Bakcell 14 prestijli avtomobil və hədiyyələrlə bol lotereyaya başladı
(®) İnnovasiya və sürət lideri Bakcell hədiyyələrlə bol süni intellekt əsaslı lotereyaya başladığını elan edir. 1 oktyabr – 31 dekabr tarixlərində keçiriləcək lotereyada Bakcell abunəçiləri hər gün “iPhone 17”, hər həftə “Zeekr 001” və sonda “Porsche Cayenne” avtomobili olmaqla, ümumilikdə 100-dən artıq prestijli hədiyyə qazanmaq imkanı əldə edirlər.
Abunəçilər Bakcell-in məhsul və xidmətlərindən istifadə edərkən avtomatik olaraq lotereyada iştirak şansı qazanırlar. Belə ki, Bakcell nömrəsinin mövcud balansından xərclənən hər 1 AZN istifadəçiyə 1 şans verir.
Eyni zamanda, nömrənin balansını artıran abunəçilərə əlavə şanslar da təqdim olunur. Balans 1 AZN – 4.99 AZN aralığında artırılan zaman abunəçilər hər 1 AZN üçün 1 şans, balans 5 AZN və ondan çox artırılan zaman isə hər 1 AZN üçün 2 şans qazanacaq. Məsələn, balans 7 AZN artırıldıqda iştirakçı 14 şans əldə edəcək.
Bundan əlavə, lotereyada abunəçilərin qalib olmaq şansını daha da artırmaq məqsədilə onlara xüsusi “Şans” paketləri təqdim olunur. Məsələn, 2 AZN-lik “Şans” paketinə 7 şans və 30şəbəkədaxili danışıq dəqiqəsi daxildir. Hər bir "Şans" paketi ilə iştirakçılar əlavə şəbəkədaxili danışıq dəqiqələrindən də faydalana bilirlər. “Şans” paketləri barədə daha ətraflı məlumat ilə linkə keçid edərək tanış olmaq olar.
Qazanılan hər şans barədə abunəçiyə SMS vasitəsilə məlumat göndərilir. Hər bir lotereya iştirakçısı ümumi mövcud şans sayını Bakcell mobil tətbiqi və lotereya layihəsinin rəsmi internet səhifəsində şəxsi kabineti vasitəsilə izləyə bilər.
Qeyd edək ki, bu layihə Azərbaycanda süni intellekt əsaslı platforma üzərində qurulan ilk genişmiqyaslı lotereyadır.
Bakcell lotereya haqqında ətraflı məlumatı Bakcell-in rəsmi lotereya səhifəsindən əldə etmək mümkündür: lotereya.bakcell.com
Bakcell haqqında
Bakcell Azərbaycanın ilk və ən böyük özəl telekommunikasiya şirkətidir. Hazırda şirkət üç milyondan çox müştərini yüksəkkeyfiyyətli və sürətli telekommunikasiya xidmətləri ilə təmin edir. Ölkə iqtisadiyyatının qeyri-neft sektorunun ən böyük investorlarından biri olan Bakcell süni intellekt əsaslı innovativ həllərlə Azərbaycanın dayanıqlı inkişafına töhfə verir.
Bakcell müxtəlif ölkələrdə telekommunikasiya, enerji, yüksək texnologiyalar və tikinti sahələrində fəaliyyət göstərən "NEQSOL Holding" beynəlxalq şirkətlər qrupunun tərkibinə daxildir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
-
3 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 3 saat əvvəl
-
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
6 saat əvvəl
Qətər neftin qiymətinin 150 dollara qədər qalxa biləcyi barədə xəbərdarlıq etdi
- 6 saat əvvəl
-
6 saat əvvəl
Azərbaycan və “Dell Technologies” şirkəti əməkdaşlıq imkanları müzakirə edib
-
6 saat əvvəl
Kapital Bank qeyri-neft sektoru üzrə vergi rekordçusu ünvanını qoruyur
-
6 saat əvvəl
İpoteka sisteminin təhlükəsizliyi ilə bağlı iki qurum birgə məlumat yayıb
- 6 saat əvvəl
-
6 saat əvvəl
Sabah külək güclənəcək, yağıntı intensivləşəcək - Temperatur 5-8 dərəcə enəcək
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
“Coca-Cola” qadın jurnalistləri təbrik edir
Hacıqabul Quşçuluq Şirkəti xüsusi mükafata layiq görülüb
Ən çox oxunanlar
Xalq Bankdan 8 Mart kampaniyaları
Bank BTB-nin aktiv və öhdəlikləri ABB-yə keçir!
“BTB” bank fəaliyyətini dayandırır - SON DƏQİQƏ
Daha 5 avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyən edilib - QALİBLƏRİN ADLARI AÇIQLANIB
ABB Dövlət Vergi Xidmətinin 2 mükafatını qazandı
Qlobal ərzaq qiymətləri 5 aydan sonra yenidən artıb



















