 yeni avtomobildən biri Çin istehsalıdır
- 1 saat əvvəl
-
1 saat əvvəl
"Müşavirədə xahiş etdim ki, yağışla bağlı da şimal zonasındakı fermerlərə subsidiyalar ayrılsın"
-
1 saat əvvəl
“Azərelektroterm”in baş direktoru vəzifədən azad olunacaq və yeni baş direktor seçiləcək
-
2 saat əvvəl
“Bakı Neft Mədən Avadanlıqları” ASC-nin xalis mənfəəti 58% artıb
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
3,4 milyard manatlıq güzəşt: Dövlət bu azadolmaları yenidən ölçür
Avropada satılan hər 10 yeni avtomobildən biri Çin istehsalıdır
Azərbaycan neftinin son qiyməti
Ən çox oxunanlar
"Müşavirədə xahiş etdim ki, yağışla bağlı da şimal zonasındakı fermerlərə subsidiyalar ayrılsın"
“Azərelektroterm”in baş direktoru vəzifədən azad olunacaq və yeni baş direktor seçiləcək
“Bakı Neft Mədən Avadanlıqları” ASC-nin xalis mənfəəti 58% artıb
DeepSeek əməkdaşlarının sayını 2 dəfə artırmağı planlaşdırır




























