Qlobal birjalarda SON VƏZİYYƏT
Cari həftədə bazarların yönü əsasən FED-in 25 baza bəndlik faiz endirimi ilə bağlı güclü konsensusla formalaşır. Səhmləri yeni rekordlar qırıb, ABŞ xəzinə istiqrazlarının gəlirliliyi geri çəkilib, dollar isə əsas valyutalara qarşı zəifləyib.
Bunun fonunda qızılın bir unsiya üzrə dəyəri ilk dəfə 3700$ həddini aşıb və tarixi maksimumunu növbəti dəfə yeniləyib. Qızılın qiymətinin artması əsasan 3 amil ilə bağlıdır: daha aşağı faiz gözləntisi, mərkəzi bankların alışları və dolların ucuzlaşması. Gümüş də 14 ilin zirvələrində möhkəmlənərək qiymətli metallara yönələn kapital axınını gücləndirib.
Avqust ayında ABŞ pərakəndə satışlar aylıq +0.6% ilə proqnozları üstələyib; lakin analitiklər artımın bir hissəsinin qiymət amillərindən qaynaqlana biləcəyini, habelə, əmək bazarındakı zəifləmənin istehlakı yaxın aylarda ləngidə biləcəyini qeyd edirlər. Bu vəiyyət, FED-in yumşaq monetar siyasətə keçidlə bağlı mövqeyini gücləndirir.
Paralel olaraq Almaniyada avqust HICP 2.1% illik artım ilə ehtimal olunan zolağın yuxarı həddinə yaxınlaşıb və bu, ECB üçün “səbrli, amma ehtiyatlı” tonun davamına əsas verir və avroya dəstək yaradır.
Ukraynanın Rusiyanın neft infrastrukturuna PUA hücumları fonunda "Brent" nefti 1% bahalaşıb. Qısa müddətdə təchizat riski mövcud olsa da, orta müddətdə təklif bolluğu və tələbdəki qeyri-müəyyənliklər qiymət artımlarını məhdudlaşdırıb.
Bununla paralel, Beynəlxalq Enerji Agentliyi (IEA) hasilatın təbii enmə sürətlərinin artdığını və mövcud səviyyələrin qorunması üçün iri həcmli sərmayənin “sadəcə yerində saydığını” vurğulayıb, bu isə, uzunmüddətli təklif sabitliyi üçün strateji riskdir.
Bazarlarda “yumşaq eniş” ssenarisi ilə risk iştahı qorunur. FED-in faiz endirimi ehtimallarının artması bu mövqeyə istiqamət verən əsas xəttdir; dolların zəifləməsi, qızılın rekordları və Asiya/ABŞ indekslərinin zirvəyə yaxın seyr etməsi də “yumşaq eniş” senarisini təsdiqləyir. Bununla yanaşı, Çin zəifliyi, enerji təchizatı riskləri və ABŞ əmək bazarındakı yavaşıma növbəti həftələrdə volatilliyi canlı saxlaya bilər. Bu şəraitdə portfellər üçün risklərin yayılması, faiz həssaslığı yüksək aktivlərdə müddət idarəetməsi və xammal seqmentində selektiv mövqe yanaşması rasional görünür.
Bu gün bütün diqqətlər Federal Ehtiyatlar Sisteminin (FED) faiz qərarı və bankın keçiriləcək mətbuat konfransına yönələcək. FED-in proqnozlaşdırılan daha çöx faiz endirimi edib-etməyəcəyi sürpriz gözlənti olaraq qalır. Mətbuat konfransında isə investorlar yumşaq monetar siyasətin davamlılığına dair ipucları axtaracaqlar.
Eləcə də, Böyük Britaniyada və Avrozonada dərc olunacaq İstehlak Qiymətləri İndeksi göstəriciləri, Avropa Mərkəzi Bankının sədri Kristin Laqardın çıxışı və Kanada Mərkəzi Bankının faiz qərarı bazar iştirakçılarının maraqla gözlədiyi xəbərlərdir.
Məlumat İnvest-AZ İnvestisiya Şirkətinin analitikləri tərəfindən hazırlanıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 9 saat əvvəl
-
-
9 saat əvvəl
İran rialının məzənnəsi ölkədəki etirazlar fonunda yeni antirekord qırıb
-
13 saat əvvəl
Bakıda ABŞ-nin Ticarət və İnkişaf Agentliyi ilə müzakirələr aparılıb
- 13 saat əvvəl
-
14 saat əvvəl
Gön ixracı və idxalı ilə bağlı gömrük rüsumları 2 dəfə azaldılıb
- 15 saat əvvəl
-
15 saat əvvəl
Bakıya sulu qar yağacaq, temperatur 10 dərəcə enəcək - XƏBƏRDARLIQ
- 16 saat əvvəl
-
16 saat əvvəl
Bank Respublika “Qızıl Seçim” lotereyasının ilk tirajının qaliblərini elan etdi!
- 16 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Alphabet-in bazar dəyəri ilk dəfə 4 trilyon dolları keçdi
Azercell yeni rouminq paketlərini istifadəyə verir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakıya sulu qar yağacaq, temperatur 10 dərəcə enəcək - XƏBƏRDARLIQ
Ən çox oxunanlar
"Bir çox yerlərdə məcburi köçürmələr olacaq"
Qızılın qiyməti 2026-cı ildə 5000 dollara çata bilər?
"Leysan yağışları yağan kimi şəhər nəqliyyatı iflic vəziyyətinə düşür, çox ciddi problemlər yaşanır"
Bakı və Abşeron üzrə yeni Dövlət Proqramının icrası üçün xarici kreditlərə də müraciət ediləcək
Daha iki böyük su anbarının tikintisinə hazırlıq işləri gedir












.jpg)














