ABŞ-Çin gərginliyi "alovlandı", qızılın qiyməti 4100 dollara yaxınlaşdı
Qızılın qiyməti bazar ertəsi günü yeni rekord səviyyəyə yüksələrək unsiyası 4100 dollar həddinə yaxınlaşıb. ABŞ-Çin ticarət gərginliyinin yenidən alovlanması investorları "təhlükəsiz liman" kimi qiymətləndirilən qızıla yönəldib.
ABŞ-Çin arasındakı ticarət gərginliyinin yenidən alovlanması və ABŞ Mərkəzi Bankının (FED) faiz endirimi edəcəyi gözləntiləri nəticəsində investorların "təhlükəsiz liman" axtarışı güclənib və bu da qızıl və gümüş qiymətlərini rekord səviyyəyə çatdırıb. Qızılın qiyməti bazar ertəsi günü yeni rekord səviyyəyə yüksələrək unsiyası 4100 dollar həddinə yaxınlaşıb.
Marja.az xəbər verir ki, Bakı vaxtı ilə saat 18:00-da dünya bazarında qızıl 2%-ə yaxın bahalama ilə 4093 dollardan ticarət olunub.
ABŞ Prezidenti Donald Trump Cümə günü Çin mallarına 100% gömrük vergisi tətbiq edildiyini və 1 noyabrdan etibarən yeni ixrac nəzarətlərinin qüvvəyə minəcəyini açıqlayıb. Bu qərar, Çinin nadir torpaq elementləri və avadanlıq ixracına qoyduğu məhdudiyyətlərə cavab olaraq verilib.
Gümüş isə tədarük məhdudiyyəti və "təhlükəsiz liman" tələbindən təsirlənərək 2% artım ilə 51,52 dollar səviyyəsinə yüksələrək rekord qırıb. Goldman Sachs bildirib ki, xüsusi investor axınları nəticəsində orta müddətdə gümüş qiymətlərinin artması gözlənilir, lakin qısa müddətdə qızıl ilə müqayisədə nisbətən daha yüksək oynaq və aşağı yönlü risklər mövcuddur.
Qızıl, ilin əvvəlindən bəri 54% dəyər qazanıb. Bu artımda geosiyasi risklər, mərkəzi bankların alışları, fondlara investisiya axınları, FED-in faiz endirimi gözləntiləri və gömrük tariflərindən qaynaqlanan iqtisadi qeyri-müəyyənliklər rol oynayıb.
Bazarlar oktyabr ayında FED-dən 0,25 faiz bəndi faiz endirimi ehtimalını demək olar ki, tam olaraq qiymətləndirib; dekabr ayında da oxşar addım gözlənilir. FED sədri Jerome Powell isə çərşənbə axşamı NABE illik toplantısında çıxış edəcək, həftə ərzində digər FED rəsmilərinin açıqlamaları da faiz endirimi ilə bağlı vacib siqnallar verəcək.
XXX
Bazarlarda qiymət artımı ABŞ Prezidenti Donald Trampın keçən həftənin sonunda Çin ilə ticarət gərginliyini artırması ilə bağlıdır. Bu açıqlamalar investorları iqtisadi və siyasi qeyri-müəyyənlik dövrlərində etibarlı hesab edilən qızıla yönəldib.
Çin hökumətinin nadir torpaq elementlərinin ixracına əlavə məhdudiyyətlər tətbiq etməsindən sonra, Tramp ABŞ-a idxal olunan Çin mallarına 100% əlavə tarif tətbiq etmək təhdidini irəli sürüb. Həmçinin noyabrın 1-dən etibarən “mühüm proqram təminatı” ixracına nəzarət ediləcəyini bildirib və Cənubi Koreyada bu ay gözlənilən sammitdə Çin lideri Xi Jinping ilə görüşmək üçün artıq səbəb olmadığını deyib. Lakin planlaşdırılan görüş hələ ləğv edilməyib.
Trampın açıqlamaları, ABŞ və Çin arasında bu ilin əvvəlində baş verən müvəqqəti gərginliyin sakitləşdiyi dövrdən sonra gömrük tariflərinin artması ehtimalına dair bazar narahatlıqlarını yenidən gündəmə gətirib.
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 saat əvvəl
-
3 saat əvvəl
"Bank of Baku" xalis mənfəətinin 20 faiz artdığını açıqladı - BANKDA SON VƏZİYYƏT MƏLUM OLDU
-
- 4 saat əvvəl
-
4 saat əvvəl
Xalq Bank və Qatar Airways əməkdaşlığı müştərilərə xüsusi fürsətlər təqdim edir
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Bank Respublika 2025-ci ilin 9 ayı üzrə maliyyə nəticələrini açıqladı
- 4 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
Xalq Bank 9 aylıq maliyyə göstəricilərini açıqladı - BANK DAHA DA BÖYÜYÜB
Son Xəbərlər

"AFB Bank" 9 ay üzrə maliyyə nəticələrini açıqladı

"Bank of Baku" xalis mənfəətinin 20 faiz artdığını açıqladı - BANKDA SON VƏZİYYƏT MƏLUM OLDU
.png)
Expressbankın biznes kreditləri portfeli 10% artıb

Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub

Bank “BTB” maliyyə göstəricilərini açıqladı

“Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkında yeni şirkət
Ən çox oxunanlar

“VTB Azərbaycan” mənfəətini kəskin artırıb

Kapital Bank sürət yığır – gəlirlər və kreditlər rekord həddə

Notariat fəaliyyəti ilə məşğul olmaq istəyən namizədlərin nəzərinə

Mastercard və Göygöl Şərab Zavodu “Priceless” təcrübəsini yenidən Azərbaycana gətirdi

AccessBank böyüyüb, kredit portfeli artıb

BonAqua gənclərə dəstəyini davam etdirir

Unibank 3-cü rübün maliyyə nəticələrini açıqladı
