Azərbaycanda uçuş cədvəlindəki mümkün dəyişikliklərə qarşı sığorta xidməti istifadəyə verildi
AZCON Holding şirkətlərindən olan “Azərbaycan Hava Yolları” (AZAL) sərnişinlərinə uçuş cədvəlində yarana biləcək gözlənilməz dəyişikliklərə qarşı əvvəlcədən qorunmaq imkanı yaradan DAFAR (“Disruption Assistance For Any Reason”) adlı yeni rəqəmsal xidməti istifadəyə verib. “Azərbaycan Hava Yolları” QSC-nin Mətbuat xidmətinin yaydığı məlumatda bildirilir ki, bu xidmət gecikmə və ya reysin ləğvi kimi hallarda sərnişinlərə operativ dəstəyin göstərilməsini nəzərdə tutur.
DAFAR xidməti AZAL-ın rəsmi veb-saytı və mobil tətbiqində biletin bron edilməsi mərhələsində əlavə seçim kimi təklif olunur. Xidmət səyahət texnologiyaları üzrə qlobal platforma olan HTS (“Hopper Technology Solutions”) ilə tərəfdaşlıq çərçivəsində tətbiq edilib.
DAFAR ödənişli əsasda təqdim edilir və xidmətin dəyəri istiqamətdən asılı olaraq dəyişir. Xidmət aktivləşdirildikdən sonra sistem reysin statusunu avtomatik izləyir. Uçuşun 2 saat və ya daha çox gecikməsi, yaxud həmin gün ləğv olunması halında sərnişinə bildiriş göndərilir və aşağıdakı seçim imkanları verilir:
- müəyyən edilmiş limit çərçivəsində əlavə ödəniş etmədən marşrut üzrə uçuş həyata keçirən istənilən aviaşirkətə biletin yenidən bron edilməsi;
- bilet dəyərinin 100% geri qaytarılması və sərnişinin istəyi ilə səyahətin ilkin biletlə davam etdirilməsi.
Yeni xidmətin istifadəyə verilməsinə münasibət bildirən “Azərbaycan Hava Yolları”nın baş kommersiya inzibatçısı Cəmil Manizadə qeyd edib ki, AZAL səyahətçilərin dəyişən ehtiyaclarına uyğun müasir həllərin tətbiqinə xüsusi diqqət yetirir. “Bu tərəfdaşlıq müştəri loyallığının güclənməsinə və sərnişinlər üçün daha çevik, operativ xidmətin təmin edilməsinə imkan yaradacaq”.
“Hopper” və HTS-in prezidenti və həmtəsisçisi Dakota Smit isə öz növbəsində bildirib: “Azərbaycan Hava Yolları ilə əməkdaşlıq etməkdən və Avrasiya regionunda sərnişinlər üçün imkanları genişləndirməkdən qürur duyuruq. Fintex həllərimiz sərnişinlər üçün əlavə dəyər yaradır.”
Qeyd edilib ki, HTS məlumat analitikası və süni intellekt əsaslı texnologiyalar vasitəsilə müasir səyahətçilərə dəstək məqsədilə fintex həlləri hazırlayan aparıcı qlobal səyahət texnologiyaları platformasıdır. Şirkət dünyanın ən böyük bankları, aviaşirkətləri və turizm xidmətləri təminatçıları ilə əməkdaşlıq edir, qiymət dəyişkənliyi və səfər zamanı yarana biləcək dəyişikliklər daxil olmaqla geniş spektr üzrə əlavə məhsullar təqdim edir.
Müştərilərin xəbərləri
"AFB Bank" artan xərclərinin 2026-cı ildən "bar verəcəyini" gözləyir - 2025-DƏ 131 NƏFƏR İŞÇİ QƏBUL EDİB
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 25 d. əvvəl
-
- 43 d. əvvəl
-
1 saat əvvəl
”PAŞA Bank”ın səhmlərinin ilkin kütləvi təklifi (İPO) zərurətdən irəli gəlmir”
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Rusiyanın xarici dövlət borcu 20 ildə ilk dəfə 60 milyard dolları keçib
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Sabaha olan hava proqnozu
“Azerconnect Group” “mygov” platformasına qoşulub
Cavid Quliyev/ “PAŞA Bank”: “İPO ilə illər ərzində yaratdığımız dəyəri geniş investor kütləsi ilə bölüşmək istəyirik”
Rəsmi məzənnələr açıqlandı
Lombard şirkəti illik 15%-lə 2 milyon manat cəlb edir
Ən çox oxunanlar
Tramp: İranla razılaşma əldə etməliyik, əks halda bu, onlar üçün çox travmatik olacaq
Azərbaycanın xarici ticarətində 50/50 vəziyyət
Bank yeni “Neftçilər” filialından gözləmədiyi nəticələr əldə edib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakıda daha bir ünvanda "Toba" velosiped mağazası açılacaq





















