ABŞ Ermənistana 11 milyon dollarlıq PUA satır
ABŞ-ın vitse-prezidenti JD Vens (James David Vance), ölkəsinin Ermənistana ilk dəfə 11 milyon dollar dəyərində kəşfiyyat pilotsuz uçuş aparatı (PUA) texnologiyasını əhatə edən hərbi satış həyata keçirəcəyini açıqlayıb.
Marja xəbər verir ki, Vens Yerevanda Ermənistanın Baş naziri Nikol Paşinyan ilə görüşündən sonra keçirilən birgə mətbuat konfransında çıxış edib.
Paşinyanın bu texnologiyanı ölkəsinin təhlükəsizliyini və sülhün davamlılığını təmin etmək üçün istifadə edəcəyini bildirən Vens baş verənləri “tarixi” kimi qiymətləndirib.
Sülhün keçmişə deyil, gələcəyə fokuslanan insanlar tərəfindən qurulacağını bildirən Vens deyib: “Baş nazir çox böyük irəliləyiş əldə edib, həm mənimlə, həm də ABŞ Prezidenti ilə çox yaxşı münasibətlər qurub. Buna görə biz yalnız Ermənistan üçün sülh qururuq, eyni zamanda Ermənistan və ABŞ üçün birlikdə real rifah yaradırıq.”
Vens ABŞ-ın Ermənistana “Nvidia” çiplərinin satışı üçün bir sıra ixrac lisenziyaları verdiyini açıqlayaraq, Ermənistanda bu çiplərin istifadə ediləcəyi məlumat mərkəzlərinin tikiləcəyini bildirib.
ABŞ ilə Ermənistanın mülki nüvə əməkdaşlığı sazişi üzrə danışıqları tamamladığını da sözlərinə əlavə edən Vens deyib: “Bu, ilkin mərhələdə 5 milyard dollarlıq ABŞ ixracı, yanacaq və texniki xidmət müqavilələr vasitəsilə uzunmüddətli 4 milyard dollarlıq əlavə dəstək deməkdir. Bu, həm Ermənistan, həm də ABŞ üçün klassik qazan-qazan vəziyyətidir.”
Vens Beynəlxalq Sülh və Rifah üçün Tramp Marşrutu (TRIPP) fondunun bölgəyə gətirəcəyi “tarixi transformasiya”nı vurğulayaraq deyib: “Bu, dünyanın bu bölgəsində ticarət, tranzit və enerji axınlarında tamamilə yeni bir dünyanın qapılarını açacaq, Ermənistan ilə qonşuları arasında misli görünməmiş bağlantılar quracaq.”
TRIPP-i Ermənistan xalqının rifahı və davamlı sülh layihəsi üçün “mükəmməl” kimi qiymətləndirən Vens bildirib ki, TRIPP fondu vasitəsilə dəmir yolu və boru kəməri tikintisi həyata keçiriləcək.
Vens Ermənistana səfər edən ilk ABŞ vitse-prezidenti olmaqdan qürur duyduğunu bildirərək, Trampın və özünün Ermənistan ilə münasibətləri növbəti mərhələyə daşımaqdan məmnun olduğunu qeyd edib.
Nüvə enerjisində əməkdaşlıq bəyanatı
Digər tərəfdən, Paşinyan və Vens “Ermənistan Respublikası Hökuməti ilə Amerika Birləşmiş Ştatları Hökuməti arasında nüvə enerjisinin dinc məqsədlərlə istifadəsi sahəsində əməkdaşlıq sazişi üzrə danışıqların tamamlanmasına dair birgə bəyanat”ı imzalayıblar.
Azərbaycan Prezidenti İlham Əliyev ilə Ermənistanın Baş naziri Nikol Paşinyan 8 avqust 2025-ci il tarixində ABŞ Prezidenti Donald Trampın ev sahibliyi ilə Ağ Evdə keçirilən üçtərəfli zirvə görüşündə Azərbaycanın əsas ərazisi ilə Naxçıvan Muxtar Respublikası arasında maneəsiz əlaqəni də təmin edəcək TRIPP layihəsinin həyata keçirilməsini razılaşdırmışdılar.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
-
3 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 9 saat əvvəl
-
- 10 saat əvvəl
- 11 saat əvvəl
-
11 saat əvvəl
Qətər neftin qiymətinin 150 dollara qədər qalxa biləcyi barədə xəbərdarlıq etdi
- 11 saat əvvəl
-
11 saat əvvəl
Azərbaycan və “Dell Technologies” şirkəti əməkdaşlıq imkanları müzakirə edib
-
11 saat əvvəl
Kapital Bank qeyri-neft sektoru üzrə vergi rekordçusu ünvanını qoruyur
-
12 saat əvvəl
İpoteka sisteminin təhlükəsizliyi ilə bağlı iki qurum birgə məlumat yayıb
- 12 saat əvvəl
-
12 saat əvvəl
Sabah külək güclənəcək, yağıntı intensivləşəcək - Temperatur 5-8 dərəcə enəcək
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
“Coca-Cola” qadın jurnalistləri təbrik edir
Hacıqabul Quşçuluq Şirkəti xüsusi mükafata layiq görülüb
Ən çox oxunanlar
Xalq Bankdan 8 Mart kampaniyaları
Bank BTB-nin aktiv və öhdəlikləri ABB-yə keçir!
“BTB” bank fəaliyyətini dayandırır - SON DƏQİQƏ
Daha 5 avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyən edilib - QALİBLƏRİN ADLARI AÇIQLANIB
ABB Dövlət Vergi Xidmətinin 2 mükafatını qazandı
Qlobal ərzaq qiymətləri 5 aydan sonra yenidən artıb




















