İri bank qızılın qiyməti üzrə proqnozunu daha da artırdı
Qlobal investisiya bankçılığı, qiymətli kağızlar, aktivlərin və sərvətin idarə edilməsi sahəsində aparıcı beynəlxalq maliyyə şirkəti olan "Goldman Sachs" 2026-cı ilin dekabr ayı üçün qızılın qiymət proqnozunu hər unsiya üçün 4300 ABŞ dollarından 4 900 dollara qaldırdığını açıqlayıb.
Marja.az xəbər verir ki, Bank bu qərarını Avropa birjalarına yönələn güclü investisiya fondu (ETF) axınları və mümkün mərkəzi bank alışları ilə əsaslandırıb.
"Goldman Sachs" bildirib ki, yeni qiymət proqnozuna baxmayaraq, risklər hələ də aydın şəkildə yuxarı istiqamətlidir. Şirkətin açıqlamasında qeyd olunur ki, ETF aktivləri faiz dərəcələrinə əsaslanan proqnoz səviyyələrini üstələyə bilər.
Bundan əlavə, Goldman 2025-ci ildə mərkəzi bankların orta hesabla 80 ton, 2026-cı ildə isə 70 ton qızıl alacağını gözləyir.
Hazırda qızılı 3962 dollar səviyyələrində ticarət olunur.
BofA: Qızıl bazarındakı güclü "ralli" sona yaxınlaşa bilər
"Bank of America" (BofA ) isə qızıl bazarındakı kəskin qiymət artımının sonunun çatdığı barədə xəbərdarlıq edib.
Marja.az qurumun məlumatına istinadən xəbər verir ki, 1 unsiya qızılın qiymətinin 4000 ABŞ dolları səviyyəsinə yaxınlaşması fonunda yüksəliş (bahalaşma) tendensiyasında "yorulma" əlamətləri müşahidə olunur.
Qızılın qiyməti ilin əvvəlindən bu günə qədər təxminən 50% artıb. Bu bahalaşmada - ABŞ Prezidenti Donald Trampın tarifləri, ABŞ Federal Ehtiyat Sisteminin (FED) müstəqilliyi ilə bağlı narahatlıqlar, FED-in faizlərini aşağı salması, fərdi investorların və mərkəzi bankların intensiv alışları nəticəsində güclənən qlobal tələbat mühüm rol oynayıb.
BofA qeyd edib ki, qızılda "ralli" (qiymət artımı) artıq "yüksək qızma” siqnalları verir və rekord səviyyələrdən sonra dördüncü rübdə bazarda dayanma və ya korreksiya mərhələsi (qiymətin düşməsi) müşahidə oluna bilər.
“Ralli” termini həm həm də maliyyə bazarlarında istifadə olunur. Maliyyə bazarlarında “ralli” - əmtəə, səhm, indeks və ya istiqraz qiymətlərində qısa müddətdə baş verən sürətli və nəzərəçarpan artım dövrünə deyilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
3 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
-
12 saat əvvəl
Unibank BMT-nin Qadınların Səlahiyyətləndirilməsi Prinsiplərinə qoşuldu
-
- 16 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Qətər neftin qiymətinin 150 dollara qədər qalxa biləcyi barədə xəbərdarlıq etdi
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azərbaycan və “Dell Technologies” şirkəti əməkdaşlıq imkanları müzakirə edib
-
1 gün əvvəl
Kapital Bank qeyri-neft sektoru üzrə vergi rekordçusu ünvanını qoruyur
-
1 gün əvvəl
İpoteka sisteminin təhlükəsizliyi ilə bağlı iki qurum birgə məlumat yayıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Məsud Pezeşkian hücumlara görə qonşu ölkələrdən üzr istədi
Hacıqabul Quşçuluq Şirkəti xüsusi mükafata layiq görülüb
Neftin qiyməti 90 dollara yaxınlaşdı
Xalq Bankdan 8 Mart kampaniyaları
Bank BTB-nin aktiv və öhdəlikləri ABB-yə keçir!
“BTB” bank fəaliyyətini dayandırır - SON DƏQİQƏ
Daha 5 avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyən edilib - QALİBLƏRİN ADLARI AÇIQLANIB






















