ABŞ, Rusiya neftindən qazanc götürən hindistanlı zənginləri hədəfə aldı
ABŞ Maliyyə naziri Skott Bessent bildirib ki, Ukraynanın işğalından əvvəl Hindistanın neft idxalında Rusiyanın payı 1 faizdən az idisə, hazırda bu göstərici 42 faizə yüksəlib.
Marja xəbər verir ki, onun sözlərinə görə, Hindistanın ən varlı ailələrindən bəziləri idxal etdikləri Rusiya mənşəli xam nefti yenidən satışa çıxararaq böyük qazanc əldə edirlər.
Bessent əlavə edib ki, məhz sanksiyalar altındakı Rusiya neftini almaqda davam etdikləri üçün ABŞ Hindistana qarşı gömrük tariflərini artırmağı planlaşdırır. O, Rusiyanın 2022-ci ildə Ukraynaya hücumundan sonra yaranmış vəziyyətdən Hindistanın sui-istifadə etdiyini vurğulayıb.
Nazirin son açıqlamaları ABŞ Prezidenti Donald Tramp administrasiyasının Hindistana, eləcə də dolayı olaraq Asiyanın ən zəngin milyarderi Mukeş Ambaniyə (Mukesh Ambani) təzyiqləri artırdığını göstərir. Ambaniyə məxsus "Reliance Industries Ltd." şirkəti Qərbi Hindistanda dünyanın ən iri neft emalı kompleksinə sahibdir və Rusiya xam neftinin əsas alıcıları sırasında yer alır.
Həftənin əvvəlində isə Ağ Evin ticarət müşaviri Piter Navarro "Financial Times" qəzetində dərc olunan məqaləsində Hindistanın neft maqnatlarını və onların hökumətlə əlaqələrini hədəf alaraq, alışların artmasını “sui-istifadə” kimi qiymətləndirmişdi.
Tramp administrasiyası Hindistanın ABŞ-a ixracına tətbiq olunan vergiləri 50 faizə qədər qaldırmaqla hədələyir. Bu isə hər hansı ölkənin məhsullarına tətbiq edilə biləcək ən yüksək tariflərdən biri olacaq.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
3 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
-
19 saat əvvəl
Unibank BMT-nin Qadınların Səlahiyyətləndirilməsi Prinsiplərinə qoşuldu
-
- 22 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Qətər neftin qiymətinin 150 dollara qədər qalxa biləcyi barədə xəbərdarlıq etdi
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azərbaycan və “Dell Technologies” şirkəti əməkdaşlıq imkanları müzakirə edib
-
1 gün əvvəl
Kapital Bank qeyri-neft sektoru üzrə vergi rekordçusu ünvanını qoruyur
-
1 gün əvvəl
İpoteka sisteminin təhlükəsizliyi ilə bağlı iki qurum birgə məlumat yayıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Məsud Pezeşkian hücumlara görə qonşu ölkələrdən üzr istədi
Hacıqabul Quşçuluq Şirkəti xüsusi mükafata layiq görülüb
Neftin qiyməti 90 dollara yaxınlaşdı
Xalq Bankdan 8 Mart kampaniyaları
Bank BTB-nin aktiv və öhdəlikləri ABB-yə keçir!
“BTB” bank fəaliyyətini dayandırır - SON DƏQİQƏ
Daha 5 avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyən edilib - QALİBLƏRİN ADLARI AÇIQLANIB























