Vergilər daha çox yığmaq üçün Tədbirlər Planı təsdiqlədi - DETALLAR
Vergidən yayınma hallarının ən çox təsadüf edildiyi sahələrdən biri də iri dövriyyəli pərakəndə satış obyektləridir.
"Marja" xəbər verir ki, bu barədə Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinin baş direktoru vəzifəsini icra edən Habil Məmmədov vergi orqanlarının informasiya məlumat bazaları əsasında hazırlanmış Tədbirlər Planının əsas müddəaları ilə bağlı məlumatında deyib.
Onun sözlərinə görə, bir çox ticarət mərkəzlərində, supermarketlərdə məsafədənötürmə qurğularının qoyulmasına baxmayaraq, həmin qurğulardan əldə edilən informasiya mübadiləsi günün tələbləri səviyyəsində deyil. Vergi orqanı əməkdaşlarının xronometraj aparmaq imkanları vaxt və fiziki baxımdan çətinlik yaratdığından, çıxış yolu iri dövriyyəli pərakəndə satış obyektlərində elektron məsafədənötürmə qurğularının tətbiqi ilə bağlı zəruri texniki işlərin görülməsinin sürətləndirilməsidir.
Vurğulanıb ki, vergi proqnozlarının icrasına mühüm təsir edən faktorlardan biri vergi borclarının alınmasının təşkilidir. Bu məsələ ilə bağlı yeni istiqamətlər müəyyənləşdirilib, istintaq orqanları da cəlb olunmaqla, vergi borclarının alınması işinin təşkilinin təkmilləşdirilməsinə dair zəruri tədbirlərin həyata keçirilməsi planlaşdırılıb.
Səyyar vergi yoxlamaları üzrə bir sıra mühüm tədbirlərin görülməsi, elektron qaimə-fakturanın tətbiqi ilə əlaqədar mövcud vəziyyətin dəyərləndirilməsi və yeni risk meyarları müəyyənləşdirilərək proqram təminatında elektron nəzarətin qurulması başlıca tələblərdən biridir.
İDXALÇILAR, OTELLƏR, QIZIL, MEBEL MAĞAZALARI "RADARDA"
Qeyd olunub ki, idxalçıların məsuliyyətinin artırılması üçün əlavə tədbirlərin görülməsi, istehsal olunan məhsul növləri üzrə istehsal obyektlərinin qruplaşdırılması və analoji vergiödəyicilərinin göstəricilərinin müqayisəsinin aparılması, qızıl mağazaları üzrə vergi nəzarətinin gücləndirilməsi, otellər üzrə vergi öhdəliklərinə əməl edilməsi vəziyyətinin təhlili və bu sahələrdə vergidən yayınma hallarının qarşısının alınması üçün zəruri tədbirlərin görülməsi də başlıca tələblərdəndir. Həmçinin, nağd hesablaşmalar aparan vergiödəyicilərində vergi nəzarətinin təmin edilməsi məqsədilə risk meyarlarının hazırlanması və buna uyğun tədbirlərin həyata keçirilməsi, real dövriyyəni yayındırmaq məqsədilə sadələşdirilmiş vergi ödəyicisi kimi qeydiyyata düşən, amma ƏDV ödəyicisi olmalı vergiödəyicilərinin təhlili və aşkarlanması da əsas vəzifələrdən olacaq.
Tədbirlər Planında yer alan məsələlərdən biri də mebel istehsalı və satışı ilə məşğul olan vergiödəyiciləri və iri iaşə obyektləri üzrə vergi öhdəliklərinə əməl edilməsinin təhlili, Bakı şəhərinin mərkəzində real icarə haqqının müəyyənləşdirilməsi və bu sahədə vergidən yayınma hallarının qarşısının alınması üçün qanuna müvafiq tədbirlərin görülməsidir.
© vergiler.az
Müştərilərin xəbərləri
Azercell və AWS süni intellekt modellərinin Azərbaycan dilində öyrədilməsi üçün texnoloji platforma yaradıblar
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 6 gün sonra
- 8 d. əvvəl
-
- 15 d. əvvəl
-
24 d. əvvəl
“Azərişıq” şirkətinin rəislərinə maliyyə sanksiyası tətbiq edilib, icrası məcburi göstəriş verilib
- 41 d. əvvəl
-
1 saat əvvəl
Gələcəyə böyük addım: Payonix BOKT-un aktivləri və gəlirləri sürətlə artır!
- 1 saat əvvəl
-
1 saat əvvəl
İşdən qanunsuz çıxarılmış 53 nəfər isə əvvəlki işlərinə bərpa etdirilib
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
ABB-dən kiçik sahibkarlara böyük imkanlar yaradan biznes kartı
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 8 GÜN
“Prior Kredit BOKT”un xalis mənfəəti 15% artıb
Azərbaycana gələn turustlərin sayı 10 faizdən çox azalıb
“Korgöz-Tikinti-Material”nın zərəri azalıb
İyunun 6-da gözlənilən hava şəraiti
Ən çox oxunanlar
Dəmir zavodu layihəsilə bağlı növbəti müqavilələr imzalanıb - 800 MİLYON DOLLAR İNVESTİSİYA, 1600 İŞ YERİ
Azercell və AWS süni intellekt modellərinin Azərbaycan dilində öyrədilməsi üçün texnoloji platforma yaradıblar
ABB-dən kiçik sahibkarlara böyük imkanlar yaradan biznes kartı
Azərbaycan neftinin son qiyməti
Baku Electronics-də "Vəziyyət Qırmızıdır" - rəflər boşalmadan fürsəti dəyərləndirin
























