Dövlətin 25 milyard 273 milyon manat borcu olduğu açıqlandı
Xarici dövlət borcu 2025-ci ilin əvvəli ilə müqayisədə 309 milyon ABŞ dolları və ya 6 faiz azalıb. 2025-ci ilin əvvəli ilə müqayisədə daxili dövlət borcunun səviyyəsi isə1 milyard 582,2 milyon manat və ya 8,5 faiz azalıb.2025-ci il 1 dekabr tarixinə Azərbaycan Respublikasının ümumi dövlət borcunun həcmi 25 milyard 272,7 milyon manata bərabər olub. Bu, 2025-ci il üzrə proqnozlaşdırılan ÜDM-in 19,5 faizini təşkil edir. Məcmu dövlət borcunun 8 milyard 195,2 milyon manatı xarici dövlət borcunun, 17 milyard 77,5 milyon manatı daxili dövlət borcunun payına düşür.
Marja.az xəbər verir ki, bu, 2026-cı ilin makroiqtisadi proqnozlarında bildirilir.
Xarici dövlət borcu
Qeyd edilib ki, beynəlxalq maliyyə bazarlarında yerləşdirilmiş istiqrazlar, habelə əməkdaşlıq edilən müxtəlif beynəlxalq maliyyə-kredit qurumları və xarici banklarla imzalanmış kredit sazişləri çərçivəsində faktiki istifadə olunmuş hissə üzrə yerinə yetirilmiş öhdəliklər nəzərə alınmaqla, 2025-ci ilin 1 dekabr tarixinə operativ məlumatlara əsasən, xarici dövlət borcu 4 milyard 820,7 milyon ABŞ dolları ekvivalentində olub. Xarici dövlət borcu 2025-ci ilin əvvəli ilə müqayisədə 309 milyon ABŞ dolları və ya 6 faiz azalıb.
Daxili dövlət borcu
2025-ci il 1 dekabr tarixinə daxili dövlət borcu 17 milyard 77,5 milyon manat və ya 2025-ci il üzrə proqnozlaşdırılan ÜDM-in 13,2 faizini təşkil edib. 2025-ci ilin əvvəli ilə müqayisədə daxili dövlət borcunun səviyyəsi 1 milyard 582,2 milyon manat və ya 8,5 faiz azalıb.
Daxili dövlət borcunun 8 milyard 18 milyon manatını dövlət qiymətli kağızları üzrə qalıq borc təşkil edir. Bunun 7 milyard 837,9 milyon manatını daxili maliyyə bazarında yerləşdirilmiş dövlət istiqrazlarının, 180,1 milyon manatı veksellər üzrə qalıq borcun payına düşür. Daxili dövlət borcunun yerdə qalan 9 milyard 59,5 milyon manatını “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin sağlamlaşdırılması və toksik aktivlərinin reallaşdırılması tədbirləri çərçivəsində buraxılmış dövlət zəmanətli qiymətli kağızlar üzrə hökumətin üzərinə götürdüyü öhdəliklər təşkil edir.
Dövlət qiymətli kağızlarının 2,6 faizi 1 illik, 56,2 faizi 2 və 3 illik, 41,2 faizi isə 5 il və daha artıq müddətli dövlət qiymətli kağızlarının payına düşür.
2025-ci ilin 1 dekabrtarixinə dövlət büdcəsinin dövlət borcuna xidmət xərclərindən 1 milyard 730,9 milyon manat vəsait istifadə edilib. Bu vəsaitin 1 milyard 210,6 milyon manatı xarici borclar, 520,3 milyon manatı isə daxili borclar üzrə öhdəliklərin yerinə yetirilməsinə yönəldilib.
2026-cı il üzrə xarici dövlət borclanmasının yuxarı həddi 6 milyard manat, daxili dövlət borclanmasının yuxarı həddi 2 milyard manat müəyyən edilib. İl ərzində veriləcək dövlət zəmanətlərinin məbləğinin yuxarı həddi 3 milyard manat məbləğində müəyyənləşdirilib.
Müştərilərin xəbərləri
Bakıda sazişlər imzalandı - Biznesin İnkişafı Fondu, “Azerconnect Group”, “TuranBank”, “Rabitəbank”...
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
3 gün sonra
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
- 1 gün sonra
-
- 7 saat əvvəl
- 10 saat əvvəl
- 12 saat əvvəl
-
12 saat əvvəl
ABB Daşkənddə mühüm saziş imzaladı: Özbəkistan planı sürətlənir
-
12 saat əvvəl
Bitki yağları idxalı 34,9% artıb, ilk 5 ayda 101 milyon dolları keçib
-
12 saat əvvəl
Azərbaycana kərə yağı idxalı azalıb - 9 milyon dollarlıq və ya 12%-lik geriləmə
-
12 saat əvvəl
Azərbaycana süd idxalı kəskin artıb - İlk 5 ayda 17 milyon dolları keçib
-
13 saat əvvəl
Azərbaycana ət idxalı 15% artıb - Xaricdən 5 ayda 47 milyon dollarlıq ət alınıb
- 13 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
FED faiz qərarını açıqladı
ABB Daşkənddə mühüm saziş imzaladı: Özbəkistan planı sürətlənir
Ən çox oxunanlar
Azərbaycan ilə OPEC Fondu arasında əməkdaşlığın əsas istiqamətləri və gələcək inkişaf perspektivləri müzakirə olunub
TuranBank ICD ilə 15 milyon dollarlıq niyyət bəyannaməsi imzaladı
Bu mallar da gömrük rüsumlarından azad olunur
Tramp: Hörmüz boğazı yaxın bir-iki gündə tam açıq olacaq
Azərbaycanın ərzaq idxalı daha da artıb - 5 ayda 1 milyard 130 milyon dolları keçib

























