Həsənovlara məxsus şirkət 26 milyon manatdan çox xalis mənfəət əldə edib
Kompüterərin, avadanlıqların və proqram təminatlarının topdan və pərakəndə satışı ilə məşğul olan "Bestcomp Group" QSC 2024-cü ili 26 milyon 347 min manat xalis mənfəət ilə başa vururb. Şirkət 2023-cü ili 26 milyon 553 min manat xalis mənfəət ilə bağlamışdı. Beləliklə, ötən il "Bestcomp Group"un xalis mənfəəti cüzi azalıb.
Marja.az xəbər verir ki, 2023-cü ildə "Bestcomp Group"un satışdan gəlirləri (əsas əməliyyat gəlirləri) 2023-cü ildə 206 milyon 790 min manat ikən, 2024-cü ildə 194 milyon 28 min manat təşkil edib (12 milyon 762 min manat və ya 6,6% azalıb). Şirkətin digər gəlirləri isə 35 dəfədən çox artaraq 42 min manatdan 1 milyon 494 min manata qalxıb.
Qeyd edək ki, 22 iyun 1998-ci ildə dövlət qeydiyyatına alınmış "Bestcomp Group" QSC-nin 8 milyon 962 min 330 manat nizamnamə kapitalının 63,50%-i Həsənov Rauf İlyas oğluna, 14,73%-i Həsənov Saleh İlyas oğluna və 21,77%-i Məmmədov Əsəd Rauf oğluna məxsusdur.
Əlavə edək ki, "Bestcomp Group" şirkəti tez-tez dövlət qurumlarının keçirdiyi tenderlərdə qalib elan olunur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 23 saat sonra
-
4 d. əvvəl
Azercell-in dəstəyi ilə “Azərbaycan Biznes Keys Müsabiqəsi 2026” baş tutub
-
-
13 d. əvvəl
Bakcell-in baş icraçı direktoru Klaus Müller vəzifəsindən ayrılıb
- 34 d. əvvəl
- 47 d. əvvəl
-
1 saat əvvəl
"VTB (Azərbaycan)" böyüyüb - kredit və depozit portfelləri artıb
-
1 saat əvvəl
Unibank 1-ci rübün maliyyə nəticələrini açıqladı - "Bu il bankımız üçün transformasiya ilidir"
-
1 saat əvvəl
"NEQSOL Holding"in şirkətləri Azərbaycanda ən iri vergi ödəyiciləri sırasında
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
"PAŞA Bank" səhmlərinə sahib olun!
Bakcell-in baş icraçı direktoru Klaus Müller vəzifəsindən ayrılıb
"VTB (Azərbaycan)" böyüyüb - kredit və depozit portfelləri artıb
"AccessBank" 13 milyon manata yaxın xalis mənfəət açıqladı
Ən çox oxunanlar
Unicapital ilə PAŞA Bank səhmlərinə investisiya edin
Aprelin 15-də gözlənilən hava şəraiti
Bank omayan kredit təşkilatı mənfəətdən zərərə keçib






.jpg)






.jpg)






