Prezidentdən sərnişin daşınmasının təkmilləşdirilməsi ilə bağlı FƏRMAN
Azərbaycan Respublikası dövlət büdcəsinin tərkibində “İctimai nəqliyyat” Məqsədli Büdcə Fondu yaradılacaq. Fondun vəsaitindən Bakı, Sumqayıt, Gəncə, Naxçıvan, Xankəndi şəhərlərinin və Abşeron, Ağdam, Şuşa, Laçın rayonlarının inzibati ərazilərində aşağıdakı tələblərə cavab verən nağdsız ödəniş sisteminə keçirilmiş nəqliyyat vasitələri ilə müntəzəm sərnişin daşınmalarını həyata keçirən hüquqi şəxslərə və ya fərdi sahibkarlara subsidiya ödənilməsi üçün istifadə ediləcəkdir.Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev "Avtomobil nəqliyyatı ilə müntəzəm sərnişin daşınması sahəsinin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında" Fərman imzalayıb.
Marja.az xəbər verir ki, Fərmanda deyilir:
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, avtomobil nəqliyyatı ilə müntəzəm sərnişin daşınmalarının dayanıqlılığının və davamlılığının, sərnişinlərə göstərilən xidmətlərin keyfiyyətinin və təhlükəsizliyinin təmin olunması, qabaqcıl beynəlxalq tələblər və təcrübə nəzərə alınmaqla bu sahədə fəaliyyət göstərən daşıyıcıların işinin səmərəli təşkili məqsədilə “Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə uyğun olaraq qərara alıram:
1. Azərbaycan Respublikası dövlət büdcəsinin tərkibində “İctimai nəqliyyat” Məqsədli Büdcə Fondu (bundan sonra – Fond) yaradılsın.
2. Müəyyən edilsin ki:
2.1. Fond aşağıdakı mədaxil mənbələri hesabına formalaşır:
2.1.1. avtomobil benzininin, dizel yanacağının və maye qazın hər litrinə görə yol vergisinin Fonda köçürülən hissəsi;
2.1.2. nəqliyyat vasitələrinin Bakı şəhərinin inzibati ərazisində müəyyən edilmiş ödənişli hərəkət zonalarına daxil olmasına görə ödənilən haqq;
2.2. Fondun vəsaitinin dövlət büdcəsi tərkibində təsdiq olunmuş xərclər dairəsində sərəncamçısı Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyidir;
2.3. Fondun vəsaitindən “Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununun və dövlət xəzinədarlığı sahəsində digər normativ hüquqi aktların tələbləri nəzərə alınmaqla Bakı, Sumqayıt, Gəncə, Naxçıvan, Xankəndi şəhərlərinin və Abşeron, Ağdam, Şuşa, Laçın rayonlarının inzibati ərazilərində aşağıdakı tələblərə cavab verən nağdsız ödəniş sisteminə keçirilmiş nəqliyyat vasitələri ilə müntəzəm sərnişin daşınmalarını həyata keçirən hüquqi şəxslərə və ya fərdi sahibkarlara bu Fərmanın 4.2-ci bəndinə uyğun olaraq subsidiya ödənilməsi üçün istifadə edilir:
2.3.1. sıxılmış təbii qazla işləyən mühərriklə təchiz edilmiş avtobuslar;
2.3.2. elektrik mühərriki ilə təchiz edilmiş avtobuslar;
2.3.3. Gəncə şəhərinin inzibati ərazisinə münasibətdə həmçinin istehsal tarixi 2025-ci il yanvarın 1-dən sonra olan dizel mühərrikli avtobuslar.
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
3.1. bu Fərmanın 2.1.2-ci yarımbəndinə uyğun olaraq, Bakı şəhərinin inzibati ərazisində ödənişli hərəkət zonaları və nəqliyyat vasitələrinin həmin zonalara daxil olmasına görə haqqın məbləği ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
3.2. bir ay müddətində aşağıdakı normativ hüquqi aktları təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin:
3.2.1. bu Fərmanın 2.3-cü bəndində göstərilən inzibati ərazilərdə avtomobil nəqliyyatı ilə müntəzəm sərnişin daşınmalarını həyata keçirən daşıyıcılarla bağlanılan avtomobil nəqliyyatı xidməti haqqında müqavilənin şərtlərini;
3.2.2. bu Fərmanın 4.2-ci bəndinə uyğun olaraq, daşıyıcılara ödəniləcək subsidiyanın hesablanması və ödənilməsi qaydasını;
3.3. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.
4. Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (bundan sonra – Nazirlik):
4.1. 2026-cı il yanvarın 1-dən bu Fərmanın 2.3-cü bəndində göstərilən inzibati ərazilərdə müntəzəm sərnişin daşınmalarına ehtiyacın və əlçatanlığın təmin edilməsi, sərnişin axınının intensivliyi və ya avtomobil nəqliyyatı xidmətinin davamlılığı nəzərə alınmaqla, Nazirliyin tabeliyindəki Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (bundan sonra – Agentlik) müəyyən etdiyi marşrutlar üzrə daşıyıcıların avtomobil nəqliyyatı ilə müntəzəm sərnişindaşıma xidmətləri göstərməsi nəticəsində yaranan xərclərinin kompensasiya olunmasını nəzərdə tutan məsafə əsaslı avtomobil nəqliyyatı xidmətinin tətbiqinə başlasın və bu prosesi 2028-ci il yanvarın 1-dək başa çatdırsın;
4.2. Agentlik və avtomobil nəqliyyatı ilə müntəzəm sərnişin daşınmalarını həyata keçirən daşıyıcılar arasında bağlanılan avtomobil nəqliyyatı xidməti haqqında müqaviləyə əsasən daşıyıcılar tərəfindən göstərilən avtomobil nəqliyyatı xidmətinə görə hesablanan dəyərlə həmin xidmət üçün təsdiq edilmiş gediş haqqına uyğun olaraq sərnişinlərin ödənişlərindən toplanan vəsait arasında mənfi fərq yarandığı təqdirdə, həmin fərq məbləğində Fondun vəsaiti hesabına daşıyıcılara subsidiya ödənilməsini təmin etsin;
4.3. bu Fərmanın 4.2-ci bəndi nəzərə alınmaqla, avtomobil nəqliyyatı xidməti haqqında müqavilənin bağlanılması üçün müntəzəm marşrutlar üzrə avtomobil nəqliyyatı xidməti göstərəcək avtomobil nəqliyyatı vasitələrinə dair tələbləri bir ay müddətində təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
4.4. bu Fərmandan irəli gələn digər məsələlərin həlli üçün zəruri tədbirlər görsün.
5. Bu Fərmanın 2.1.1-ci yarımbəndi 2026-cı il yanvarın 1-dən, 2.1.2-ci yarımbəndi isə 2027-ci il yanvarın 1-dən qüvvəyə minir.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 19 sentyabr 2025-ci il
Müştərilərin xəbərləri
Azercell-in dəstəyi ilə “RobotChallenge 2026” üzrə Azərbaycanda milli seçim mərhələsinin hazırlıq işləri davam edir
OBA FMCG sektorunda ilkə imza atıb – “Sənin ideyan dəstəklənir” İnnovativ Həllər Marafonunun qalibləri müəyyənləşib – FOTO-VİDEO
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
-
19 d. əvvəl
Azərbaycanın ən çox ixrac və idxal etdiyi mallar - YENİ SİYAHI
-
- 21 d. əvvəl
- 44 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Novruza özəl yeni “Uduş xonçası” lotereyası satışa çıxıb - 4 milyon manatdan çox uduş var
- 1 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycanın neft və qazdan gəlirləri kəskin azalıb - İXRACDA BÖYÜK GERİLƏMƏ
-
3 saat əvvəl
Böyük Britaniyada yaşı 16-dan aşağı olanlara sosial media məhdudiyyəti olacaq
-
3 saat əvvəl
Azərbaycanda avtomobil qəzaları - 2025-ci ildə 689 nəfər həlak olub, 1026 nəfər yaralanıb
- 16 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Azərbaycanın ən çox ixrac və idxal etdiyi mallar - YENİ SİYAHI
Azərbaycan neftinin son qiyməti
Rəsmi məzənnələr açıqlandı
Nestle, Danone və Lactalis barəsində cinayət işi açılıb - məsul rəhbərlər 7 ilə qədər həbs cəzası ilə üz-üzə
Ən çox oxunanlar
Daha bir ölkə Avroya keçə bilər
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
İqtisadiyyat naziri özünə yeni müşavir təyin edib
“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
Kreditlərini Unibanka gətir, 7 %-dək endirim əldə et!
AZAL Şımkent şəhərinə müntəzəm reyslərə başlayır






















