Bir ekosistemindən yeni ödəniş həlli: m10 rəqəmsal kartı ilə sərhədsiz ödəniş dövrü başlayır
(®) Müştərilərinə daim ən son rəqəmsal ödəniş həlləri təqdim edərək onların gündəlik həyatını asanlaşdıran Bir ekosistemi daha bir yenilik təqdim edir.
Belə ki, ekosistemin tərkib hissəsi olan və təqdim olunduğu vaxtdan müştərilərə rəqəmsal əməliyyat imkanları yaradan m10 tətbiqdaxili rəqəmsal kartı ilə də vəsaitlərin istifadəsini beynəlxalq səviyyəyə qaldırır. Ödəniş sektorunun qlobal texnologiya şirkəti Mastercard ilə tərəfdaşlıq çərçivəsində təqdim olunan yeni rəqəmsal kart, m10 istifadəçilərinə dünyanın hər yerində rahat ödəniş imkanı tanıyır.
Yeni m10 rəqəmsal kartının ən vacib özəlliyi odur ki, kartın balansı birbaşa istifadəçinin mövcud m10 elektron pulqabısı ilə eynidir. Artıq m10-da qeydiyyatdan və üztanıma identifikasiyasından uğurla keçən istifadəçilər kartı saniyələr içərisində aktivləşdirə bilərlər. Kartdan istifadəyə başlamaq üçün tətbiqin əsas ekranında olan “Kartı Oyat” düyməsinə klikləmək kifayətdir. Bu proses bazarda mövcud olan ən sürətli rəqəmsal kart aktivləşdirmək üsullarından biridir. Yəni, istifadəçilər kartı aktivləşdirdikləri andan etibarən dərhal ödəniş edə bilərlər.
m10 rəqəmsal kartı ilə istənilən təmassız ödənişləri qəbul edən POS terminallarda (NFC) ödəniş etmək mümkündür. Kartı “Apple Wallet” və “Google Wallet” mobil cüzdanına əlavə etməklə ödənişləri internet bağlantısı olmadan da həyata keçirmək olar.
Onlayn ödəniş, müxtəlif saytlara kart məlumatlarını əlavə etmək və ya səyahət zamanı xaricdə alış-veriş kimi bütün imkanlar m10 rəqəmsal kartı vasitəsilə əlçatandır. Qeyd edək ki, yeni rəqəmsal kartın üstünlükləri ilə yanaşı, m10 cüzdanının digər mövcud funksiyaları da aktivdir. Belə ki, tətbiqdaxili ödənişlər, QR ödənişlər, m10 cüzdanları arasında əməliyyatlar, ölkədaxili və xarici pul köçürmələri, eləcə də və BakıKart ödənişləri kimi bütün üstünlüklər əvvəlki kimi qüvvədə qalır.
Xatırladaq ki, m10 ötən aylarda Amsterdam şəhərində keçirilən Money 20/20 Europe forumunda iştirak edərək, Ödəniş sektorunun qlobal texnologiya şirkəti Mastercard ilə strateji əməkdaşlığa başladığını elan etmişdi. Bu strateji əməkdaşlığın gətirdiyi üstünlüklər çərçivəsində, m10 rəqəmsal kartı kimi beynəlxalq ödəniş həllərinin istifadəyə verilməsi daha da rahat həyata keçirilə bilir və bu, Azərbaycanın rəqəmsal maliyyə həllərinin beynəlxalq arenada tanıdılması üçün mühüm addımdır.
Ətraflı məlumat üçün link: www.b-b.az/bmdc
Bir ekosistemi ölkənin aparıcı brendləri olan Birbank, Birmarket, m10 və MilliÖn brendlərini bir çətir altında birləşdirir. Eyni zamanda ekosistem Trendyol Azərbaycan və BakıKart kimi strateji tərəfdaşlarla əməkdaşlıq edərək həm təsir dairəsini genişləndirir, həm də müştəri təcrübəsini zənginləşdirir. Bu inteqrasiya sayəsində müştərilər partnyor şəbəkəsində və ictimai nəqliyyatda QR ödənişlərdən, Birmarket-də Birbank vasitəsilə kreditli alış-verişdən, Trendyol Azərbaycan-da Birbank taksit kartları ilə ödənişlərdən, vahid bonus proqramından və bir çox digər yenilikçi həllərdən faydalanırlar. Bütün bu imkanlar ekosistemin dörd əsas konsepti – Vahid giriş, Vahid bonus, Vahid ödəniş və Vahid kredit platforması üzərində qurularaq müştərilərə sürətli, rahat, sərfəli və təhlükəsiz xidmət təqdim edir.
Müştərilərin xəbərləri
METAK və VFK Azərbaycanda ilk polistirol qablaşdırma istehsalının yaradılması üzrə əməkdaşlıq sazişi imzalayıblar
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
2 gün sonra
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
- 11 saat sonra
-
-
9 d. əvvəl
PAŞA Bank: 18 iyunda yeni səhmlərin Bakı Fond Birjasında yerləşdirilməsinə start verilib
-
4 saat əvvəl
ABB istiqrazlarına yüksək investor marağı davam edir: sifarişlər təklifi 2 dəfə üstələdi
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
OPEC 2050-ci ilədək qlobal enerji istehlakının 23% artacağını gözləyir
- 5 saat əvvəl
-
7 saat əvvəl
Mərkəzi Bank “Baku Pay” və “Fizza Pay” şirkətlərinə icrası məcburi göstəriş verib
-
7 saat əvvəl
ABB istiqrazlarına investor axını: tələb buraxılış həcmini 2 dəfə üstələdi
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
Ərzaq təhlükəsizliyinin əsas məhsulu üzrə idxal artıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
"Hazırda bu göstərici təxminən 14–15 milyon ton təşkil edir və biz bu rəqəmi ikiqat artırmağı hədəfləyirik"
Norm Ustalar Klubunun üzvləri praktik imtahanı uğurla başa vurublar
"Sumqayıt Yeni Tullantı Sutəmizləyici Qurğunun tikintisi" üzrə kredit sazişi imzalanıb
Azərbaycan xaricdən geyim alışını azaldıb - İdxalı 14 milyon azalaraq 167 milyon dollara düşüb
“Sea Breeze Arena”nın tikintisi üzrə müqavilə imzalanıb




























