970x250_destkop_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

FED-in növbəti dəfə faiz endirimi edəcəyi gözləntisi ilə qızıl bahalaşır

iç səhifə xəbər başlığı altı (mobil)_31
FED-in növbəti dəfə faiz endirimi edəcəyi gözləntisi ilə qızıl bahalaşır
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

ABŞ Mərkəzi Bankının (FED) rəsmilərinin yumşaq ("göyərçin") açıqlamalarının dekabr ayında faiz endirimi ehtimalını artırmasından sonra qızılın qiyməti yüksəlir. 

Marja.az xəbər verir ki, güclü dollara baxmayaraq, FED rəsmilərinin yumşaq açıqlamaları faiz endirimi ehtimalını artırdığı üçün qızıl çərşənbə axşamı da yüksəlişini davam etdirərək son bir həftənin ən yüksək səviyyəsinə çatıb.

Reklam_3_11

Qızılın qiyməti 0,25% bahalaşaraq 4147,51 dolları görüb (Bakı vaxtı ilə saat 09:45-ə olan məlumat). Bu, 14 noyabrdan bəri müşahidə olunan ən yüksək göstəricidir və bazar ertəsi günü baş verən 1,8%-lik artımın davamıdır.

FED-in idarə heyətinin üzvü Kristofer Valler bazar ertəsi günü verdiyi açıqlamada gələn ay faiz endirimi ehtimalını dəstəkləyərək bazarlarda nikbinliyi artırıb. FED-in Nyu-York bölməsinin rəhbəri Con Uilyams da ötən cümə oxşar açıqlama vermiş və qısa müddətdə faiz endiriminin mümkün olduğunu bildirmişdir. Dekabr ayında keçiriləcək FED-in iclası bazarlar üçün növbəti kritik mərhələ hesab olunur. ABŞ hökumətinin fəaliyyətinin müvəqqəti dayanması səbəbindən statistik məlumatların gecikməsi isə investorları köhnə iqtisadi göstəricilərə əsaslanmağa məcbur edir.

İnvestorlar FED-in 9–10 dekabr iclasında faiz endirmə ehtimalını artıq təxminən 80% olaraq qiymətləndirirlər. Siyasi qərar verənlər sentyabr və oktyabr aylarında baş tutan faiz endirimlərindən sonra yeni endirimin məqsədəuyğun olub-olmaması barədə fərqli mövqelər sərgiləyirlər. Qızıl isə, faiz dərəcələrinin aşağı olduğu dövrlərdə gəlir gətirmədiyi üçün daha çox tələb görür.

İnvestorlar bu həftə açıqlanacaq gecikmiş iqtisadi məlumatları yaxından izləyəcəklər. Çərşənbə axşamı dərc ediləcək sentyabr pərakəndə satış və istehsalçı qiymətləri göstəriciləri, eləcə də çərşənbə günü açıqlanacaq işsizlik müavinəti müraciətləri bunlara daxildir.

"Pepperstone Group"un strateqi Ahmad Assiri bildirib: “Faiz endirimi trayektoriyasını proqnozlaşdırmaq çətindir və hazırda çox kritik məqamdayıq. Buna görə də qızılın qiymətinin mövcud səviyyələr ətrafında hərəkət etməyə davam etməsi ehtimal olunur. Yaxın perspektivdə qızılda böyük bir hərəkət gözləmirəm.”

qızıl qiymətləri Fed faiz endirimi faiz endirimi gözləntisi Fed siyasəti ABŞ Mərkəzi Bankı altın bazarı qlobal bazarlar spot altın dollar indeksi faiz qərarı Aralık Fed toplantısı Christopher Waller açıqlaması John Williams açıqlaması swap bazarı iqtisadi göstəricilər perakende satışlar istehsalçı qiymətləri işsizlik müraciətləri altın yüksəlişi yatırım bazarı maliyyə bazarları altının qiyməti altın analizi qızıl proqnozu
25.11.2025 09:57
Mobil-xeber-sonu-paylaş-düyməsinin altı-2_33

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil Xəbər Lentinin aşağısı-4_23
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Əsas səhifədə 3-cü reklam-2-CityNet-NyuMedia_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18