Almaniya Temu platforması ilə bağlı araşdırmaya başlayıb
Almaniyanın Federal Kartel İdarəsi, Çinin Temu e-ticarət platformasının bazardakı satıcıların qiymət siyasətinə təsiri ilə bağlı rəsmi araşdırma başladıb.
Marja qurumdan verilən açıqlamaya istinadən xəbər verir ki, araşdırma Temu-nun üçüncü tərəf satıcıların qiymətlərinə təsir edib-etmədiyini müəyyənləşdirməyi hədəfləyir. İstintaq, Almaniyada Temu kimi fəaliyyət göstərən və mərkəzi ofusu Dublində yerləşən Whaleco Technology Limited şirkətinə qarşı aparılır.
Federal Kartel İdarəsinin rəhbəri Andreas Mundt, Temu-nun Almaniya bazarındakı satıcılara “qəbul edilməz qiymət şərtləri” qoyduğu şübhəsini araşdırdıqlarını bildirib. Onun sözlərinə görə, bu cür şərtlər rəqabəti ciddi şəkildə məhdudlaşdıra və digər satış kanallarında qiymət artımlarına səbəb ola bilər.
Mundt qeyd edib ki, Temu platforması Almaniyada təxminən bir ildir fəaliyyət göstərir və 19,3 milyon aktiv istifadəçiyə malikdir. Platformanın Avropa üzrə aylıq ziyarətçi sayı 100 milyonu keçir.
Müştərilərin xəbərləri
"MegaSec" şirkətinin nümayəndə heyəti Özbəkistanın Rəqəmsal texnologiyalar naziri ilə strateji görüş keçirib
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 1 həftə sonra
-
59 d. əvvəl
Sabahdan Bakıda 2 marşrut xəttində müasir avtobuslar istifadəyə veriləcək
-
-
1 saat əvvəl
"Azərsun Holdinq"in xarici ticarət şirkətinin ixracı 10 milyon dolları keçib
-
1 saat əvvəl
Azərbaycanın böyük fındıq emalı və ixracatçısı xaricə satışını 22% artırıb
-
1 saat əvvəl
“PRIME LM” 12,8 milyon dollarlıq ixracla reytinqə daxil olub
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
“Azərbaycan Şəkər İstehsalat Birliyi”nin ixracı 4 dəfə artıb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 11 GÜN
“PRIME LM” 12,8 milyon dollarlıq ixracla reytinqə daxil olub
“P-AQRO”nun ixracı 18,9 milyon dollara çatıb
“Baku Steel Company”nin ixracı 72%-dən çox artıb
Ən çox oxunanlar
“AGRARCO” ixracını 4 dəfədən çox artırıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
“Azərbaycan Şəkər İstehsalat Birliyi”nin ixracı 4 dəfə artıb
“Prime Cotton” şirkətinin ixracı 64 milyon dolları keçib
Azərbaycanda qızıl və mis istehsalçısının ixracı 4 dəfədən çox artıb
Bakı–Tbilisi–Qars dəmir yolu modernləşdirilmədən sonra istifadəyə verildi, qatar yola düşdü























