“AS Group” “Dayanıqlı İnkişaf Naminə Ağıllı və Yaşıl Həllər” mövzusunda beynəlxalq konfrans keçirib
(®) 14–16 oktyabr tarixlərində Bakı Ekspo Mərkəzində keçirilən 30-cu yubiley Azərbaycan Beynəlxalq İnşaat Sərgisi çərçivəsində “AS Group”un təşkilatçılığı ilə “Dayanıqlı İnkişaf Naminə Ağıllı və Yaşıl Həllər” mövzusunda beynəlxalq konfrans baş tutub.
Konfransın məqsədi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə hazırlanan “Ağıllı kənd” konsepsiyası barədə beynəlxalq səviyyədə məlumat vermək, həmçinin xarici ekspertlərlə təcrübə mübadiləsi aparmaq olub. Tədbirdə dünyanın müxtəlif ölkələrindən olan memarlar, sahə üzrə ekspertlər, eləcə də dövlət və özəl qurumların nümayəndələri iştirak ediblər.
Tədbirin əvvəlində Azərbaycanın ilk “Ağıllı kənd” layihəsi – Zəngilanın Ağalı kəndi haqqında videoçarx nümayiş etdirilib. “AS Group”un təsisçisi Şahin Mövsümov açılış nitqi ilə çıxış edərək konfrans iştirakçılarına şirkətin dayanıqlı və yaşıl layihələrə verdiyi önəm barədə danışıb.
Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktoru Cavid Abdullayev işğaldan azad edilmiş ərazilərdə “yaşıl enerji” zonası barədə, Beynəlxalq Memarlıq Akademiyasının müxbir üzvü Andrey Asadov “Dayanıqlı memarlıq” mövzusunda çıxış ediblər. Memarlıq və İnşaat Universitetinin doktorantı, “AS İnşaat” MMC-nin direktor müavini Rəşad Mehdiyev Ağalı kəndi barədə təqdimat edib.
Konfrans çərçivəsində iki panel sessiyası təşkil olunub. Birinci panel sənətşünaslıq üzrə elmlər doktoru, professor Elçin Əliyevin moderatorluğu ilə “Dayanıqlı memarlıq – enerjiyə qənaət edən və uyğunlaşa bilən tikintinin simbiozu” mövzusunda keçirilib. Paneldə “AS Group”un təsisçisi Şahin Mövsümov, əməkdar memar Nəriman İmaməliyev, “RETA Project” şirkətinin rəhbəri Hayri Baysak, “Giorgi Khmaladze Architects” şirkətinin təsisçisi Giorgi Khmaladze, memar Nazim Fərəczadə və “AS İnşaat” MMC-nin direktor müavini Emre Karabulut iştirak ediblər.
Panel iştirakçıları dayanıqlı inkişaf və məskunlaşma kontekstində “Ağıllı kənd” konsepsiyası, memarlıq üslubları, inşaat texnologiyaları, innovasiyalar, tikinti materialları və konstruktiv həllər, həmçinin “Ağıllı kənd” layihəsi çərçivəsində yaradılmış iqtisadi infrastrukturun kənd təsərrüfatı (maldarlıq, əkinçilik, bağçılıq), biznes və turizm sahələrinin inkişafına təsiri kimi mövzular ətrafında müzakirələr aparıblar.
Qısa fasilədən sonra “İNESCO” MMC-nin direktoru Cəmil Məlikov moderatorluğu ilə ikinci panel – “Şəhərsalma fəaliyyətində enerji effektivliyi və yaşıl enerjinin tətbiqi” mövzusunda müzakirələr davam etdirilib.
Bu paneldə Şahin Mövsümov, Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktoru Cavid Abdullayev, “AQAS Qrup” şirkətinin təsisçisi Aqşin Bədəlov və “AS İstehsal” MMC-nin direktoru Səbuhi Məmmədov iştirak ediblər.
Paneldə “Ağıllı kənd” layihəsi çərçivəsində enerji effektiv binalar və yaşıl enerji texnologiyaları, binalarda enerji səmərəliliyi, şəhər və kənd infrastrukturunda bərpa olunan enerjinin inteqrasiyası, ağıllı enerji idarəetmə sistemləri, normativ və texniki standartlar mövzularında müzakirələr aparılıb.
Hər iki paneldən sonra tədbir sual-cavab sessiyaları ilə davam edib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 həftə sonra
- 27 d. əvvəl
-
-
40 d. əvvəl
ABŞ-nin müdaxiləsindən sonra təklif narahatlıqları fonunda neft qiymətləri "dalğalanır"
- 57 d. əvvəl
-
1 saat əvvəl
Venesuela ABŞ hökumətini inkişaf yönümlü əməkdaşlıq proqramı üzərində birgə işləməyə dəvət edir
-
3 saat əvvəl
“Azərbaycanla 33 milyard kubmetrlik qaz sazişini razılaşdırdıq, münasib qiymətə qaz alacağıq”
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
1 gün əvvəl
Venesuela Prezidentin səlahiyyətlərini icra edən şəxs təyin edilib
- 1 gün əvvəl
-
1 gün əvvəl
Tramp: ABŞ-nin böyük neft şirkətləri Venesuelada fəaliyyətə başlayacaqlar
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Venesuela ABŞ hökumətini inkişaf yönümlü əməkdaşlıq proqramı üzərində birgə işləməyə dəvət edir
OPEC+ neft hasilatını sabit saxlamaq qərarını təsdiqlədi
Venesuela nə qədər neft ehtiyatına malikdir?
Venesuela Prezidentin səlahiyyətlərini icra edən şəxs təyin edilib
ABŞ Venesuelanı idarə edəcək
ABŞ-dən Venesuelaya tarixi müdaxilə



























