“Azərtütün”: Tütün qəbulu və quru tütün istehsalı iki dəfəyədək artıb
“Azərtütün” MMC-nin Zaqatala, Qax və Şəki rayonlarında fəaliyyət göstərən tütün istehsalı və emalı məntəqələrinə bu günədək fermer təsərrüfatlarından 9 min 691 ton “Virciniya” növlü yaşıl tütün kütləsi daxil olub. Eyni zamanda, mövsümün əvvəlindən indiyədək bu məntəqələrdə, ümumilikdə, 1137 ton quru tütün istehsal edilib. Tütün qəbulu və quru tütün istehsalı ötən ilin müvafiq dövrü ilə müqayisədə iki dəfəyədək artıb.
Bu barədə “Azərtütün” MMC-nin sədr müavini Mübariz Qədimov məlumat verib.
Cəmiyyətin rəsmisi bildirib ki, indiyədək Zaqatala məntəqəsi fermerlərdən 3 min 605 ton, Qax məntəqəsi 3 min 106 ton, Şəki məntəqəsi isə 2 min 980 ton yaşıl tütün kütləsi qəbul edib. Hazırda bu məntəqələrdə olan 172 ədəd odla tütünqurutma kamerasının hamısı işlək vəziyyətdədir. Hər gün məntəqələrin hər birinə qurudulmaq üçün orta hesabla 50 tonadək yaşıl tütün kütləsi daxil olur.
Zaqatala rayonunun Üçüncü Tala kəndindən olan fermer Sadık Mamkayev üçüncü ildir ki, tütünçülüklə məşğuldur. Fermer bildirib ki, ötən il 8 hektar tütün sahəsindən 100 tona yaxın məhsul əldə edib. Dövlətin dəstəyindən yetərincə yararlanan fermer bu il əkin sahəsini daha da genişləndirərək 16 hektara çatdırıb. İstehsalçı indiyədək emal məntəqəsinə 80 ton yaşıl tütün kütləsi təhvil verib. Zaqatalalı fermer cari mövsümdə 170-180 ton tütün istehsal etməyi qarşıya məqsəd qoyub.
Sadık Mamkayevin həmkəndlisi Vidadi Səfərov da bu il tütün əkini sahəsini iki dəfə artıraraq 6 hektara çatdırıb. Fermer cari mövsümdə tütün istehsalını 50-60 tona çatdırmağı düşünür.
Bölgə rayonlarında tütün yığımı davam edir.
© Azərtac
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
3 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
-
14 saat əvvəl
Unibank BMT-nin Qadınların Səlahiyyətləndirilməsi Prinsiplərinə qoşuldu
-
- 18 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Qətər neftin qiymətinin 150 dollara qədər qalxa biləcyi barədə xəbərdarlıq etdi
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azərbaycan və “Dell Technologies” şirkəti əməkdaşlıq imkanları müzakirə edib
-
1 gün əvvəl
Kapital Bank qeyri-neft sektoru üzrə vergi rekordçusu ünvanını qoruyur
-
1 gün əvvəl
İpoteka sisteminin təhlükəsizliyi ilə bağlı iki qurum birgə məlumat yayıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Məsud Pezeşkian hücumlara görə qonşu ölkələrdən üzr istədi
Hacıqabul Quşçuluq Şirkəti xüsusi mükafata layiq görülüb
Neftin qiyməti 90 dollara yaxınlaşdı
Xalq Bankdan 8 Mart kampaniyaları
Bank BTB-nin aktiv və öhdəlikləri ABB-yə keçir!
“BTB” bank fəaliyyətini dayandırır - SON DƏQİQƏ
Daha 5 avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyən edilib - QALİBLƏRİN ADLARI AÇIQLANIB






















