Bank Xankəndidə filial açdı
AccessBank Azərbaycanın regionlarında fəaliyyət dairəsini genişləndirməyə davam edir.
Marja xəbər verir ki, Bank və rəqəmsal ödənişlər üzrə qlobal lider Visa ilə birgə Xankəndi şəhərində növbəti kobrend filialının açılışını elan edir.
Bu açılış, AccessBank-ın 2025-ci il üçün nəzərdə tutulmuş Regionlarda İnkişaf Planının tam icra olunması və ölkə üzrə xidmət şəbəkəsinin daha da genişlənməsi baxımından mühüm mərhələ oldu.
Yeni filialın fəaliyyətə başlaması ilə AccessBank-ın filiallarının ümumi sayı 38-ə çatdı və bankın xidmət coğrafiyası 24 bölgəni əhatə etdi. Qarabağın ölkə iqtisadiyyatına inteqrasiya olunduğu bu mərhələdə bankın əsas məqsədi - regionda kiçik və orta sahibkarlığın inkişafına dəstək, yeni iş yerlərinin yaradılmasına töhfə və maliyyə xidmətlərinin daha əlçatan olmasıdır.
Açılış mərasimində AccessBank-ın İdarə heyətinin sədri Davit Tsiklauri və rəhbər heyəti ilə yanaşı, Visa-nın Azərbaycanda baş direktoru və regional meneceri Nurlan Hacıyev, Azərbaycan Respublikası Prezidentinin Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında xüsusi nümayəndəsinin müavini Səbuhi Qəhrəmanov, Qarabağ Universitetinin rektoru Şahin Bayramov və digərləri iştirak etdilər.
Yeni kobrend filialının əsas üstünlüklərindən biri də Visa ilə tərəfdaşlığın yaratdığı üstünlük və imkanlardır. Buraya müasir ödəniş texnologiyaları, sürətli tranzaksiyalar və təhlükəsiz ödəniş infrastrukturunun tətbiqi daxildir. Bu, Qarabağda həm bizneslərin, həm də fərdi müştərilərin rəqəmsal ödəniş imkanlarından daha geniş istifadə etməsinə şərait yaradacaq.
Bundan əlavə, filial ərazisində yaradılan pulsuz internet guşəsi bölgədəki vətəndaşların rəqəmsal xidmətlərə çıxışını asanlaşdırmaq məqsədi daşıyır. Bu imkan həm bank müştərlərinin, həm də yaxınlıqda yaşayan sakinlərin internetə ehtiyac duyduqları zaman fasiləsiz istifadə imkanı yaradır.
AccessBank gələcəkdə də Qarabağ bölgəsində xidmət şəbəkəsini genişləndirməyi, yeni layihələr həyata keçirməyi və iqtisadi dirçəliş prosesinə aktiv dəstək olmağı planlaşdırır.
*AccessBank QSC Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən 25 oktyabr 2002-ci il tarixli 245 saylı lisenziya əsasında fəaliyyət göstərir. Bankın Baş ofisi Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti 3 ünvanında yerləşir.
AccessBank Azərbaycanın mikromaliyyələşdirmə bazarında lider olaraq, 2002-ci ildən kiçik və orta bizneslərə xidmət göstərir. Bankın səhmdarları sırasında Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası kimi beynəlxalq təşkilat və qurumlar yer alır. Bankın 14-ü Bakıda, 24-i bölgələrdə olmaqla, 38 filialı fəaliyyət göstərir və MKOB-lar üçün əlçatan maliyyələşdirmə imkanlarını təqdim etməyə davam edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 həftə sonra
- 7 saat əvvəl
-
-
7 saat əvvəl
Bakı Beynəlxalq Dəniz Limanın tarixində rekord göstəriciyə imza atılıb
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
Aqrar sığortadan fermerlərə rekord ödəniş – BİR İLDƏ 9 MİLYON MANAT!
- 8 saat əvvəl
-
8 saat əvvəl
Mərkəzi Bank vəziyyəti pisləşmiş sığorta şirkətinə müvəqqəti inzibatçı təyin etdi
- 9 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
İstifadəçilərinin sayı 3 milyonu keçib, partnyor şəbəkəsi 4000-ə çatıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Dövlət şirkəti 35 milyon manat kredit cəlb edib
Bank filialı üçün mebel alır - TENDER
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
İstiqraz investorlarına milyonlarla dollar borcu olan “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”nin maliyyə vəziyyəti pisləşib
Azercell-dən “iPhone” kampaniyası
Bayram günlərində 2156 sığorta hadisəsi qeydə alınıb - 1 MİLYON 243 MİN MANAT ZƏRƏR
Misin qiyməti yeni tarixi rekord qırdı — tonu 13 min dolları keçdi
Yanvarın 7-də gözlənilən hava şəraiti
AZAL: Praqa–Bakı reysi üzrə baş vermiş insidentin qarşısını aviaşirkətin ekipajı alıb
"Quru sərhədlər indiyə qədər bağlı qalır. Bununla belə, əminəm ki, turist sayını 2 dəfə artırmaq real görünür"
























