Bakının 57, 76, 78, 139, 189 və 500 nömrəli avtobus marşrutları müsabiqəyə çıxarıldı
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) sərnişindaşıma xidmətinin keyfiyyətinin artırılması ilə bağlı tədbirlər çərçivəsində Bakı-Sınıq Körpü (Qazax sərhəd-keçid məntəqəsi), Bakı–Gəncə, Bakı–Zaqatala, Bakı–Cəlilabad, Bakı–Astara, Bakı–Lənkəran, Bakı–Xankəndi–Laçın, Bakı–İmişli, Bakı–Ağdaş, Bakı–Horadiz, Bakı–Sabirabad, Sumqayıt–Xankəndi–Laçın, Mingəçevir–Göyçay, Bərdə–Şəki, Gəncə–Qazax, Qazax–Gəncə şəhərlərarası, Uzuntala kəndi – Zaqatala, Urva kəndi – Qusar avtovağzalı istiqamətlərində, həmçinin qanunvericiliyin tələblərinə uyğunlaşdırılması məqsədilə paytaxtın 57, 76, 78, 139, 189 və 500 nömrəli avtobus marşrutlarını müsabiqəyə çıxarır.
Müsabiqə “Avtomobil nəqliyyatı haqqında” Qanuna, Nazirlər Kabinetinin 2009-cu il 3 aprel tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi Qaydası”na uyğun olaraq təşkil edilir.
Sənədlər 20 dekabr 2025-ci saat 17:00-dək Azərbaycan Yerüstü Nəqliyyat Agentliyində (ünvan: Bakı şəhəri, Hacı Məmmədov küçəsi 5; əlaqələndirici şəxs: Anar Məmmədov (Mob: 050-444-10-75, e-poçt: [email protected]) qəbul ediləcək.
Qeyd edək ki, müsabiqəyə əsas avtobuslarla yanaşı, ehtiyat nəqliyyat vasitələri də təqdim olunmalıdır.
İddiaçıların təkliflərinə komissiya tərəfindən Bakı–Sınıq Körpü (Qazax sərhəd-keçid məntəqəsi), Bakı–Gəncə, Bakı–Zaqatala və Bakı–Cəlilabad istiqamətlərində 6 lot üzrə dekabrın 22-də;
Bakı–Astara, Bakı–Lənkəran, Bakı–Cəlilabad, Bakı–Xankəndi–Laçın və Bakı–İmişli istiqamətlərində 6 lot üzrə dekabrın 24-də;
Bakı–Ağdaş, Bakı–Horadiz, Bakı–Sabirabad, Sumqayıt–Xankəndi–Laçın, Mingəçevir–Göyçay və Bərdə–Şəki istiqamətlərində 6 lot üzrə dekabrın 30-da;
Gəncə–Qazax və Qazax–Gəncə istiqamətlərində 4 lot üzrə yanvarın 13-də;
paytaxtın 57 nömrəli (Bakıxanov qəsəbəsi – C.Hacıəliyev küçəsi) və 76 nömrəli (Bakıxanov qəsəbəsi d/st. – "Neftçilər" m/st.) şəhərdaxili avtobus marşrutları üzrə 2 lotda yanvarın 13-də;
78 nömrəli (Bakıxanov qəsəbəsi, d/st. – Azər Manafov küçəsi), 139 nömrəli ("Koroğlu" NMM – Savalan yaşayış massivi), 189 nömrəli ("Koroğlu" NMM – Nardaran qəsəbəsi) şəhərətrafı və 500 nömrəli (Sumqayıt şəhəri - Bakı şəhəri) şəhərlərarası avtobus marşrutları üzrə, eləcə də Uzuntala kəndi – Zaqatala və Urva kəndi – Qusar avtovağzalı istiqamətlərində 6 lot üzrə yanvarın 16-da baxılacaq.
Qeyd edək ki, Sumqayı–Xankəndi–Laçın müntəzəm şəhərlərarası marşrut xətlərinin tam fəaliyyəti Şuşa şəhərindən Laçın rayonuna qədər olan yol infrastrukturunun vəziyyəti və hava şəraiti nəzərə alınmaqla tənzimlənəcək.
Lotlar üzrə marşrutların qrafikləri haqqında məlumatı buradan əldə edə bilərsiniz.
Şəhərlərarası (rayonlararası) və şəhərdaxili (rayondaxili) marşrut xətləri qanunvericiliyin tələblərinə uyğun olaraq mərhələli qaydada müsabiqəyə təqdim edilir. Məqsəd sərnişindaşıma sahəsində göstərilən xidmətin keyfiyyəti, təhlükəsizliyi və rahatlığının artırılmasıdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 4 gün sonra
-
11 d. əvvəl
“Unibank”ın 7 %-dək endirimli kredit kampaniyasının bitməsinə az qaldı!
-
-
29 d. əvvəl
“Mart gəldi, nağd gəldi” — Bank Respublikadan sərfəli kredit təklifi
-
34 d. əvvəl
Yanvarda 882 min nəfərdən çox aylıq sosial müavinət və təqaüd alıb
- 47 d. əvvəl
- 56 d. əvvəl
-
1 saat əvvəl
Nikahların sayı azalıb - SON 2 İLDƏ 42 MİNDƏN ÇOX BOŞANMA OLUB
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Qızıl, artan qeyri-müəyyənlik və dolların dəyər itirməsi fonunda bahalaşır
-
2 saat əvvəl
Dubayda evləri tikən şirkətlər ilə üzbəüz görüş - BAKIDA TƏDBİR KEÇİRİLƏCƏK
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
“Mart gəldi, nağd gəldi” — Bank Respublikadan sərfəli kredit təklifi
Bitcoin-in qiyməti 65 000 dollardan aşağı düşüb
Azərbaycanda doğulan körpə sayı azalıb, ölüm halı artıb
Rəsmi məzənnələr açıqlandı
ABŞ - İran gərginliyi artdıqca qızılın daha da bahalaşacağı və unsiyasının 6200 dollara çatacağı nəzərdə tutulur
Tramp bütün ölkələrə 10 faiz gömrük rüsumu tətbiq edib
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
AZCON-nun Müşahidə Şurasına yeni üzvlər təyin edilib























