2025-də Azərbaycanın qaz hasilatı 2,1%, SOCAR üzrə isə 1,4% artıb
SOCAR, 2025-ci il üzrə qazma, hasilat, emal və ixrac göstəricilərinə dair məlumat yayıb.
Qeyd edilib ki, 2025-ci ildə SOCAR tərəfindən 66 min metr qazma işləri həyata keçirilib.
Şirkətin müstəqil şəkildə və ya əsas payçı qismində istismar etdiyi yataqlardan 7,1 milyon ton neft, 7,8 milyard kubmetr qaz hasil olunub. Şirkət üzrə təbii qaz hasilatı ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,4% artıb. Ölkə üzrə qaz hasilatı isə 2024-cü illə müqayisədə 2,1% artaraq, 51,5 milyard kubmetr4 təşkil edib. Ümumilikdə, ötən il Azərbaycanda 27,7 milyon ton neft hasil olunub.
Hesabat dövründə SOCAR tərəfindən xarici bazarlara ixrac edilən neft həcmləri 16,1 milyon ton təşkil edib. Buraya şirkətin öz imkanları ilə çıxardığı neft həcmləri ilə birlikdə ölkəmizdə fəaliyyət göstərən beynəlxalq konsorsiumlar tərəfindən hasil olunan neftin Azərbaycan dövlətinə və SOCAR-a məxsus mənfəət payları da daxildir. Ölkə üzrə təbii qaz ixracı 25,2 milyard kubmetr, istehlakı isə 13,2 milyard kubmetr təşkil edib. Elektrik enerjisinin istehsalında bərpa olunan enerji mənbələrinin payının artması nəticəsində ölkə daxilində təbii qaz sərfiyyatı 3,1% azalıb.
Ötən il SOCAR tərəfindən 6,2 milyon tondan çox neft, 3 milyard kubmetrdən çox qaz emal edilib. Hesabat dövründə neft emalı 2024-cü illə müqayisədə 7,2% artıb. SOCAR-ın Azərbaycandakı müəssisələrində istehsal olunan 2,2 milyon ton neft, neft-kimya və qaz-kimya məhsulları xarici bazarlara ixrac edilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
8 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 9 saat əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 10 saat əvvəl
- 11 saat əvvəl
- 12 saat əvvəl
-
12 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır







.jpg)









.jpg)


