"Qızılın unsiyasının qiyməti 10 000 dollara çata bilər"
Broker və məsləhət xidmətləri göstərən "SBG Securities" şirkətinin qiymətləndirməsinə görə, pul siyasəti daha da dəstəkləyici (yumşaq) olarsa (ABŞ Mərkəi Bankı (FED) faizləri daha da aşağı salarsa - red) və geosiyasi amillər dolları zəiflətməyə davam edərsə, qızılın qiyməti bu il unsiya üzrə 10 min dollara qədər yüksələ bilər.
Marja.az-ın məlumatına görə, şirkət qeyd edib ki, qızıl üçün əsas hərəkətverici amil ABŞ-da faiz endirimlərinə dair gözləntilərdir. Bazarlar bu il 2 dəfə faiz endirimini qiymətlərə daxil etsə də, SBG daha çox endirim üçün imkan görür.
Qurum bildirir ki, “2026-cı ildə FED tərəfindən 3 dəfə faiz endirimi ilin sonunadək qızılı 7000 dollara qaldıra bilər (SBG-nin əsas ssenarisi), daha "göyərçin" (daha çox faiz endirimi -red) isə qızılın unsiyasnın qiymətini 10 000 dollara qaldıra bilər.”
Bununla belə, SBG faizlərin dəyişməz saxlanılmasını daha ehtiyatlı seçim hesab edir. Qurumun fikrincə, zəif dollar artıq ABŞ-da inflyasiyaya təsir göstərir və bu təsir enerji qiymətlərinin artımı ilə daha da güclənə bilər.
Qızılın qiyməti barədə daha bir iddialı proqnoz: 7 min 100 dollara qədər yüksələ bilər
Qlobal miqyasda aparıcı investisiya bankçılığı və maliyyə məsləhət xidmətləri şirkəti "RBC Capital Markets" də bildirib ki, 2025-ci ildə qızılın qiymətində təxminən 65 faizlik artım 2026-cı ildə də təkrarlanarsa, qiymət ilin sonuna qədər 7 min 100 dollara qədər yüksələ bilər. RBC-nin təhlilində ticarət gərginlikləri, siyasi və geosiyasi qeyri-sabitlik, eləcə də FED-in müstəqilliyi ilə bağlı narahatlıqların qızıl üçün güclü makro zəmin yaratdığı vurğulanıb. Mərkəzi banklar və investorlar tərəfindən tələbin azalmadığı, ETP aktivlərinin isə qiymətlərlə paralel şəkildə artdığı qeyd edilib. Təhlildə qeyd edilib ki, keçmiş böyük "rallilər ilə" müqayisədə mövcud qiymət yüksəlişin müddətinin normal olduğu, tarixi orta göstəricilərə əsasən artımın sentyabr və ya dekabr ayına qədər davam edə biləcəyi vurğulanıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
-
3 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 9 saat əvvəl
-
- 10 saat əvvəl
- 11 saat əvvəl
-
11 saat əvvəl
Qətər neftin qiymətinin 150 dollara qədər qalxa biləcyi barədə xəbərdarlıq etdi
- 11 saat əvvəl
-
11 saat əvvəl
Azərbaycan və “Dell Technologies” şirkəti əməkdaşlıq imkanları müzakirə edib
-
11 saat əvvəl
Kapital Bank qeyri-neft sektoru üzrə vergi rekordçusu ünvanını qoruyur
-
12 saat əvvəl
İpoteka sisteminin təhlükəsizliyi ilə bağlı iki qurum birgə məlumat yayıb
- 12 saat əvvəl
-
12 saat əvvəl
Sabah külək güclənəcək, yağıntı intensivləşəcək - Temperatur 5-8 dərəcə enəcək
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
“Coca-Cola” qadın jurnalistləri təbrik edir
Hacıqabul Quşçuluq Şirkəti xüsusi mükafata layiq görülüb
Ən çox oxunanlar
Xalq Bankdan 8 Mart kampaniyaları
Bank BTB-nin aktiv və öhdəlikləri ABB-yə keçir!
“BTB” bank fəaliyyətini dayandırır - SON DƏQİQƏ
Daha 5 avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyən edilib - QALİBLƏRİN ADLARI AÇIQLANIB
ABB Dövlət Vergi Xidmətinin 2 mükafatını qazandı
Qlobal ərzaq qiymətləri 5 aydan sonra yenidən artıb



















