"Bayraktar Teknoloji Azərbaycan" şirkəti PUA istehsalına başlayıb
Türkiyənin "Baykar Makina" şirkətinin yerli törəməsi "Bayraktar Teknoloji Azərbaycan" MMC pilotsuz uçuş aparatlarının (PUA) istehsalına başlayıb.
Məlumata görə, müəssisə istehsalı İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan Sumqayıt Sənaye Parkında həyata keçirir.
Məhsullar hələ ki, daxili bazar üçün nəzərdə tutulub.
"Bayraktar Teknoloji Azərbaycan"a Sumqayıt Sənaye Parkının rezidenti statusu bu ilin may ayında verilib.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti "Bayraktar Teknoloji Azərbaycan"ı 2022-ci ildə dövlət qeydiyyatına alıb. Şirkətin hüquqi ünvanı Bakı şəhəri, Nəsimi rayonu, Zərifə Əliyeva küçəsi, 115, nizamnamə kapitalı 1,7 milyon manat, qanuni təmsilçisi isə "Baykar Makina"nın sahə koordinatoru Hüseyn Topuzdur.
"Baykar Makina" "Bayraktar" PUA-larının istehsalı ilə məşğuldur. Azərbaycan ordusunun 2020-ci ildəki Vətən Müharibəsində geniş tətbiq etdiyi bu PUA-ların yaradıcısı Selçuk Bayraktardır. O, həm də "Baykar Savunma" şirkətinin texniki direktorudur.
© "Report"
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 1 həftə sonra
-
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Gümüş, mis və litium ehtiyatlarına malik olan Argentina “AzerGold” ilə əməkdaşlıqda maraqlıdır
-
5 saat əvvəl
"ABB Invest"in Baş icraçı direktoru bazarın inkişafı üçün fikirlərini bölüşdü
-
5 saat əvvəl
İllik 18% gəlirlilik təklif edən istiqrazlara 50 investordan 50 sifariş
- 5 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
PULLU adam olmaq üçün ilk addımını at
Gələn il üçün yaşayış minimumu 300 manat olacaq
Ehtiyac meyarı artır
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Gümüş, mis və litium ehtiyatlarına malik olan Argentina “AzerGold” ilə əməkdaşlıqda maraqlıdır
Ən çox oxunanlar
Hindistanda iddialı çip hədəfi
"BFB yeni interaktiv statistik platforma təqdim edəcək"
Nvidia güclü nəticə ortaya qoydu, səhmləri daha da bahalaşdı
"Rəqəmsal fırıldaqçılığa qarşı mərkəzləşdirilmiş sistem yaradılacaq"
Noyabrın 21-də gözlənilən hava şəraiti















.jpg)








.jpg)



