“AS İnşaat” şirkəti Ağalı kəndinin 2-ci mərhələsi çərçivəsində 103 evin tikintisini həyata keçirib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə Zəngilan rayonunun Ağalı kəndinin ikinci mərhələsinin açılış mərasimi keçirilib. Tədbirdə kənd sakinlərinə mənzillərin açarları təqdim olunub.Qürur hissi ilə qeyd edirik ki, Prezident İlham Əliyevin təşəbbüsü və rəhbərliyi ilə həyata keçirilən “Böyük Qayıdış” proqramının növbəti mərhələsi çərçivəsində Ağalı kəndində aparılan yenidənqurma işləri “AS Group” şirkətlər qrupuna daxil olan “AS İnşaat” MMC tərəfindən uğurla həyata keçirilib.
Marja xəbər verir ki, bu, “AS İnşaat” MMC-nin yaydığı məlumatda deyilir.
Qeyd edilib ki, layihənin icrasına 2024-cü ilin may ayında başlanılıb. Ağalı kəndinin II mərhələsi çərçivəsində ümumilikdə 103 evin tikintisi aparılıb. Onlardan 55-i 12 sot torpaq sahəsində inşa edilən ikiotaqlı fərdi yaşayış evləridir, hər birinin ümumi yaşayış sahəsi 72,71 m² təşkil edir. Digər 48 mənzil isə iki blokdan ibarət olan üç ədəd “townhouse” tipli yaşayış binasında yerləşir. Bu binalarda ümumilikdə 36 birotaqlı və 12 ikiotaqlı mənzil inşa olunub.
Kənddə bütün evlər müasir kommunikasiya xətləri ilə təmin olunub. Yaşayış və qeyri-yaşayış binalarının hamısına qaz çəkilib, evlərdə müasir kombi isitmə sistemləri quraşdırılıb.
Yaşayış zonası ilə yanaşı, kənddə ümumi sahəsi 2,2 hektar olan park salınıb. Park Ağalı və Məmmədbəyli kəndlərinin sakinləri, eləcə də qonaqlar üçün açıq istirahət və əyləncə zonası kimi fəaliyyət göstərəcək. Park ərazisi 5 funksional zonaya bölünüb və burada uşaqların istirahəti, idman fəaliyyəti və əyləncəsi üçün hərtərəfli şərait yaradılıb. Ərazidə müxtəlif ağac və kol bitkiləri əkilərək yaşıllıq zolaqları formalaşdırılıb.
Ağalı kəndinin II mərhələsində həyata keçirilən bu layihə “Ağıllı kənd” konsepsiyasına uyğun şəkildə reallaşdırılıb və sakinlərin yüksək yaşam standartları ilə təmin edilməsini hədəfləyib.
Xatırladaq ki, Ağalı kəndinin inşasının birinci mərhələsi də “Ağıllı kənd” konsepsiyasına əsasən “AS İnşaat” MMC tərəfindən həyata keçirilib və 2022-ci ildə uğurla başa çatdırılıb. Açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva iştirak ediblər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 1 həftə sonra
-
-
15 d. əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 45 d. əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 5 saat əvvəl
-
5 saat əvvəl
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
-
5 saat əvvəl
"PAŞA Holding" “ABAD” tərəfindən icra edilmiş layihələri dəstəkləməyə davam edir
-
5 saat əvvəl
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
-
6 saat əvvəl
Çin iqtisadiyyatı artım hədəfinə çatıb - 20 trilyon dollarlıq istehsal
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Ən çox oxunanlar
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb
Azərbaycana turist axını azalıb
Azərbaycanın iri bankının sədri Davos təəssüratlarını paylaşdı





















