Yeni kart təqdim edildi - 15 min manatadək komissiyasız nağdlaşdırma, kart qalığına 8% gəlir
“AFB Bank” yeni "Mono kart" məhsulunu təqdim edib.
Marja.az-ın məlumatına görə, kartın təqdimat mərasimində "AFB Bank"ın Pərakəndə bankçılıq mərkəzinin icraçı direktoru Pərviz Qasımov bildirib ki, "Mono kart" bazara "Sadə" və "Premium" olaraq 2 variantda təqdim edilir: ""Sadə" kartımız tamamilə pulsuzdur. "Premium" kartı isə balansa 500 manat mədaxil edilməsi şərtilə əldə etmək olar".
O qeyd edib ki, kartın istifadə müddəti 36 aydır və müxtəlif valyutalarda təqdim edilir.
Pərviz Qasımov bildirib ki, "Mono kart" yüksək faiz gəliri təklif edir:
"Yəni müştəri öz vəsaitini manatla bu kartda saxlayaraq illik 8% gəlir əldə edə bilər. Minimum məbləğ 50 manatdır, maksimum limit isə yoxdur. ABŞ valyutasında kartda saxlanılan vəsaitə isə illik 2,5% gəlir hesablanır".
"AFB Bank"ın Pərakəndə bankçılıq mərkəzinin icraçı direktoru kart üzrə əməliyyatlar və limitlər haqqında da məlumat verib:
"AFB Bank"ın ATM-lərindən və və digər terminallardan karta vəsait mədaxil etdikdə heç bir komissiya tutulmur. İstənilən "Cash-in" aparatında karta istənilən məbləğdə mədaxil oluna bilər.
"Mono Kart" üzrə aylıq komissiyasız nağdlaşdırma limiti 15 000 manatdır. Belə ki, ay ərzində "AFB-Bank"ın bankomatlarından 10 min manatadək, ölkə daxilində, digər bankların bankomatlarından isə 5000 manatadək nağdlaşdırma etmək mümkündür.
Komissiyasız köçürmə limiti (card to card) aylıq 5000 manatdır. Digər bankın emissiya etdiyi ödəniş kartının və elektron pul kisəsinin balansının artırılması (TOP UP) üzrə aylıq limitsiz məbləğ 1000 manatdır.
Pərviz Qasımov "Mono Kart"ın sərfəli keşbeklər təklif etdiyini də deyib:
"Kartlarda kəşbek faizləri müxtəlifdir. Biz "Apple Pay" və Google Pay" üzrə daha yüksək keşbeklər təklif edirik. Müxtəlif tərəfdaşlar ilə razılaşdırılmış keşbek faizləri mövcuddur. Aylıq keşbek limiti "Sadə" kartda maksimum 100 manat, "Premium" kartda isə maksimum 150 manatdır. Bunlar da bazarda kifayət qədər rəqabətyönümlü rəqəmlərdir. Hər bir kateqoriya üzrə (market, geyim, gözəllik və s. ) keşbek limiti "Sadə" kartda aylıq 20 manat, "Premium kart"da isə aylıq 30 manat təşkil edir".
Tariflər ilə daha ətraflı buradan tanış ola bilərsiniz.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
3 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
-
3 saat əvvəl
Unibank BMT-nin Qadınların Səlahiyyətləndirilməsi Prinsiplərinə qoşuldu
-
- 7 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Qətər neftin qiymətinin 150 dollara qədər qalxa biləcyi barədə xəbərdarlıq etdi
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azərbaycan və “Dell Technologies” şirkəti əməkdaşlıq imkanları müzakirə edib
-
1 gün əvvəl
Kapital Bank qeyri-neft sektoru üzrə vergi rekordçusu ünvanını qoruyur
-
1 gün əvvəl
İpoteka sisteminin təhlükəsizliyi ilə bağlı iki qurum birgə məlumat yayıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Məsud Pezeşkian hücumlara görə qonşu ölkələrdən üzr istədi
Hacıqabul Quşçuluq Şirkəti xüsusi mükafata layiq görülüb
Neftin qiyməti 90 dollara yaxınlaşdı
Xalq Bankdan 8 Mart kampaniyaları
Bank BTB-nin aktiv və öhdəlikləri ABB-yə keçir!
“BTB” bank fəaliyyətini dayandırır - SON DƏQİQƏ
Daha 5 avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyən edilib - QALİBLƏRİN ADLARI AÇIQLANIB






















