Qızılın qiyməti yeni rekord səviyyəsini gördü
Qızılın unsiyası 3 500 dolları da keçərək yeni rekord səviyyəsini gördü. Bu il qızıl 30%-dən çox bahalaşıb. İnvestorlar qızıl alışlarını artırır və bu, qiymətləri yüksəldir, yeni rekordlar gözlənilir.ABŞ Federal Ehtiyat Bankının (FED, ABŞ Mərkəzi Bankı) faiz endirimi ehtimalı və mərkəzi bankın gələcəyinə dair artan narahatlıqlar, qiymətli metalların uzun müddət davam edən yüksəlişinə növbəti bir təkan verib. O cümlədən, qızıl qiymətlərini rekord səviyyəyə yüksəldib.
Marja.az xəbər verir ki, qızılın unsiyasının (31,1 qram) qiyməti 3500 dolları da aşaraq indiyədək ən yüksək səviyyəsinə çatıb. Bu il qızıl qiymətləri 30%-dən çox bahalaşaraq ən yaxşı performans göstərən əsas əmtələrdən biri olub.
FED sədri Cerom Pauel (Jerome Powell) faiz endiriminə ehtiyatlı yanaşmasına baxmayaraq, ABŞ mərkəzi bankının bu ay faiz endiriminə gedəcəyinə dair gözləntilər qiymətli metalların, o cümlədən qiymətlərin artmasına səbəb olur. Bu Cümə günü açıqlanacaq vacib ABŞ məşğulluq məlumatları zəifləyən əmək bazarına işarələr verərək, faiz endirimini dəstəkləyə bilər.
UBS Group AG-nin strateq Joni Teves bildirib:
“Xüsusilə FED-in faiz endirimləri yaxınlaşarkən, investorlar qızıl alışlarını artırır və bu, qiymətləri yüksəldir. Əsas ssenarimiz qızılın qarşıdakı rüblərdə yeni zirvələrə çatmağa davam edəcəyi yönündədir. Aşağı faiz mühiti, zəif iqtisadi göstəricilər və davam edən yüksək makroiqtisadi qeyri-müəyyənlik və geo-siyasi risklər qızılın portfel şaxələndirilməsi rolunu gücləndirir.”
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
3 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
-
19 saat əvvəl
Unibank BMT-nin Qadınların Səlahiyyətləndirilməsi Prinsiplərinə qoşuldu
-
- 22 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Qətər neftin qiymətinin 150 dollara qədər qalxa biləcyi barədə xəbərdarlıq etdi
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azərbaycan və “Dell Technologies” şirkəti əməkdaşlıq imkanları müzakirə edib
-
1 gün əvvəl
Kapital Bank qeyri-neft sektoru üzrə vergi rekordçusu ünvanını qoruyur
-
1 gün əvvəl
İpoteka sisteminin təhlükəsizliyi ilə bağlı iki qurum birgə məlumat yayıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Məsud Pezeşkian hücumlara görə qonşu ölkələrdən üzr istədi
Hacıqabul Quşçuluq Şirkəti xüsusi mükafata layiq görülüb
Neftin qiyməti 90 dollara yaxınlaşdı
Xalq Bankdan 8 Mart kampaniyaları
Bank BTB-nin aktiv və öhdəlikləri ABB-yə keçir!
“BTB” bank fəaliyyətini dayandırır - SON DƏQİQƏ
Daha 5 avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyən edilib - QALİBLƏRİN ADLARI AÇIQLANIB























