Tramp: "Bu, Azərbaycan, Ermənistan, ABŞ və Dünya üçün tarixi gün olacaq”
Mən Azərbaycan Prezidenti İlham Əliyevi və Ermənistanın Baş naziri Nikol Paşinyanı sabah Ağ evdə Tarixi Sülh Sammiti üçün qəbul etməyi səbirsizliklə gözləyirəm.
Marja xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp “Truth” sosial şəbəkəsindəki səhifəsində yazıb.
“Bu iki xalq uzun illərdir ki, müharibə aparır və bu, minlərlə insanın ölümü ilə nəticələnib. Bir çox liderlər indiyədək müharibəni bitirməyə çalışdılar, lakin uğur əldə edə bilmədilər. Mənim administrasiyam uzun müddətdir ki, hər iki tərəflə işləyir”, - deyə Tramp qeyd edib.
O, sabah Prezident İlham Əliyev və Baş nazir Nikol Paşinyanla birlikdə Ağ evdə sülhə dair sənədin imzalanma mərasimi olacağını vurğulayıb. Tramp bildirib ki, Birləşmiş Ştatlar, həmçinin Cənubi Qafqaz regionunun potensialını tam şəkildə açmaq və iqtisadi imkanları birlikdə həyata keçirmək üçün hər iki ölkə ilə ikitərəfli sazişlər imzalayacaq. “Mən böyük Azərbaycan və Ermənistan xalqları üçün düzgün iş gördüklərinə görə bu cəsarətli liderlərlə çox fəxr edirəm. Bu, Azərbaycan, Ermənistan, ABŞ və Dünya üçün tarixi gün olacaq”, - deyə o vurğulayıb.
XXX
ABŞ Prezidenti Donald Tramp “Truth” sosial şəbəkəsindəki səhifəsində yazıb:
"Mən sabah Azərbaycan Prezidenti İlham Əliyevi və Ermənistanın Baş naziri Nikol Paşinyanı Tarixi Sülh Sammiti üçün Ağ Evdə qəbul etməyi səbirsizliklə gözləyirəm. Bu iki ölkə uzun illərdir müharibə vəziyyətindədir və bunun nəticəsində minlərlə insan həlak olub. Bir çox liderlər müharibəni bitirməyə çalışıblar, lakin uğur əldə olunmayıb – indi isə, “TRUMP” sayəsində, bu mümkündür. Administrasiyam hər iki tərəflə uzun müddətdir fəal şəkildə işləyir. Sabah Prezident Əliyev və Baş nazir Paşinyan mənimlə birlikdə Ağ Evdə rəsmi Sülh Sazişi İmzalanma Mərasimində iştirak edəcəklər. Amerika Birləşmiş Ştatları həmçinin hər iki ölkə ilə ikitərəfli sazişlər imzalayacaq ki, birlikdə iqtisadi imkanları dəyərləndirək və Cənubi Qafqaz regionunun potensialını tam şəkildə açaq. Mən bu cəsur liderlərin Ermənistan və Azərbaycanın böyük xalqı üçün düzgün addım atmalarından çox qürur duyuram. Bu, Ermənistan, Azərbaycan, Amerika Birləşmiş Ştatları və DÜNYA üçün Tarixi Gün olacaq. Sabah görüşərik! — DJT"
XXX
"I look forward to hosting the President of Azerbaijan, Ilham Aliyev, and the Prime Minister of Armenia, Nikol Pashinyan, at the White House tomorrow for a Historic Peace Summit. These two Nations have been at War for many years, resulting in the deaths of thousands of people. Many Leaders have tried to end the War, with no success, until now, thanks to “TRUMP.” My Administration has been engaged with both sides for quite some time. Tomorrow, President Aliyev AND Prime Minister Pashinyan will join me at the White House for an official Peace Signing Ceremony. The United States will also sign Bilateral Agreements with both Countries to pursue Economic opportunities together, so we can fully unlock the potential of the South Caucasus Region. I am very proud of these courageous Leaders for doing the right thing for the Great People of Armenia and Azerbaijan. It will be a Historic Day for Armenia, Azerbaijan, the United States, and, THE WORLD. See you then! DJT"
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
2 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
-
41 d. əvvəl
“Beauty Time” salonlar şəbəkəsinin rəhbərinin axtarışa verildiyi bildirilir
-
-
56 d. əvvəl
"BioNTech" şirkətinin "ürəyi" və "beyni" şirkəti tərk edirlər - SƏHMLƏRİ 22% UCUZLAŞDI
-
1 saat əvvəl
Bakı Fond Birjasının statistik məlumatlarını yeni formatda təqdim edir
-
2 saat əvvəl
Avropa İttifaqı Şurasının Prezidenti sabah Azərbaycana gəlir
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Qeyri-sabit hava şəraiti səbəbindən Aqrar Sığorta Fonduna müraciətlər artıb
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
MyShops-dan Ramazana özəl 60%-dək endirim və faizsiz hissəli ödəniş kampaniyası
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Avropa İttifaqı Şurasının Prezidenti sabah Azərbaycana gəlir
"İranla danışa bilərik. İranlılar danışmaq istəyirlər"
Ən çox oxunanlar
“Qoşadaş” sahəsində dəniz dibinin tədqiqatı üzrə işlərə başlanılır
"Avto Azərbaycan"ın 30 illik yubileyi yaşıl təşəbbüslə qeyd olundu: 300 AĞAC ƏKİLDİ
Azərbaycanda Tam KASKO sığortasının 20% endirimlə satışına başlanıb
InvestAz-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
Nazir quşçuluq müəssisələrində olub, müzakirələr aparılıb
"Azərişıq" barəsində iş açılıb






















