AzTech şirkəti Kəlbəcər məktəbinə 73 noutbuk hədiyyə etdi
63 şagirdə 63 noutbuk, məktəbin müəllim heyətinə isə əlavə olaraq 10 ədəd noutbuk, ekran/proyektor və printerlər ianə edilib.İşğaldan azad olunmuş torpaqlarda, doğma Qarabağda “Azerbaijan Technologies” şirkəti (AzTech) bir sıra sosial məsuliyyət yönümlü layihələri silsilə şəkildə icra etməyə davam edir.
Bu dəfəki istiqamət isə 5 il bundan öncə işğaldan azad olunmuş Kəlbəcər rayonudur. Bildiyimiz kimi, 25 noyabr "Kəlbəcər şəhəri günü" kimi qeyd olunur və bu münasibətilə “Azerbaijan Technologies” şirkəti Kəlbəcər rayon orta məktəbə 73 noutbuk, periferiya avadanlıqları hədiyyə edib.
Kəlbəcər rayonunun qəliz relyefi və coğrafi mövqeyini nəzərə almaqla, məktəbdə təhsil alan şagirdlərin tədris prosesini təkmilləşdirmək, eləcə də asudə vaxtlarını daha səmərəli təşkil etmək, onlayn təlimlərə qoşulmaq, dünyagörüşlərini və internet araşdırmalarını artırmaq məqsədilə 63 şagirdə 63 noutbuk, məktəbin müəllim heyətinə isə əlavə olaraq 10 ədəd noutbuk, ekran/proyektor və printerlər ianə edilib.
Tədbirdə “Azerbaijan Technologies” şirkətinin rəhbəri Zülfüqar Babayev, B.Cəfərov adına məktəbin direktoru və müəllim heyəti, Şərqi Zəngəzur Təhsil İdarəsinin bölgə üzrə müdiri və Prezidentin Kəlbəcər rayonu üzrə xüsusi nümayəndəliyinin vəzifəli şəxsləri iştirak ediblər. Məktəblilərin tədbirdə maraqlı çıxışları olub, tədbirin sonunda isə rəsmi nümayəndələr və məktəbin direktoru bir daha belə gözəl təşəbbüsə görə “Azerbaijan Technologies” şirkətinə dərin təşəkkür və minnətdarlıqlarını bildiriblər.
Bu ianə “Azerbaijan Technologies” şirkətinin Qarabağda icra etdiyi artıq 3-cü sosial məsuliyyət yönümlü layihədir. Belə ki, şirkət 01.11.2023-cü il tarixində Laçın rayonu 2 saylı orta məktəbə 30 ədəd noutbuk hədiyyə etmiş, elə həmin ilin dekabr ayında isə Laçınlı məktəblilər arasında ilk gaming festivalı təşkil etmişdir.
Ardınca, 05.12.2024-cü il tarixində Xankəndində, Qarabağ Universitetində “AZTECH” otağını təsis edərək, “Azerbaijan Technologies” şirkəti yüksək qrafik göstəricilərinə malik 15 ədəd kompüter dəstini Universitetin Dizayn və Tətbiqi Sənət kafedrasına hədiyyə etmişdir.
Eyni zamanda Qarabağda ilk kompüter oyunları turnirini də Xankəndində, Qarabağ Universitetində məhz “Azerbaijan Technologies” şirkəti keçirmişdir. Gələcəkdə də belə tədbirlərin keçirilməsi nəzərdə tutulub!
Müştərilərin xəbərləri
ABV və Hikvision tərəfdaşlığı ilə LED, rəqəmsal və interaktiv ekran həlləri Azərbaycan bazarında - FOTOLAR
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
3 d. əvvəl
TuranBank İsveçrənin fondu ilə əməkdaşlığa başlayıb - SAZİŞ İMZALANIB, 10 MİLYON VƏSAİT CƏLB OLUNUB
- 17 d. əvvəl
-
- 26 d. əvvəl
- 47 d. əvvəl
- 56 d. əvvəl
-
1 saat əvvəl
Bank Respublika və EMTA arasında əməkdaşlıq müqaviləsi imzalandı
- 1 saat əvvəl
-
1 saat əvvəl
"PAŞA Həyat Sığorta"nın cəmi gəlirləri 20 faizdən çox artıb - ŞİRKƏTİN MALİYYƏ VƏZİYYƏTİ
-
1 saat əvvəl
Asiya bankı: 2026-2027-ci illərdə Azərbaycan iqtisadiyyatı orta hesabla 1,9 % artacaq
- 2 saat əvvəl
-
3 saat əvvəl
"PAŞA Sığorta"nın maliyyə vəziyyəti açıqlanıb - GƏLİRLƏRİ VƏ MALİYYƏ MƏNFƏƏTİ ARTIB
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
TuranBank İsveçrənin fondu ilə əməkdaşlığa başlayıb - SAZİŞ İMZALANIB, 10 MİLYON VƏSAİT CƏLB OLUNUB
Lizinq şirkətində növbədənkənar ümumi yığıncağı keçiriləcək
“SİMA İmza” ilə vergi hesabatlarını pulsuz təqdim et!
Azərbaycan neftnin son qiyməti
"PAŞA Həyat Sığorta"nın cəmi gəlirləri 20 faizdən çox artıb - ŞİRKƏTİN MALİYYƏ VƏZİYYƏTİ
Ən çox oxunanlar
Asiya bankı: 2026-2027-ci illərdə Azərbaycan iqtisadiyyatı orta hesabla 1,9 % artacaq
Rəsmi məzənnələr açıqlandı
"PAŞA Sığorta"nın maliyyə vəziyyəti açıqlanıb - GƏLİRLƏRİ VƏ MALİYYƏ MƏNFƏƏTİ ARTIB
Collezione Italia-da “Shape the Light” workshop-u keçirildi
Aqrar Sığorta Fondunun idarəedici şirkətinin aktivləri azalıb
“Meqa Həyat Sığorta”nın xalis mənfəəti 2,5 dəfə artıb
“Atəşgah Həyat Sığorta”nın mənfəəti artıb




















