Nvidia-nın məlumat mərkəzi gəliri proqnozları doğrultmadı - şirkətin səhmləri ucuzlaşdı
ABŞ-ın çip istehsalçısı Nvidia 2026-cı maliyyə ilinin ikinci rübünə dair hesabatını açıqlayıb. Şirkətin gəlirləri 46,7 milyard dollara çataraq gözləntiləri üstələsə də, məlumat mərkəzi gəlirləri proqnozlardan bir qədər aşağı olub.
Marja.az xəbər verir ki, maliyyə göstəricilərinə əsasən, Nvidia-nın iyulun 27-də başa çatan rübdə səhmbaşına xalis mənfəəti 1,04 dollar olub. Bu nəticə analitiklərin 1,01 dollarlıq gözləntilərini keçib. Ötən ilin eyni dövründə bu göstərici 0,68 dollar təşkil etmişdi.
Şirkətin ümumi gəliri ötən illə müqayisədə 56 faiz artaraq 46,7 milyard dollara yüksəlib. Bu rəqəm Bloomberg-in 46,2 milyard dollarlıq proqnozunu geridə qoyub. 2025-ci ilin eyni dövründə isə Nvidia-nın gəliri 30 milyard dollar olmuşdu.
Nvidia-nın xalis mənfəəti də 59 faiz artaraq 26,4 milyard dollara çatıb. Ötən ilin eyni dövründə şirkətin xalis mənfəəti 16,6 milyard dollar təşkil etmişdi.
Məlumat mərkəzi gəlirləri illik müqayisədə 56 faiz artaraq 41,1 milyard dollara yüksəlsə də, proqnozlaşdırılan 41,2 milyard dollardan bir qədər aşağı olub.
Şirkət növbəti – üçüncü rüb üçün təxminən 54 milyard dollarlıq gəlir gözlədiyini açıqlayıb. Analitiklərin proqnozu isə 53,4 milyard dollar idi.
Hesabatda qeyd olunub ki, ikinci rübdə Çinə H20 çipi satılmayıb. Eyni zamanda, İdarə Heyəti səhmlərin geri alınması proqramına əlavə olaraq 60 milyard dollar ayırmaq barədə qərar qəbul edib.
Nvidia-nın baş direktoru Censen Huand açıqlamasında “süni intellekt yarışının artıq başladığını” və şirkətin ən yeni süni intellekt prosessoru Blackwell-in bu yarışda əsas rol oynayacağını vurğulayıb.
Maliyyə nəticələrinin elan edilməsindən sonra şirkətin səhmlərinin qiyməti 5 faiz ucuzlaşıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
3 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
-
17 saat əvvəl
Unibank BMT-nin Qadınların Səlahiyyətləndirilməsi Prinsiplərinə qoşuldu
-
- 20 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Qətər neftin qiymətinin 150 dollara qədər qalxa biləcyi barədə xəbərdarlıq etdi
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azərbaycan və “Dell Technologies” şirkəti əməkdaşlıq imkanları müzakirə edib
-
1 gün əvvəl
Kapital Bank qeyri-neft sektoru üzrə vergi rekordçusu ünvanını qoruyur
-
1 gün əvvəl
İpoteka sisteminin təhlükəsizliyi ilə bağlı iki qurum birgə məlumat yayıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Məsud Pezeşkian hücumlara görə qonşu ölkələrdən üzr istədi
Hacıqabul Quşçuluq Şirkəti xüsusi mükafata layiq görülüb
Neftin qiyməti 90 dollara yaxınlaşdı
Xalq Bankdan 8 Mart kampaniyaları
Bank BTB-nin aktiv və öhdəlikləri ABB-yə keçir!
“BTB” bank fəaliyyətini dayandırır - SON DƏQİQƏ
Daha 5 avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyən edilib - QALİBLƏRİN ADLARI AÇIQLANIB























