Göygöldə “II Moruq Festivalı” keçiriləcək
Avqustun 30-31-də Kənd Təsərrüfatı Nazirliyinin dəstəyi ilə Göygöl rayonunda “II Moruq Festivalı” keçiriləcək.
"Marja" nazirliyə istinadən xəbər verir ki, festival Göygöl rayonunun Keşkü kəndində baş tutacaq.
Festivalın təşkilində məqsəd bölgənin turizm sektoru üzrə rəqabət qabiliyyətini yüksəltmək, aqroturizmin inkişafına dəstək vermək, Göygöl rayonunun təbiətinin unikal cəhətlərini, burada istehsal olunan kənd təsərrüfatı məhsullarını tanıtmaq, moruq istehsalının təşviqi yolu ilə iqtisadiyyatın inkişafına töhfə verməkdir.
Keşkü kəndində təşkil olunacaq festivalda ziyarətçilərə moruq istehsalı ilə daha yaxından tanış olmaq imkanı yaradılacaq, yerli istehsalçılar tərəfindən təqdim olunan moruq növlərinin dequstasiyası və satışı təşkil ediləcək. Festivala gələn ziyarətçilər bəyəndikləri məhsulları ən sərfəli qiymətə almaq imkanı da qazanacaqlar. Tədbir çərçivəsində qonaqlar üçün müxtəlif əyləncəli şou proqramların nümayişi nəzərdə tutulur.
Həftəsonu hər gün saat 10:00-21:00 aralığında baş tutacaq festivalın ərazisi məkan olaraq müxtəlif interaktiv zonalara bölünəcək. Ziyarətçilər kənd təsərrüfatı məhsullarının sərgi-satış yarmarkasına, moruq təsərrüfatı guşəsinə baş çəkə biləcək, müxtəlif dequstasiya tədbirlərində iştirak edəcək, ustad dərslərini, o cümlədən moruqla rəsm çəkməyə dair ustad dərsini izləyə biləcəklər. Festival çərçivəsində həmçinin sənətkarların hazırladıqları əl işlərinin sərgi-satış yarmarkası təşkil ediləcək. Ziyarətçilər açıq havada konsert proqramını, idmançıların nümunəvi çıxışlarını izləmək imkanı qazanacaqlar. Ərazidə xüsusi kampinq zonasının təşkili də nəzərdə tutulub.
Moruq Festivalının Göygöl rayonunda keçirilməsi təsadüfi deyil. Göygöl rayonu ən çox giləmeyvə, o cümlədən moruq becərilən rayonlardan biridir. Bu faydalı giləmeyvə əvvəllər rayonun dağlıq ərazilərində, su mənbələrinin kənarlarında yetişdirilsə də, son illər böyük ərazilərdə sənaye üsulu ilə əkilib becərilir. Fermerlər moruğun daha məhsuldar olan “Polka” və Polyana” sortlarını becərməyə üstünlük verirlər.
Festivalı hər gün minlərlə insanın ziyarət edəcəyi proqnozlaşdırılır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
14 d. əvvəl
"Kontakt Home" ödədiyi 40 milyon manat vergi məbləği ilə rəqibləri arasında 1- ci yeri tutub
-
31 d. əvvəl
Azərbaycanda ən çox vergi ödəyən supermarket və marketlər - ADLARI MƏLUM OLDU
-
-
47 d. əvvəl
Azərbaycanda ən çox vergi ödəyən bankların adları məlum oldu - "KAPİTAL BANK" 1-Cİ YERİ TUTUB
-
1 saat əvvəl
Expressbank ilə Enerji Məsələlərini Tənzimləmə Agentliyi arasında müqavilə imzalanıb
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azərbaycanda ən çox vergi ödəyən 100 şirkətin adı açıqlandı - SİYAHI
-
1 saat əvvəl
İldə cəmi 99 AZN ödəməklə evinizi sığortalayın, dəyən zərəri PAŞA Sığorta qarşılasın
- 1 saat əvvəl
-
1 saat əvvəl
Avropada qazın qiyməti ABŞ və İran arasında atəşkəs ilə 18% düşdü
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
Azərbaycanda ən çox vergi ödəyən 10 şirkət
İldə cəmi 99 AZN ödəməklə evinizi sığortalayın, dəyən zərəri PAŞA Sığorta qarşılasın
“Subway” Azərbaycan bazarına daxil olur - FOTO
Ən çox oxunanlar
Avropada qazın qiyməti ABŞ və İran arasında atəşkəs ilə 18% düşdü
Azərbaycan neftinin qiyməti düşüb
İsrail Baş naziri: İranla atəşkəs Livana aid deyil
"Təbiət hadisələrinin qarşısını almaq olmaz, yeganə yol vurduğu zərəri qarşılamaqdır" - MÜSAHİBƏ
İran: Hörmüz boğazı 2 həftə açıq olacaq
Trampdan yeni açıqlama: "Dünya sülhü üçün böyük bir gündür. İran yenidənqurmaya başlaya bilər"
Lombard şirkətinin illik gəlirlilik dərəcəsi 15% olan istiqrazları yerləşdiriləcək - TARİX
Rəsmi məzənnələr açıqlandı























