"Hindistan Rusiya neftinin alınmasını dayandırmağa razılaşıb"
ABŞ Prezidenti Donald Tramp bazar ertəsi günü Rusiya neftinin alınmasını dayandırmaq vədinin müqabilində Hindistan mallarına tarifləri endirəcəyini açıqlayıb.Hindistan Rusiya neftinin alınmasını dayandırmağa razılaşıb.
Maja.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp bildirib.
Onun sözlərinə görə, bunun əvəzinə ölkə ABŞ-dan və bəlkə də Venesueladan daha çox neft almağa başlayacaq ki, bu da Rusiya və Ukrayna arasındakı hərbi münaqişəyə "son qoymağa kömək edəcək".
Bundan əlavə, Vaşinqton və Nyu-Dehli razılaşıblar ki, ABŞ Hindistan mallarına tətbiq olunan idxal rüsumlarını 18%-ə endirəcək.
2025-ci ilin avqustunda Tramp Hindistandan idxala əlavə 25% rüsum tətbiq edən fərman imzalayıb — səbəb kimi bu ölkənin Rusiya neftini "birbaşa və ya dolayı yolla" alması göstərilib.
Qlobal ticarət məlumatları təminatçısı olan Kpler-ə görə, Hindistan hər gün təxminən 1,5 milyon barel Rusiya nefti idxal edir. Rusiya nefti Hindistanın ümumi idxalının üçdə birindən çoxunu təşkil edir.
Tramp sosial media paylaşımında bazar ertəsi səhər Hindistanın Baş naziri Narendra Modi ilə danışdığını bildirib. Narendra Modi ölkənin Rusiya xam neft idxalını Venesuela və ABŞ-dan neftlə əvəz etmək barədə razılığa gəlib. Modi X-dəki paylaşımında endirimli tarifləri alqışlayıb, lakin Rusiya neftinin alışının azaldılmasından bəhs etməyib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
1 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 2 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır







.jpg)







.jpg)







