"Prime Cotton" şirkəti 2025-ci ildə pambıq və tekstil sahəsində rekord nəticələrə imza atıb
2025-ci il "Prime Cotton" şirkəti üçün kənd təsərrüfatı, emal və ixrac fəaliyyətləri baxımından strateji dönüş ili olub.
Şirkət il ərzində 6 min 708 fermerlə əməkdaşlıq çərçivəsində 40 min 209 hektar ərazidə pambıq əkini həyata keçirərək ümumilikdə 152 min 671 ton pambıq istehsal edib. Bu göstəricilər Prime Cotton-un ölkə üzrə ən geniş istehsal və tədarük zəncirinə malik aparıcı şirkətlərdən biri olduğunu bir daha təsdiqləyir.
2025-ci il mövsümündə faktiki yığım göstəriciləri üzrə 6 min 709 fermerlə 37 min 514 hektar sahədən 142 min 452 ton pambıq tədarük olunub ki, bu da ölkədə pambıq istehsalı sahəsində son 30 ilin ən yüksək nəticələrindən biri hesab olunur.
Şirkətin ixrac fəaliyyəti də əhəmiyyətli dərəcədə genişlənib. İl ərzində "Prime Cotton" məhsulları 10 ölkəyə ixrac olunub, 4 yeni bazara çıxış təmin edilib və ümumilikdə 60-dan çox beynəlxalq müştəri ilə əməkdaşlıq qurulub. İxrac olunan əsas məhsullar sırasında mahlıc, çiyid, pambıq yağı, jımıx, iplik və dənli bitkilər yer alır.
2025-ci il eyni zamanda Prime Cotton-un beynəlxalq etimad və sertifikatlaşma baxımından mühüm nailiyyətlər əldə etdiyi il olub. Şirkət OEKO-TEX® Standard 100, USDA Organic, Sedex Supplier Plus, HIGG, ETKO, Geodentify, International Cotton Association (ICA) üzvlüyü, eləcə də ISO 9001:2015, ISO 14001:2015 və ISO 45001:2018 sertifikatları daxil olmaqla 10 beynəlxalq sertifikata sahib olaraq fəaliyyətini qlobal standartlara uyğun şəkildə qurduğunu təsdiqləyib.
Prime Cotton-un Baş icraçı direktoru Rövşən Mahmudov əldə olunan nəticələri belə dəyərləndirib:
“2025-ci il Prime Cotton üçün təkcə istehsal həcmlərinin artımı deyil, sistemli idarəetmənin və fermerlərlə qurulan sağlam tərəfdaşlığın real nəticəsidir. Minlərlə fermeri, on minlərlə hektar sahəni və beynəlxalq bazarları əhatə edən bu fəaliyyət modeli göstərir ki, Azərbaycan pambığı artıq keyfiyyət, izlənəbilənlik və etimad baxımından qlobal səviyyədə qəbul olunur.”
Qlobal pambıq və iplik bazarında davamlılıq, sertifikatlaşdırma və mənşə izlənəbilənliyinə artan tələbat fonunda Prime Cotton-un 2025-ci il nəticələri Azərbaycanın qeyri-neft ixrac potensialının güclənməsinə mühüm töhfə kimi qiymətləndirilir.
Qeyd edək ki, "Prime Cotton" MMC — 30 ildən artıq təcrübəyə malik, pambıqçılıq sahəsində Azərbaycanın aparıcı şirkətidir. "GP Cotton Holdings"in tərkibinə daxil olan "Prime Cotton", pambıq istehsalı ilə yanaşı mahlıc, iplik, pambıq yağı və pambıq jmıxı istehsalı ilə də məşğuldur. Şirkət müasir texnologiyalar, davamlı istehsal zənciri və keyfiyyətə əsaslanan yanaşması ilə yerli və beynəlxalq bazarlarda rəqabətədavamlı məhsullar təqdim edir.
Müştərilərin xəbərləri
"AFB Bank" artan xərclərinin 2026-cı ildən "bar verəcəyini" gözləyir - 2025-DƏ 131 NƏFƏR İŞÇİ QƏBUL EDİB
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
-
6 d. əvvəl
”PAŞA Bank”ın səhmlərinin ilkin kütləvi təklifi (İPO) zərurətdən irəli gəlmir”
-
- 31 d. əvvəl
- 44 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
Rusiyanın xarici dövlət borcu 20 ildə ilk dəfə 60 milyard dolları keçib
-
3 saat əvvəl
Tramp: İranla razılaşma əldə etməliyik, əks halda bu, onlar üçün çox travmatik olacaq
-
3 saat əvvəl
“5 milyon manatlıq istiqrazlarımızın uğurla yerləşdirilməsi bizi həvəsləndirib”
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Rəsmi məzənnələr açıqlandı
Tramp: İranla razılaşma əldə etməliyik, əks halda bu, onlar üçün çox travmatik olacaq
Ən çox oxunanlar
Azərbaycanın xarici ticarətində 50/50 vəziyyət
Bank yeni “Neftçilər” filialından gözləmədiyi nəticələr əldə edib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakıda daha bir ünvanda "Toba" velosiped mağazası açılacaq

























