PAŞA Bankın 40 milyonluq istiqrazlarına böyük maraq
İstiqrazlara 65 investor maraq göstərib və tam məbləği yerləşdirilib.25 iyul 2025-ci il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə "PAŞA BANK" ASC-nin istiqrazların ticarətə buraxılması üçün “Ticarətə İcazə” qərarı verilmişdi.
Marja xəbər verir ki, qeyd olunan istiqrazların abunə yazılışı 30 iyul 2025-ci il tarixində başlayıb, 12 avqust 2025-ci il tarixinə (bu tarix də daxil olmaqla) kimi 10 iş günü ərzində yekunlaşmışdır.
"PAŞA BANK" ASC-in istiqrazlarının abunə yazılışı üsulu ilə yerləşdirilməsi isə 14 avqust 2025-ci il tarixində baş tutmuşdur. Bankın 40 milyon manatlıq istiqrazlarına 2 dəfədən çox - 90 milyon 121 min manatlıq cəmi sifariş olub. Abunə yazılışında 65 investor 74 sifariş ilə iştirak edib. 54 investorun 54 sifarişi icra edilib. İstiqrazların tam məbləği abunə yazılışı üsulu ilə yerləşdirilib.
Qeyd olunan qiymətli kağızların ticarət nəticələri “Bakı Fond Birjasında Qiymətli Kağızların Ticarətə Qəbulu, Listinqə Alınması, Listinqdə Saxlanılması və Delistinqi Qaydaları”-n 3.19 bəndinin tələblərinə cavab verdiyindən, adıgedən istiqrazlar Standart Bazar Listinq seqmentinə alınır.
İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:
Emitentin adı: "PAŞA BANK" ASC
Dövlət qeydiyyat nömrəsi – İSİN: AZ2006006624
İstiqrazların növü və forması: Faizli, təminatsız, sənədsiz, adlı istiqrazlar
Ticarət üsulu/forması: Kütləvi / Abunə yazılışı
İstiqrazların sayı: 40 000 ədəd
İlkin ticarət qiyməti: 1 000 AZN
İstiqrazların buraxılış həcmi: 40 000 000 AZN
Kupon faizi: 10.5%
Ödəmə Periodu: İlk istiqrazın yerləşdirildiyi tarixdən etibarən hər 3 (üç) təqvim ayından bir (bir ayda 30 gün olduğunu qəbul etmək şərti ilə) ödənilir
Tədavül müddəti: 12 ay
Minimal qiymət: 1000 (10.50%) AZN
Maksimal qiymət% 1005,7408 (9.89%) AZN
Kəsmə qiyməti: 1003,7597 (10.10%) AZN
Ortaçəkili qiyməti: 1002,7773 (10.20%) AZN
Reallaşdırılmış həcm: 40 000 000 AZN
Sifarişlərin ümumi həcmi (nominal qiymətlə): 90 121 000 AZN
Abunə yazılışında iştirak etmiş investor sayı: 65
Sifarişi icra edilmiş investor sayı: 54
Abunə yazılışında təklif edilmiş sifariş sayı: 74
İcra edilmiş sifariş sayı: 54
Anderrayter: Əsas Anderrayter: “PAŞA Kapital İnvestisiya Şirkəti” QSC
Anderrayter: "Unicapital İnvestisiya Şirkəti" ASC
Anderrayter: "CPM-Invest İnvestisiya Şirkəti" ASC
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 4 gün sonra
-
34 d. əvvəl
Türkiyənin tanınmış restoranlar şəbəkəsinin Azərbaycanda 2-ci filialı açılıb
-
-
2 saat əvvəl
İldə azı bir dəfə minimum əmək haqqının məbləğinə yenidən baxılacaq
-
2 saat əvvəl
Bakcell və Gənclər Fondu Qarabağ Universitetində tələbələrlə görüş keçirib
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Azərbaycanda geyim brendlərini təmsil edən şirkətlər qrupunda yeni təyinat
-
3 saat əvvəl
Nazirlər Kabinetinin silah ixracına nəzarət sahəsində səlahiyyəti ləğv edilir
- 3 saat əvvəl
-
4 saat əvvəl
“Unibank”ın 7 %-dək endirimli kredit kampaniyasının bitməsinə az qaldı!
-
4 saat əvvəl
“Mart gəldi, nağd gəldi” — Bank Respublikadan sərfəli kredit təklifi
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
İldə azı bir dəfə minimum əmək haqqının məbləğinə yenidən baxılacaq
Fevralın 24-də gözlənilən hava şəraiti
Prezident İranın yol və şəhərsalma nazirini qəbul edib
“Mart gəldi, nağd gəldi” — Bank Respublikadan sərfəli kredit təklifi
Dollar bazar ertəsi ucuzlaşıb
Bitcoin-in qiyməti 65 000 dollardan aşağı düşüb
Nikahların sayı azalıb - SON 2 İLDƏ 42 MİNDƏN ÇOX BOŞANMA OLUB
Azərbaycanda doğulan körpə sayı azalıb, ölüm halı artıb























