Neft ucuzlaşmaqda davam edir
Treyderlər həftə sonu keçirilməsi planlaşdırılan görüşdə OPEC+ qrupunun hasilatı daha da artırmağa razı olub-olmayacağını müəyyənləşdirməyə çalışdıqları üçün, cümə günü Avropa ticarətində neft qiymətləri ucuzlaşıb.
Marja xəbər verir ki, ABŞ-da neft ehtiyatlarının gözlənilməz artması da yanacaq tələbinin azaldığı ilə bağlı bəzi narahatlıqlara səbəb olub.
Noyabr ayı üçün Brent neftinin fyuçersləri 2,2% ucuzlaşaraq bir barel üçün 65,51 dollara, Qərbi Texas markalı neftin fyuçersləri isə 2,2% ucuzlaşaraq barel üçün 62,09 dollara düşüb.
Neft İxrac Edən Ölkələr Təşkilatı və onun müttəfiqləri (birlikdə OPEC+) bazar günü görüşməyə hazırlaşır. Məlumatlara görə, hasilatın artırılmasının nəzərdən keçiriləcəyi gözlənilir.
Daha çox hasilat artımı OPEC+-ın son iki ildəki hasilat azaldılmasını daha da azaldacaq. Qrup hasilatı artırmaq yolu ilə daha böyük bazar payını geri qaytarmaq istəyir.
ABŞ-ın, əsas alıcılar Hindistan və Avropanı Moskvadan daha çox neft almaqdan çəkindirmək səyləri fonunda Rusiya istehsalı da bazarların diqqət mərkəzindədir. Bununla belə, Rusiya bu yaxınlarda Qazaxıstan vasitəsilə Çinə hər il ən azı 2,5 milyon metrik ton neft tədarük etməyə razılaşıbki, bu da ölkənin xam neft hasilatını yüksək saxlayacaq.
ABŞ Enerji İnformasiya Administrasiyasının məlumatları cümə axşamı günü göstərib ki, ABŞ-ın neft ehtiyatları avqustun 29-dək olan həftə ərzində 2,415 milyon barel artıb.
Əmək bazarının "soyumasının" əlamətləri də yaxın aylarda ABŞ-ın yanacaq tələbi ilə bağlı proqnozu pozmaq təhlükəsi yaradıb. Cümə günü açıqlanan hesabat, ABŞ iqtisadiyyatının avqust ayında gözlənildiyindən daha az iş yerləri yaratdığını göstərib və bu, Amerika əmək bazarında Federal Ehtiyat Sisteminin (FED) bu ayın sonunda keçirəcəyi növbəti siyasət iclasında faiz dərəcələrini azaltması ehtimalını gücləndirib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
2 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
3 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
3 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 3 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
4 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 5 saat əvvəl
-
5 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb

























