Azərbaycan fondu bu il əlavə 38 tondan çox qızıl alıb, ehtiyatını 185 tona yaxınlaşdırıb
Azərbaycan dövlətinin fondu da neft pullarını qızıla yatırıb, yaxşı qazanc götürüb.2025-ci ilin 3-cü rübündə (yanvar-sentyabr) Azərbaycan Respublikasının Dövlət Neft Fondu (ARDNF) 3,7 ton qızıl alıb və qızıl ehtiyatını 184,8 tona çatdırıb.
"Marja.az" bu barədə Fonda istinadən xəbər verir.
Məlumata görə, 30 Sentyabr 2025-ci il tarixinə Fondun ABŞ dolları portfelinin 22 milyard 982,9 milyon dollarlıq hissəsini (32,8%) qızıl investisiyaları təşkil edib.
30 iyun 2025-ci il tarixində Fondun ABŞ dolları portfelinin 19 milyard133,2 milyon dollarlıq hissəsini (28,8%) qızıl investisiyaları təşkil edirdi. Həmin tarixdə ARDNF 181,1 ton qızıla malik idi.
2024-cü ilin sonunda ARDNF-in ABŞ dolları portfelinin 12 milyard 354,6 milyon dollarlıq hissəsini (20,6%) qızıl investisiyaları təşkil edirdi. 31 dekabr 2024-cü il tarixində Fondun 146,6 ton qızılı ehtiyatı var idi. Beləliklə, 2025-ci ilin 9 ayı ərzində Fondun qızıl ehtiyatı 38,2 ton, dəyəri isə 10 milyard 628,3 milyon dollar artıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 17 d. əvvəl
- 30 d. əvvəl
-
- 34 d. əvvəl
- 37 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
2040-cı ilə qədər burada 50 min nəfərin yaşaması nəzərdə tutulur
-
1 saat əvvəl
Bir və “Paysend” Azərbaycanda real vaxt rejimində beynəlxalq köçürmələri istifadəyə verir
-
2 saat əvvəl
Dövlət Turizm Agentliyinin sədri: "Turizmdə uğur artıq turist sayı ilə ölçülmür"
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
İyunun 24-nün hava proqnozu - yağış yağacağı gözlənilir
Oracle-da böyük miqyasda ixtisar
"2030-cu ilə qədər qoyun əti istehsalı 9 % artırılacaq"
Mərkəzi Bank sabah növbəti faiz qərarını açıqlayacaq
2040-cı ilə qədər burada 50 min nəfərin yaşaması nəzərdə tutulur
Bir və “Paysend” Azərbaycanda real vaxt rejimində beynəlxalq köçürmələri istifadəyə verir
Ən çox oxunanlar
"Finex Kredit"də növbədənkənar yığıncaq keçiriləcək
Azərbaycan neftinin son qiyməti
Əbülfəz Əliyevin BOKT-u illik 15%-lə 2 milyon manat borc alır
Dollara 7,2 faiz gəlir təklifi - BANK İSTİQRAZ BURAXIR
Rəsmi məzənnələr açıqlandı
FED-in keçmiş sədri Alan Qrinspan 100 yaşında vəfat edib

























