Trendyolmilla Kids: uşaqlar üçün rahat və etibarlı
(®) Uşaqlar rahat geyinməyi xoşlayırlar. Paltar onları sıxmamalı, gün boyu sərbəst hərəkət etməyə imkan verməlidir. Valideynlər isə uşaqlarına geyim seçərkən rahatlıqla yanaşı, keyfiyyət və sağlamlıq meyarlarını da əsas götürürlər.
Bunu beynəlxalq araşdırmalar da təsdiqləyir. “Cotton Incorporated Lifestyle Monitor”un 2022-ci və 2023-cü illərdə keçirdiyi sorğuların nəticələrinə görə, valideynlər məktəb mövsümü alış-verişində geyimin rahatlığına (75%), keyfiyyətinə (68%) və davamlılığına (53%) üstünlük verirlər. Sorğuda iştirak edən valideynlərin 84%-i uşaqları üçün pambıq parçadan geyimləri seçdiklərini bildiriblər, çünki onlar rahat, nəfəsalan və uzunömürlüdür.
Trendyolmilla uşaqlar üçün hazırladığı Trendyol Milla Kids kolleksiyasında bu prinsipləri əsas götürür. Kolleksiya rahatlığı, dəbi və keyfiyyəti bir araya gətirərək həm uşaqların, həm də valideynlərin gözləntilərini qarşılayır.
Kolleksiyanın istehsalında yüksək keyfiyyətli pambıq qarışıqlardan, elastik cins və nəfəs alan toxunma parçalardan istifadə edilir.
Məhsullar Türkiyədə istehsal olunur və “Trendyol”un xüsusi keyfiyyət və təhlükəsizlik standartlarına tam cavab verir. Kolleksiyaya daxil olan hər bir məhsul kimyəvi və fiziki testlərdən keçirilir.
Trendyolmilla Kids 3-14 yaş arası uşaqlar üçün nəzərdə tutulub və onların geyim ehtiyaclarını tam qarşılayır. Gündəlik geyim, ev paltarı, üst geyimi, çimərlik paltarı, məktəb çantası, ayaqqabı və müxtəlif aksessuarlardan ibarət kolleksiya hər mövsümə uyğun seçimlər təklif edir. Hər büdcəyə uyğun qiymətlərlə təklif olunan geyim və aksessuarlar balacaların qarderobunun ən sevimli parçalarına çevrilir.
Kolleksiya uşaqlığın enerjisini və yaradıcılığını ortaya çıxarır və onu geyim vasitəsilə əks etdirir. Kollec və şəhər estetikasından ilhamlanaraq ərsəyə gətirilən kolleksiya, qız və oğlan uşaqlarına xas üslubla yanaşı, unisex geyim dizaynı ilə də diqqət çəkir.
“Trendyol Milla Kids” kolleksiyası rahatlıq, uzunömürlülük və kreativliyin balansını yaradır, eyni zamanda gözoxşayan, trendə uyğun və müasir estetik görünüşə malikdir. Münasib qiymətlərlə təklif olunan geyimlərimizin dizaynı uşaqların hərəkət azadlığını təşviq edir, həm uşaqların, həm valideynlərin eyni dərəcədə könlünü oxşayan dizayndadır. Qiymətlər isə çox münasibdir”, - deyə ‘’Trendyolmilla’’ baş direktoru Sanem Tuna bildirib.
Yumşaq və parlaq rəng palitraları, pozitiv qrafiklər və rəng blokları ilə işlənmiş detallar “Trendyolmilla Kids” kolleksiyasını tamamlayır, uşaqların azad ruhunu və fərdiliyini ön plana çıxarır. Bu dizayn yanaşması uşaq geyimlərini rəngarəng və maraqlı edir, onlara özünüifadə imkanı yaradır.
“Trendyol”un azərbaycanlı istifadəçiləri rahatlıq, keyfiyyət və dəbin birləşdiyi bu kolleksiyanı münasib qiymətə Trendyol platformasından əldə edə bilərlər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 1 gün sonra
-
-
33 d. əvvəl
Yaxın aylarda Azərbaycana məşhur texnoloji tərəfdaşlarla yeni data mərkəzləri gəlir
-
54 d. əvvəl
Azərbaycanda yeni neft emalı zavodu tikiləcək - BU BARƏDƏ QƏRAR QƏBUL OLUNUB
-
1 saat əvvəl
"Yevlax pilot aqrar park modelinin azad edilmiş ərazilərdə də həyata keçirilməsi qərara alınıb"
-
1 saat əvvəl
Nazir Azərbaycanda iqtisadi artım tempinin azalmasının əsas səbəbini açıqladı
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Cabbarov: İqtisadi struktur dəyişir, amma bu səviyyə bizi qane etmir
- 3 saat əvvəl
-
5 saat əvvəl
Birillik əkin aparan fermerlərin kredit faizlərini dövlət ödəyəcək
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
"Yevlax pilot aqrar park modelinin azad edilmiş ərazilərdə də həyata keçirilməsi qərara alınıb"
Tramp: ABŞ İrana yenidən “çox sərt” zərbələr endirəcək
Vergi ödəyiciləri ƏDV depozit hesablarında olan vəsaitlərdən dövlətə digər ödənişləri də həyata keçirə biləcəklər
Ən çox oxunanlar
Cabbarov: İqtisadi struktur dəyişir, amma bu səviyyə bizi qane etmir
"PAŞA Bank" Ağ Şəhərdə böyük filial açacaq























