"Qızılın qiyməti 2025-ci ilin sonuna qədər 3700 dollara, 2026-cı ilin ortalarında 4000 dollara çata bilər"
Qlobal investisiya bankı "Goldman Sachs", özəl investorların qiymətli metala daha çox üz tutmaları halında qızılın qiymətlərinin 2026-cı ilin ortalarına qədər bir troya unsiyası üçün 4000 dollardan keçə biləcəyini proqnozlaşdırır.
Marja xəbər verir ki, spot qızıl qiymətləri ABŞ Federal Ehtiyat Sisteminin (FED) bu ayın sonunda faiz dərəcəsini endirəcəyi gözləntiləri ilə Çərşənbə günü bir unsiya üçün 3578,50 dollara çataraq rekord həddə çatmışdı. Eyni zamanda davamlı qlobal qeyri-müəyyənliklər "təhlükəsiz liman" tələbini güclü şəkildə saxlayır.
"Goldman Sachs" çərşənbə günü bildirib ki, "Qızıl alışının edilməsi bizim uzunmüddətli tövsiyəmiz olaraq qalır".
"Goldman Sachs" güclü mərkəzi bank alışını fərz edərək, qızıl qiymətlərini 2025-ci ilin sonuna qədər 3700 dollar və 2026-cı ilin ortalarında 4000 dollar səviyyəsində proqnozlaşdırır. Özəl investorlar yığımlarını ABŞ dolları aktivlərindən qızıla köçürmələri qiymətləri unsiya üçün 4500 dollara qədər yüksəldə bilər.
"Goldman Sachs" bildirib ki, FED-in müstəqilliyinin itirilməsi daha yüksək inflyasiyaya, uzunmüddətli istiqrazların faizlərinin artmasına, səhmlərin ucuzlaşmasına və dolların ehtiyat valyuta statusunun azalmasına səbəb ola bilər. Belə bir ssenaridə qızıl daha da bahalaşacaqdır.
ABŞ Prezidenti Donald Tramp FED-ə nəzarət etmək səylərini gücləndirib. Tramp hesab edir ki, FED fazizləri aşağı salmalıdır.
"Goldman Sachs" təxmin edir ki, hər şeyin sabit qaldığını fərz etsək, ABŞ Xəzinədarlığı bazarına yatırılan şəxsi vəsaitin 1%-i qızıla köçürülərsə, qızıl qiymətləri 1 troya unsiyası üçün 5000 dollara yaxınlaşa bilər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
3 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
-
19 saat əvvəl
Unibank BMT-nin Qadınların Səlahiyyətləndirilməsi Prinsiplərinə qoşuldu
-
- 22 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Qətər neftin qiymətinin 150 dollara qədər qalxa biləcyi barədə xəbərdarlıq etdi
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azərbaycan və “Dell Technologies” şirkəti əməkdaşlıq imkanları müzakirə edib
-
1 gün əvvəl
Kapital Bank qeyri-neft sektoru üzrə vergi rekordçusu ünvanını qoruyur
-
1 gün əvvəl
İpoteka sisteminin təhlükəsizliyi ilə bağlı iki qurum birgə məlumat yayıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Məsud Pezeşkian hücumlara görə qonşu ölkələrdən üzr istədi
Hacıqabul Quşçuluq Şirkəti xüsusi mükafata layiq görülüb
Neftin qiyməti 90 dollara yaxınlaşdı
Xalq Bankdan 8 Mart kampaniyaları
Bank BTB-nin aktiv və öhdəlikləri ABB-yə keçir!
“BTB” bank fəaliyyətini dayandırır - SON DƏQİQƏ
Daha 5 avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyən edilib - QALİBLƏRİN ADLARI AÇIQLANIB




















