Ötən il hotellərdə yerlərin 75,6 faizi boş qalıb, gəlir azalıb
2025-ci ildə mehmanxana (hotel) və mehmanxana tipli obyektlərin gəlirləri 2024-cü illə müqayisədə 5,9 faiz azalaraq 653 milyon manat olub. 2025-ci ildə mehmanxana (hotel) və mehmanxana tipli obyektlərin birdəfəlik tutumundan istifadə səviyyəsi ölkə üzrə 24,4 faiz olmuşdur (birdəfəlik tutumunun (yerlərin) 75,6 faizi istifadəsiz qalıb).Dövlət Statistika Komitəsi "2025-ci ildə mehmanxana (hotel) və mehmanxana tipli obyektlərin fəaliyyəti haqqında" məlumatları açıqlayıb.
Qeyd edilib ki, 2025-ci ildə mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2024-cü illə müqayisədə 6,7 faiz artaraq 4 milyon 569,5 min olmuşdur. Gecələmələrin ümumi sayının 58,9 faizi Bakıda, 5,6 faizi Qusarda, 5,1 faizi Naftalanda, 5,0 faizi Xaçmazda, 3,7 faizi Qəbələdə, 3,2 faizi Qubada, 3,0 faizi Lənkəranda, 2,2 faizi Şabranda, 1,5 faizi Şamaxıda, 1,2 faizi Gəncədə, 1,1 faizi Şuşada, 1,1 faizi Masallıda, 1,1 faizi Qaxda, 0,9 faizi Naxçıvan Muxtar Respublikasında və 6,4 faizi digər şəhər və rayonlardakı mehmanxanalarda (hotellərdə) və mehmanxana tipli obyektlərdə qeydə alınmışdır.
Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin keçirdiyi gecələmələrin sayı 2024-cü illə müqayisədə 11,3 faiz artaraq 2614,3 min olmuşdur ki, bu da ümumi gecələmələrin 57,2 faizini təşkil edir. Gecələmələrin ümumi sayının 13,6 faizi Hindistan, 10,1 faizi Rusiya Federasiyası, 9,3 faizi Türkiyə, 8,3 faizi Səudiyyə Ərəbistanı, 5,6 faizi İsrail, 5,1 faizi Birləşmiş Ərəb Əmirlikləri, 3,9 faizi Pakistan, 3,4 faizi Çin, 3,3 faizi Özbəkistan, 3,2 faizi ABŞ, 2,8 faizi Qazaxıstan, 2,4 faizi Küveyt, 2,2 faizi Böyük Britaniya, 1,3 faizi Almaniya, 1,0 faizi İtaliya, 24,5 faizi isə digər ölkələrin vətəndaşlarının payına düşmüşdür.
Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin keçirdiyi gecələmələrin 81,1 faizi Bakıda, 6,1 faizi Qusarda, 4,4 faizi Naftalanda, 3,2 faizi Qəbələdə, 2,4 faizi Qubada, 0,7 faizi
Şamaxıda, 2,1 faizi isə digər şəhər və rayonlardakı mehmanxanalarda qeydə alınmışdır.
Azərbaycan Respublikası vətəndaşlarının mehmanxanalarda keçirdiyi gecələmələrin sayı 2024-cü illə müqayisədə 1,1 faiz artaraq 1955,2 min olmuşdur ki, bu da ümumi gecələmələrin 42,8 faizini təşkil edir.
2025-ci ildə mehmanxana (hotel) və mehmanxana tipli obyektlərin gəlirləri 2024-cü illə müqayisədə 5,9 faiz azalaraq 653 milyon manat olmuşdur ki, onun da 61,8 faizi nömrələrin (otaqların) təqdim olunması üzrə xidmətlərdən, 27,2 faizi ictimai iaşə xidmətlərindən, 2,9 faizi müalicə və sağlamlıq xidmətlərindən, 8,1 faizi isə digər xidmətlərin göstərilməsindən əldə edilmişdir.
2025-ci ildə mehmanxana (hotel) və mehmanxana tipli obyektlərin birdəfəlik tutumundan istifadə səviyyəsi ölkə üzrə 24,4 faiz olmuşdur (2024-cü ildə 24,0 faiz). Bu göstərici Naftalanda 48,5 faiz, Şabranda 41,7 faiz, Bakıda 36,9 faiz, Qusarda 31,7 faiz, Sabirabadda 27,7 faiz, Lənkəranda 23,3 faiz, Qəbələdə 21,5 faiz, Şamaxıda 20,5 faiz, Bərdədə 19,5 faiz, Qubada 16,6 faiz, Beyləqanda 15,7 faiz, Ağdamda 15,6 faiz, Qaxda 15,5 faiz, Masallıda 15,3 faiz, digər şəhər və rayonlarda isə 15,3 faizdən aşağı olmuşdur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
1 həftə sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 1 həftə sonra
- 4 gün sonra
-
-
3 d. əvvəl
ABB-nin dəstəyi ilə yeni uşaq futbol komandası formalaşdırıldı
-
16 d. əvvəl
“Daşkəsən Dəmir Filiz” şirkətinin maliyyə nəticələri daha da pisləşib, zərəri 2,6 dəfə artıb
-
24 d. əvvəl
Bir sıra publik hüquqi şəxslərin əsasında büdcə təşkilatları yaradılr - FƏRMAN
-
33 d. əvvəl
Dövlət şirkəti 100 milyon dollardan çox əməliyyat mənfəəti açıqladı
-
45 d. əvvəl
Azərbaycan şirkəti satışdan 266 milyon dollar gəlir əldə etdiyini açıqladı
- 49 d. əvvəl
-
50 d. əvvəl
Azərbaycanın Özbəkistandakı səfiri vəzifəsindən geri çağırılıb
-
1 saat əvvəl
Azercell Silahlı Qüvvələr Günü münasibətilə “Əsgərcell” təklifini istifadəyə verir
- 3 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
ABB-nin dəstəyi ilə yeni uşaq futbol komandası formalaşdırıldı
Azərbaycan yeni tranzit sistemə qoşulmağa hazırlaşır
Ən çox oxunanlar
Azərbaycanın Özbəkistandakı səfiri vəzifəsindən geri çağırılıb
Kənd təsərrüfatı, nəqliyyat-rabitə, sənaye və istehsal üzrə bank kreditlərində azalma müşahidə olunub
Mayda bank sektorunda çalışanların sayı azalıb
İyunun 26-da gözlənilən hava şəraiti



























