Sumqayıtda yığılan ilk elektrik avtobusu “BakuBus”a təqdim olunub
Sumqayıt Sənaye Parkında “BYD” “Azerbaijan Energy Automotive Factory” MMC-nin istehsal etdiyi ilk elektrik avtobusu “BakuBus” MMC-yə təqdim olunub.Artıq Sumqayıt Sənaye Parkında yerləşən “Azerbaijan Energy Automotive Factory”də (AEAF) istehsal prosesinə başlanılıb və artıq ilk avtobuslar SKD üsulu ilə yığımdan çıxıb.
Marja xəbər verir ki, ilk tam elektrik avtobusun “BakuBus” MMC-yə təqdim edilməsi ilə bağlı keçirilən tədbirdə iqtisadiyyat nazirinin müavini Səməd Bəşirli, Çinin Azərbaycandakı səfiri Lu Mey, “BYD” şirkətinin baş direktoru Tian Çunlonq, “BakuBus” MMC-nin direktoru Şahin Həsənov və digər aidiyyəti şəxslər iştirak edib.
Çıxışlarda layihənin nəqliyyat sektorunda yeni mərhələnin başlanğıcı olduğu, sənaye potensialını, texnologiya transferini və insan kapitalını gücləndirdiyi vurğulanıb. Bildirilib ki, bu, Azərbaycanın yaşıl enerji və yaşıl nəqliyyat siyasətinin mühüm hissəsidir və Azərbaycan-Çin əməkdaşlığının uğurlu nümunəsidir.
Bildirilib ki, ilk istehsal olunan 12 metrlik avtobus 82 sərnişin tutumuna malikdir və bir dəfə şarjla 350 km məsafə qət edə bilir. Gələcəkdə müxtəlif tutumlu modellərin, həmçinin paralel olaraq yük, kommunal və minik avtomobillərinin istehsalı istiqamətində təşəbbüslər reallaşdırılacaq.
Bu təşəbbüslər Azərbaycanın regionda ekoloji təmiz və dayanıqlı nəqliyyat sahəsində mövqeyini gücləndirir. Qeyd edək ki, “Azerbaijan Energy Automotive Factory” İqtisadiyyat Nazirliyinin tabeliyində Azərbaycan Biznesinin inkişafı Fondunun, “SARDA Group” və “BYD”nin birgə təşəbbüsü ilə yaradılıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
2 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 3 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır







.jpg)







.jpg)








