Threads, günlük aktiv istifadəçi sayında X-a yaxınlaşır
Meta-nın X-ə rəqib olaraq yaratdığı Threads platformasının aylıq aktiv istifadəçi sayı 400 milyonu keçib. Mobil tətbiq istifadəsində isə Threads, gündəlik aktiv istifadəçi sayında X-ə sürətlə yaxınlaşır. Instagram-ın baş icraçı direktoru Adam Mosseri bildirib ki, istifadəyə verilməsindən cəmi iki il sonra, Threads platformasının aylıq aktiv istifadəçi sayı 400 milyonu keçib. X-in keçmiş baş direktoru Linda Yaccarino-nun əvvəlki açıqlamalarına görə isə, X-in aylıq aktiv istifadəçi sayı 600 milyonun üzərindədir. Similarweb-in məlumatına əsasən, 2025-ci ilin iyununda Threads-in iOS və Android mobil tətbiqlərində gündəlik aktiv istifadəçi sayı 115,1 milyona çataraq ötən ilin eyni dövrünə nisbətdə 128% artıb. Eyni dövrdə X-in gündəlik aktiv istifadəçi sayı isə 15% azalaraq 132 milyona düşüb.
Meta tərəfindən hazırlanan və X (keçmiş Twitter) platformasına rəqib kimi təqdim olunan sosial media tətbiqi Threads aylıq aktiv istifadəçi sayında mühüm mərhələni geridə qoyub.
Marja .-ın məlumatına görə, Instagram-ın baş icraçı direktoru Adam Mosseri bildirib ki, istifadəyə verilməsindən cəmi iki il sonra Threads-in aylıq aktiv istifadəçi sayı 400 milyonu keçib:
"Threads aylıq 400 milyondan çox aktiv istifadəçiyə sahibdir. Son iki il olduqca intensiv keçdi. X ilə rəqabət etmək üçün ortaya atılan bu “çılğın fikir” indi insanların açıq şəkildə fikirlərini paylaşa bildiyi mənalı bir platformaya çevrilib. Buraya bugünkü halını verən hər kəsə minnətdaram. Qarşıda görüləcək çox işimiz var, daha çox yenilik gələcək," — deyə Mosseri vurğulayıb.
Bu göstərici, platformanın son rübdə əlavə 50 milyon aylıq istifadəçi qazandığını göstərir. Meta CEO-su Mark Zuckerberg isə ötən ilin aprelində aylıq aktiv istifadəçi sayısının 350 milyonu keçdiyini açıqlamışdı.
X-in keçmiş CEO-su Linda Yaccarino-nun əvvəlki bəyanatına görə, platformanın aylıq aktiv istifadəçi sayı 600 milyonun üzərindədir.
Gündəlik istifadəçi sayısında fərq azalır
Pazar araşdırma şirkəti Similarweb-in son məlumatına əsasən, Threads mobil cihaz istifadəsində X-in gündəlik aktiv istifadəçi sayısına yaxınlaşıb. 2025-ci ilin iyununda Threads-in iOS və Android tətbiqlərində gündəlik aktiv istifadəçi sayı 115,1 milyona çataraq ötən ilin eyni dövrü ilə müqayisədə %128 artıb.
Eyni dövrdə X-in gündəlik aktiv istifadəçi sayı isə %15 azalma ilə 132 milyona düşüb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
12 d. əvvəl
Kapital Bank-ın İnformasiya təhlükəsizliyi komandası ölkənin ən güclü mütəxəssisləri sırasında
- 20 d. əvvəl
-
- 33 d. əvvəl
-
1 saat əvvəl
“TuranBank” böyüyüb, gəlirləri artıb, cari ilin 9 ayını xalis mənfəətlə başa vurub
-
1 saat əvvəl
Bank of Baku-dan növbəti maliyyə savadlılığı tədbiri: bu dəfə şagirdlərlə birlikdə
-
2 saat əvvəl
Azərbaycanda ilk və ən böyük özəl Biznes Park kompleksi fəaliyyətə başlayır
- 9 saat əvvəl
-
10 saat əvvəl
“Ziraat Bank Azərbaycan”dan yüksək göstəricilər - mənfəəti 63% artıb
- 10 saat əvvəl
- 14 saat əvvəl
- 14 saat əvvəl
Son Xəbərlər

Kapital Bank-ın İnformasiya təhlükəsizliyi komandası ölkənin ən güclü mütəxəssisləri sırasında

Rəsmi məzənnələr açıqlandı

20 bank mənfəət açıqladı - SİYAHI

AYNA Nazirlər Kabinetinin taksilərə dair qərarını şərh edib

“Unibank”ın son maliyyə vəziyyəti məlum oldu

"AFB Bank" 9 ay üzrə maliyyə nəticələrini açıqladı
Ən çox oxunanlar

"Bank of Baku"nun mənfəəti kəskin artıb
.png)
Expressbankın biznes kreditləri portfeli 10% artıb

"Premium Bank"ın əməliyyat mənfəəti artıb

Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub

Bank “BTB” maliyyə göstəricilərini açıqladı

“Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkında yeni şirkət
