"ZirvədəSən" təcrübə proqramı başa çatıb - 21 iştirakçı “PAŞA Bank” ailəsinin üzvü olub
(®) “PAŞA Bank”ın "ZirvədəSən" təcrübə proqramı uğurla başa çatıb
Ölkənin aparıcı korporativ maliyyə institutu “PAŞA Bank”ın təqdim etdiyi “ZirvədəSən” təcrübə proqramının 58 iştirakçısı 3 ay müddətində peşəkar mentor dəstəyi almış, müxtəlif təlim sessiyalarında iştirak edərək bilik və bacarıqlarını artırmışdır.
Bu il proqramda yeni bir təşəbbüs həyata keçirilib. Belə ki, ötən ilin təcrübə proqramı iştirakçıları “buddy” kimi fəaliyyət göstərərək yeni iştirakçılara 3 ay boyunca dəstək olublar. Bu həm də proqramın əməkdaşlıq və birgə inkişaf dəyərinin güclü nümunəsidir.
Bağlanış mərasimində istedadların cəlb olunması və işə qəbul şöbəsinin rəhbəri Fidan Hüseynova proqram barədə ətraflı məlumat verib. Daha sonra İdarə Heyətinin sədrinin müavini/İdarə Heyətinin üzvü Bəhruz Nağıyev və İnsan Resursları üzrə baş direktor Zibeyda Hacıyeva çıxış edərək proqramın uğuru və davamlılığı barədə öz dəyərli fikirlərini təcrübəçilərlə paylaşıblar.
Tədbirin sonunda sertifikatlar təqdim olunub.
Proqramı uğurla başa vuran 21 iştirakçı artıq “PAŞA Bank” ailəsinin üzvüdür.
Müştərilərin xəbərləri
"AFB Bank" artan xərclərinin 2026-cı ildən "bar verəcəyini" gözləyir - 2025-DƏ 131 NƏFƏR İŞÇİ QƏBUL EDİB
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 5 d. əvvəl
-
- 31 d. əvvəl
- 49 d. əvvəl
-
1 saat əvvəl
”PAŞA Bank”ın səhmlərinin ilkin kütləvi təklifi (İPO) zərurətdən irəli gəlmir”
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 4 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
"PAŞA Bank" IPO üzrə təqdimat tədbiri keçirib
Sabaha olan hava proqnozu
Azərbaycan neftinin son qiyməti
Rəsmi məzənnələr açıqlandı
Ən çox oxunanlar
Lombard şirkəti illik 15%-lə 2 milyon manat cəlb edir
Tramp: İranla razılaşma əldə etməliyik, əks halda bu, onlar üçün çox travmatik olacaq
Azərbaycanın xarici ticarətində 50/50 vəziyyət
Bank yeni “Neftçilər” filialından gözləmədiyi nəticələr əldə edib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakıda daha bir ünvanda "Toba" velosiped mağazası açılacaq


























