LG Electronics India-dan nəhəng IPO addımı - Səhmlərə böyük maraq var
LG Electronics India 1,3 milyard dollarlıq IPO üçün müraciətlərin qəbuluna başlayıb. Qıssı, LG Electronics India birjaya çıxır: Səhmlər üçün böyük maraq var Səhmlər 14 oktyabrda ticarətə buraxılır. LG Electronics Hindistanda IPO rekordu qıra bilər.Cənubi Koreyanın LG Electronics şirkətinin Hindistandakı törəmə müəssisəsi — LG Electronics India 7 oktyabr tarixində 1,3 milyard ABŞ dolları dəyərində ilkin kütləvi səhmlərin yerləşdirilməsi (IPO) üçün müraciətlərin qəbuluna start verib.
Marja xəbər verir ki, şirkətin səhmləri 14 oktyabr tarixində Hindistanın BSE və NSE birjalarında ticarətə çıxarılacaq.
Bloomberg-in məlumatına görə, IPO nəticəsində şirkətin dəyərinin təxminən 774 milyard rupi (8,7 milyard ABŞ dolları) olacağı gözlənilir. Bu da LG Electronics India-nı Hindistanın ən böyük məişət texnikası istehsalçısına çevirəcək.
Səhmlərin qiymət aralığı və investorlar
Ana şirkət — LG Electronics investorlar üçün 101,8 milyon səhm təklif edəcək. Səhmlərin ilkin qiymət diapazonu 1080–1140 rupi aralığında müəyyən olunub.
LG Electronics India ötən ilin dekabrında IPO üçün müraciət etmiş və birjada may ayında satışa çıxmağı planlaşdırmışdı. Lakin bazarda yaranmış volatillik səbəbindən bu proses təxirə salınmışdı.
Yerləşdirmədə bir sıra böyük beynəlxalq investorlar, o cümlədən BlackRock, həmçinin Sinqapur və Norveçin suveren sərvət fondları iştirak edir. Bu investorlar təxminən 34,75 milyard rupi (391,88 milyon dollar) dəyərində səhmlər sifariş ediblər.
Bundan əlavə, Hindistanın aparıcı aktiv idarəetmə şirkətləri — SBI Mutual Fund, ICICI Prudential Asset Management və Nippon Life India Asset Management də IPO-da iştirak edir. Ümumilikdə, təklif olunan 101,8 milyon səhm içərisində təxminən 30%-i “anchor” investorlar tərəfindən alınacaq (“ankar investor” və ya “əsas investor”— İlkin kütləvi yerləşdirmə (IPO) zamanı, səhmlərin satışına başlamazdan bir neçə gün əvvəl böyük həcmdə səhmləri ilk olaraq almaq üçün dəvət edilən, adətən institusional (peşəkar) investorlardır).
Yerləşdirmənin təşkilatçıları arasında Axis Bank və Morgan Stanley, JPMorgan Chase, Bank of America və Citigroupun Hindistan bölmələri də yer alır.
Hindistanda IPO bumunun davamı
LG Electronics India-nın IPO-su, Tata Capitalın 1,7 milyard dollarlıq yerləşdirmə üçün müraciətləri qəbul etməyə başlamasından cəmi bir gün sonraya təsadüf edir. Bloomberg-in hesablamalarına görə, Hindistanda oktyabr ayında IPO həcmi 5 milyard dolları keçərək tarixi rekorda çata bilər.
LG India bu il Hindistanda 1 milyard dollardan çox dəyərdə IPO həyata keçirən dördüncü şirkət olacaq. Ondan əvvəl HDB Financial Services, Hexaware Technologies və Tata Capital uğurlu IPO-lar reallaşdırıblar.
Şirkət haqqında qısa məlumat
LG Electronics India Limited — Cənubi Koreyanın LG Electronics şirkətinə məxsus törəmə müəssisədir və 1997-ci ilin yanvarında Hindistanda təsis edilib. Şirkət məişət texnikası və elektronika məhsulları istehsal edir. Baş ofis Dehlidə yerləşir. LG India hazırda Hindistanda ikinci ən böyük məişət texnikası istehsalçısıdır və yerli bazarda Whirlpool və Samsung ilə rəqabət aparır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 2 gün sonra
-
-
15 saat əvvəl
Dünyanın ikinci ən böyük şəkər istehsalçısı ixracını dayandırdı - ŞƏKƏR TOZU DAHA DA BAHALAŞA BİLƏR
- 16 saat əvvəl
-
16 saat əvvəl
“Rabitəbank” “GARMIN PAY” təmassız ödəniş həllini istifadəyə verdi
-
17 saat əvvəl
Azercell “Baku Flames”in texnologiya və innovasiya tərəfdaşıdır
- 17 saat əvvəl
-
18 saat əvvəl
Rayonlarda mayın 16-dan 18-dək hava yağıntılı olacaq - XƏBƏRDARLIQ
-
18 saat əvvəl
Tramp: İranın nüvə silahına sahib olmasına icazə verilə bilməz
-
18 saat əvvəl
Kirayə qiymətinə mənzil təklifi – Aylıq ödəniş 420 manatdan başlayır
-
18 saat əvvəl
Azər Türk Bank təqaüdçülərə 9,9%-dən başlayan istehlak kreditləri təklif edir
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 29 GÜN
Sərfəli şərtlərlə zaminsiz kreditlər
“Rabitəbank” “GARMIN PAY” təmassız ödəniş həllini istifadəyə verdi
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Rayonlarda mayın 16-dan 18-dək hava yağıntılı olacaq - XƏBƏRDARLIQ
Ən çox oxunanlar
Kirayə qiymətinə mənzil təklifi – Aylıq ödəniş 420 manatdan başlayır
HONOR 600 Seriyasının Azərbaycanda möhtəşəm təqdimatı keçirildi
İllik 15% gəlir təklif edən istiqrazlara 53 investor 53 sifariş təqdim edib, 100% yerləşdirilib
“Abşeron” Ticarət Mərkəzində "McDonald’s" restoranı açılacaq
Prezident İlham Əliyev Qazaxıstanda səfərdədir







.jpg)










.jpg)




