ABŞ Venesuela neftinə müddətsiz nəzarət istəyir
ABŞ-ın Venesuela Prezidenti Nikolas Maduronu yaxalamasından sonra ABŞ-ın Enerji naziri Kris Rayt Tramp administrasiyasının gələcəkdə Venesuela neftinin satışına nəzarət etməyi və əldə edilən gəlirləri ABŞ hesablarında saxlamağı planlaşdırdığını bildirib.
Marja xəbər verir ki, çərşənbə günü çıxış edən Rayt ilk mərhələdə ABŞ-ın tətbiq etdiyi blokada səbəbindən Venesuelada yüksək həcmdə yığılıb qalmış xam neftin satılacağını deyib. Rayt, “Biz sadəcə bu xam nefti satacağıq. Venesuelada hasil edilən xam nefti bazara çıxaracağıq – əvvəlcə anbarda saxlanılan nefti, daha sonra isə Venesuelada hasil olunan nefti müddətsiz olaraq satacağıq” ifadələrini işlədib. Rayt əlavə edib: “Biz heç kimin neftini oğurlamırıq”.
ABŞ Prezidenti Donald Tramp çərşənbə axşamı axşamı Venesuelanın ABŞ-ın satması üçün 50 milyon barrel neft verəcəyini və bunun mövcud bazar qiymətləri ilə təxminən 2,8 milyard dollar dəyərində olduğunu bildirib.
Ağ Evin mətbuat katibi Karolin Livitt çərşənbə günü verdiyi açıqlamada ABŞ-ın Venesuela xam neftinin bazara çıxarılması prosesinə başladığını deyib. Bloomberg-ə məlumat verən mövzuya yaxın bir mənbə satışlardan əldə edilən gəlirlərin ABŞ Xəzinəsinin hesablarında saxlanılacağını və bu addımın gəlirləri Venesuelanın kreditorlarından qoruyacağını bildirib. Livitt də vəsaitlərin Amerika və Venesuela xalqına fayda verəcəyini qeyd edib.
Livitt, “Venesuela xam nefti və neft məhsullarının satışından əldə edilən bütün gəlirlər, gəlirlərin yekun bölüşdürülməsinin legitimliyini və bütövlüyünü təmin etmək məqsədilə ilk olaraq qlobal miqyasda tanınan banklarda ABŞ-ın nəzarətində olan hesablara yatırılacaq” deyərək, “Bu vəsaitlər ABŞ-ın mülahizəsinə əsasən Amerika xalqının və Venesuela xalqının xeyrinə paylanacaq” ifadələrini işlədib.
Dünın Tramp Venesuelanın ABŞ-a 50 milyon barrel neft satacağı razılaşmadan əldə edəcəyi gəlirlə “Yalnız Amerika istehsalı olan məhsullar alacağını” bildirib.
Venesuelanın dövlət neft şirkəti Petroleos de Venezuela SA açıqlamasında ölkədə fəaliyyət göstərən yeganə böyük ABŞ neft şirkəti olan Chevron Corp. ilə bağlanmış razılaşmaya bənzər çərçivədə xam neft satışı ilə bağlı Vaşinqtonla danışıqlar apardığını bildirib.
Bu arada ABŞ qüvvələri Venesuelaya tətbiq edilən enerji karantinasının bir hissəsi olaraq daha iki neft tankerini ələ keçirib. ABŞ müdafiə naziri Pit Heqset X platformasında “Sanksiyaya məruz qalan və qanunsuz Venesuela neftinə qarşı blokada dünyanın hər yerində TAM SƏMƏRƏLİ şəkildə davam edir” deyə yazıb.
Müştərilərin xəbərləri
Kapital Bank-ın təhsil işçilərinə unikal imkanlar yaradan TəhsilPlus kartı ilk sahiblərinə təqdim olundu
SON XƏBƏRLƏR
- 4 həftə sonra
-
3 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 3 d. əvvəl
-
-
1 saat əvvəl
Daha 5 avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyən edilib - QALİBLƏRİN ADLARI AÇIQLANIB
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Dövlət Vergi Xidməti “OBA”nı məşğulluğa töhfəyə görə təltif etdi
- 2 saat əvvəl
-
3 saat əvvəl
Mərkəzi Bank rəhbər təyinatı ilə bağlı 18 müraciəti uyğun hesab etməyib
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
4 saat əvvəl
Rəşad Nəbiyev Britaniyaya səfər çərçivəsində “ScaleAI” nümayəndələri ilə görüşüb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Daha bir Azərbaycan bankı bağlanır - SON DƏQİQƏ
Qlobal ərzaq qiymətləri 5 aydan sonra yenidən artıb
Martın 7-də gözlənilən hava şəraiti
Ən çox oxunanlar
Kapital Bank-ın təhsil işçilərinə unikal imkanlar yaradan TəhsilPlus kartı ilk sahiblərinə təqdim olundu
Filippində neftin 100 dollar olması ilə bağlı xəbərdarlıq
BVF neft şoku ilə bağlı hazır vəziyyətə keçdi
SOCAR-ın prezidenti Afrika ölkəsində səfərdə olub, alınmış 10% pay ilə bağlı müzakirə aparılıb
























