Azərbaycanlı biznesmen haqqında yayılan iddialara cavab
RİV Holding-in İdarə Heyətinin sədri Cavid İbrahimov Enver yerli mediada haqqında çıxan xəbərlərə aydınlıq gətirib.
Uzun illərdir zərgərlik, turizm, qida və kosmetika sahələrində fəaliyyət göstərən azərbaycanlı sahibkar bildirib ki, əsassız iddiaların arxasında təxribatçı motivlər dayanır. O, RİV Holding-in İdarə Heyətinin sədri kimi şirkətin beynəlxalq genişlənməsinə və strateji investisiyalarına rəhbərlik edir.
RİV Holding-in mətbuat xidmətindən bildirilib ki, Cavid İbrahimovun biznes fəaliyyəti yeni deyil, o, 2016-cı ilin əvvəllərindən sahibkarlıqla məşğuldur.
“Bəzi media orqanlarında son bir ildə mülkiyyət və brendlər əldə etməyimə dair iddialar yanlışdır: real olaraq, brendlər və aktivlər on ildən artıq dövrdə formalaşıb. RİV Company inkişaf edərək RİV Holding-ə çevrilmişdir; holdinq Türkiyə ilə yanaşı London, Dubay və Cenevrədə də fəaliyyət göstərir.
Əsas layihələrimiz Tiffany & Co. ilə əməkdaşlıq (Zorlu AVM), Collection Point (Parlak Mücevherat) — Zorlu və Emaar filialları (90 türk dizayneri), Skyfall Travel, Tommi Brasserie (Tommi Food & Hospitality), Collection Jewelry (Beymen), Stephen Webster Türkiyə eksklüziv distribütorluğu, MASC Cosmetics (Ankara; 5,000 m²; aylıq 2M ədəd istehsal gücü).
Məqsədimiz ictimaiyyəti doğru məlumatlandırmaq və əsassız iddiaların arxasındakı təxribatçı motivləri ortaya qoymaqdır. Onların məqsədi illərlə qurulan nüfuza, beynəlxalq tərəfdaşlıqlara və investisiya layihələrinə zərbə vurmaq, reputasiyamızı sistemli şəkildə zəiflətməkdir. Şirkətimiz on ildən artıqdır ki, iş həyatında dürüstlük və şəffaflıq prinsipləri ilə hərəkət edib.
Şəxsi tanışlıqlar mövcud ola bilər; lakin həmin şəxslərin ticarətimizə, iş birliyimizə, əməliyyatlarımıza şahidliyi və ya iştirakı yoxdur. Bu münasibətlər yalnız şəxsi xarakter daşıyır. Rəsmilərin xidməti avtomobilləri ilə bağlı iddialar da əsassızdır. Məqalədə qeyd olunan şəxslərin adlarının çəkilməsinin heç bir hüquqi əsası yoxdur. Həmçinin, Cavid İbrahimovun müəyyən şəxslərlə “mal qaçırma” məsələsində adının hallanması da əsassızdır.
Yayılan feyk xəbərlər, fikrimizcə, mafiya xarakterli şəbəkələrin koordinasiyalı təxribatıdır. Həqiqət məhkəmədə üzə çıxacaq. Biz qanuni yolla haqqımızı qorumağa davam edəcəyik”.
Qeyd edək ki, mediada Cavid İbrahimovun 250 milyonluq dələduzluqda ittiham olunması barədə iddialar yayımlanıb.
Onu da bildirək ki, RİV Holdinq bir çox sektorda fəaliyyət göstərir, bunlara örnək olaraq zavodlar, restoranlar, qızıl və brilyant satışı ilə məşğul olan dünya markaları və s. daxildir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
-
3 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 12 saat əvvəl
-
- 13 saat əvvəl
- 14 saat əvvəl
-
14 saat əvvəl
Qətər neftin qiymətinin 150 dollara qədər qalxa biləcyi barədə xəbərdarlıq etdi
- 14 saat əvvəl
-
14 saat əvvəl
Azərbaycan və “Dell Technologies” şirkəti əməkdaşlıq imkanları müzakirə edib
-
14 saat əvvəl
Kapital Bank qeyri-neft sektoru üzrə vergi rekordçusu ünvanını qoruyur
-
15 saat əvvəl
İpoteka sisteminin təhlükəsizliyi ilə bağlı iki qurum birgə məlumat yayıb
- 15 saat əvvəl
-
15 saat əvvəl
Sabah külək güclənəcək, yağıntı intensivləşəcək - Temperatur 5-8 dərəcə enəcək
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
“Coca-Cola” qadın jurnalistləri təbrik edir
Hacıqabul Quşçuluq Şirkəti xüsusi mükafata layiq görülüb
Xalq Bankdan 8 Mart kampaniyaları
Bank BTB-nin aktiv və öhdəlikləri ABB-yə keçir!
“BTB” bank fəaliyyətini dayandırır - SON DƏQİQƏ
Daha 5 avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyən edilib - QALİBLƏRİN ADLARI AÇIQLANIB
ABB Dövlət Vergi Xidmətinin 2 mükafatını qazandı
Qlobal ərzaq qiymətləri 5 aydan sonra yenidən artıb



















