“Sarı metal”ın qiyməti 3700 dolların üzərində möhkəmlənə bilsə, bahalaşma daha kəskin xarakter ala bilər"
Hazırda 3714 dollar səviyyəsində ticarət olunan “sarı metal”ın qiyməti 3700 dollar həddinin üzərində möhkəmlənə bilsə, artım tendensiyası daha kəskin xarakter ala bilər.
Bu barədə Marja.az-a “İNVEST-AZ İnvestisiya Şirkəti” QSC-nin Tədris və Analiz Departamentindən bildirilib.
"Ötən həftənin çərşənbə günü 3707 dollara qədər yüksələn qızıl tarixi maksimum həddini yenilədi. FED sədri Cerom Pauelin ehtiyyatlı açıqlamaları nəticəsində dolların güclənməsi fonunda sonrakı günlərdə müəyyən geriləmə müşahidə edildi. Lakin, qiymətli metal həftəni 3685 dollar səviyyəsində tamamladı".
“İNVEST-AZ İnvestisiya Şirkəti” Qapalı Səhmdar Cəmiyyətinin fəaliyyəti Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən tənzimlənir. Şirkət, 09.01.2016-cı il tarixli 087986 saylı lisenziyası əsasında broker, anderraytinq (diler), marja ticarəti (forex), fərdi investorların portfelinin idarə edilməsi, market meykerlik və sair investisiya xidmətləri üzrə fəaliyyət göstərməkdədir.
Xəbər verdiyimiz kimi, Bakı vaxtı ilə saat 10:44-də Comex birjasında dekabr ayı üçün qızıl fyuçerslərinin qiyməti 1,23% artaraq bir unsiya üçün 3753,4 ABŞ dollarına çatıb. Qızılın qiyməti 1 faizdən çox artıb. ABŞ Federal Ehtiyat Sistemi (FED) tərəfindən pul-kredit siyasətinin yumşaldılması fonunda qızıla tələbin artması davam edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
3 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
-
15 saat əvvəl
Unibank BMT-nin Qadınların Səlahiyyətləndirilməsi Prinsiplərinə qoşuldu
-
- 19 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Qətər neftin qiymətinin 150 dollara qədər qalxa biləcyi barədə xəbərdarlıq etdi
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azərbaycan və “Dell Technologies” şirkəti əməkdaşlıq imkanları müzakirə edib
-
1 gün əvvəl
Kapital Bank qeyri-neft sektoru üzrə vergi rekordçusu ünvanını qoruyur
-
1 gün əvvəl
İpoteka sisteminin təhlükəsizliyi ilə bağlı iki qurum birgə məlumat yayıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Məsud Pezeşkian hücumlara görə qonşu ölkələrdən üzr istədi
Hacıqabul Quşçuluq Şirkəti xüsusi mükafata layiq görülüb
Neftin qiyməti 90 dollara yaxınlaşdı
Xalq Bankdan 8 Mart kampaniyaları
Bank BTB-nin aktiv və öhdəlikləri ABB-yə keçir!
“BTB” bank fəaliyyətini dayandırır - SON DƏQİQƏ
Daha 5 avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyən edilib - QALİBLƏRİN ADLARI AÇIQLANIB






















