“PAŞA Bank” digər banklarda depozitlərini kəskin artırıb
2025-ci il sentyabrın 30-na olan məlumata görə, “PAŞA Bank”ın cəmi aktivləri 8 milyard 932 milyon 496 min manat təşkil edib.
Marja.az Bankın rüblük hesabatlarına istinadən xəbər verir ki, bu, ötən ilin sonuna (31 dekabr 2024) nisbətən 710 milyon 318 min manat (8,6%) çoxdur.
Qeyd edilən tarixdə bankın kredit portfeli isə 3 milyard 338 milyon 414 min manat təşkil edib (ötən ilin sonu – 3 milyard 303 milyon 277 min manat).
2025-ci il sentyabrın 30-na bankın;
biznes kreditləri 3 milyard 21 milyon 67 min manata çatıb +1,8%Ə
ipoteka kreditləri: 239 milyon 785 min manata çatıb+14,3%,
istehlak kreditləri: 77 milyon 563 min manata düşüb -14,3%.
“PAŞA Bank”ın investisiya portfeli və maliyyə institutlarındakı depozitləri artıb
“PAŞA Bank” ASC-nin 2025-ci ilin 30 sentyabr tarixinə olan maliyyə hesabatına əsasən, bankın ticarət və investisiya qiymətli kağızlarından ibarət portfeli əhəmiyyətli dərəcədə artıb.
Belə ki, hesabat dövrünün sonuna bu göstərici 1 milyard 987 milyon 531 min manat təşkil edib. 2024-cü ilin eyni tarixində bu rəqəm 1 milyard 849 milyon 411 min manat idi. Nəticədə, portfel bir ildə təxminən 7,5% artım göstərib.
Eyni zamanda, “PAŞA Bank”ın banklar və digər maliyyə institutlarındakı depozitləri də kəskin şəkildə yüksəlib — 2 milyard 282 milyon 48 min manata çatıb. Bu göstərici ötən ilin eyni dövründə 1 milyard 248 milyon 398 min manat olub. Beləliklə, artım təxminən 82,7% təşkil edib. Bu artımı bankın likvid aktivlərinin gücləndirilməsi və investisiya portfelinin diversifikasiyası siyasəti ilə əlaqələndirirlər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
3 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 3 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 4 saat əvvəl
- 5 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır






.jpg)












.jpg)



