Pizza Hut daha bir ölkədə fəaliyyətini kiçildir: 68 restoran bağlanacaq, 1200 nəfər işdən çıxarılacaq
Pizza Hut Böyük Britaniya üzrə fəaliyyət göstərən 68 restoran və 11 çatdırılma məntəqəsini bağlamaq qərarına gəlib. Brighton, Hull, Bristol, Leeds və Edinburgh kimi şəhərlərdəki filialların bağlanması nəticəsində 1210 əməkdaş işini itirəcək.
Marja xəbər verir ki, restoranların idarə edilməsini həyata keçirən DC London Pie Limited şirkətinə bazar ertəsi iflas menecerləti təyin edilib. Qlobal brend sahibi Yum! Brands isə ölkədə qalan 64 restoranı və 1276 əməkdaşı qorumaq üçün müdaxilə edib.
Pizza Hut ailəvi menyuları və salat barları ilə tanınsa da, son illərdə yüksək xərclər və çətin ticarət şəraiti səbəbindən Böyük Britaniyada maliyyə çətinlikləri ilə üzləşib. Şirkət ötən il iflas idarəçiliyi prosesinə daxil olmuşdu.
FTI Consulting rəhbərliyinin açıqlamasına görə, DC London Pie şirkətinin “artan xərclər və vergi öhdəlikləri” səbəbindən nağd axını təzyiq altına düşüb. Ortaq idarəçi Matt Callaghan bildirib:
“Təəssüf ki, vəziyyət pisdir. İşini itirən əməkdaşların lazımi dəstəyi alması üçün əlimizdən gələni edirik.”
DC London Pie bu ilin əvvəlində Pizza Hut UK-nin iflas edən bəzi restoranlarını öz nəzarətinə götürmüşdü. Şirkət eyni zamanda İsveç və Danimarkadakı Pizza Hut françayzlarını da idarə edir.
Yum! Brands-in nəzarətində qalan yeni strukturda Böyük Britaniya üzrə 343 Pizza Hut çatdırılma məntəqəsi fəaliyyətini davam etdirəcək.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
3 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
-
14 saat əvvəl
Unibank BMT-nin Qadınların Səlahiyyətləndirilməsi Prinsiplərinə qoşuldu
-
- 17 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Qətər neftin qiymətinin 150 dollara qədər qalxa biləcyi barədə xəbərdarlıq etdi
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azərbaycan və “Dell Technologies” şirkəti əməkdaşlıq imkanları müzakirə edib
-
1 gün əvvəl
Kapital Bank qeyri-neft sektoru üzrə vergi rekordçusu ünvanını qoruyur
-
1 gün əvvəl
İpoteka sisteminin təhlükəsizliyi ilə bağlı iki qurum birgə məlumat yayıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Məsud Pezeşkian hücumlara görə qonşu ölkələrdən üzr istədi
Hacıqabul Quşçuluq Şirkəti xüsusi mükafata layiq görülüb
Neftin qiyməti 90 dollara yaxınlaşdı
Xalq Bankdan 8 Mart kampaniyaları
Bank BTB-nin aktiv və öhdəlikləri ABB-yə keçir!
“BTB” bank fəaliyyətini dayandırır - SON DƏQİQƏ
Daha 5 avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyən edilib - QALİBLƏRİN ADLARI AÇIQLANIB





















